Cümə günü, 2024-04-26, 8:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Öncə Allahın razılığını düşünməli
2013-06-02, 2:46 PM

Öncə Allahın razılığını düşünməli

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! İlahi təqvaya haqqı olduğu qədər riayət edin və Allahın razılığını əldə etmək üçün çalışın. Əmin olun ki, dünya fanidir və axirət cavidandır. Ona görə də axirət üçün iş görün. Sanki heç dünyada olmamısınız, davamlı olaraq axirətdə olmusunuz. Ey insanlar! Dünyanın bütün insanları qonaqdırlar. Nələri varsa, əmanətdir, bu qonaq gedər və əmanət də sahibinə geri qayıdar. Axirət - sadiq bir vədədir, orada qüdrətli və adil hakim hökm edər. Allah rəhmət etsin o kəsə ki, özünə baxar, möhləti varsa, qəbri üçün azuqə toplayar. Ölümü çatmamışdan və iş-işdən keçməmişdən əvvəl”.

Təqva həmin daxili hasardır ki, insanın günah işlətməsinə mane olar. Əlbətə təqvanın dərəcələri vardır. İnsanın daxili məsuliyyət hissi və özünü saxlamağı - təqvadandır.

Təqvanın haqqı budur ki, təqva ən ali həddində olsun, nəinki aşağı. Bu, ona bənzəyir ki, insan selin qarşısını almaq üçün sədd çəkər və bu sədd bəzən zəif olar və bəzən də möhkəm. Təqva səddi hər nə qədər uca və möhkəm olarsa, gördüyü zərər də az olar. Şəhvət həmin seldir və sədd də həmin təqva.

Həzrət Peyğəmbər (s) bizə buyurur ki, Allah razılığını əldə etmək üçün çalışın.

Razılıq da 3 cür olur:

1. Allahın razılığı.

2. İnsanların razılığı.

3. Özünün razılığı.



Təqvalı insan Allahın razılığını hər şeydən üstün bilər. Onun ardınca da insanların razılğını almalıdır. Əgər razı olsalar, çox yaxşı olar. Əgər bu mərhələyə çatıbsa, deməli təqvanın ən ali mərhələsindədir. Ona görə də bir hadisə baş verən zaman əvvəl Allahın razılğını, sonra da xəlqin və özünün razılığını əldə etməyə çalışmaq lazımdır. Yəni başımıza bir iş gəlsə, ilk növbədə baxmaq lazımdır ki, Allahın bu məsələyə nəzəri necədir. Ondan sonra insanların razılığını əldə etməyi düşünər. Ancaq əgər Allahın razılığını sonraya salsaq, bu əməl şirki olar. Çünki xalis tövhid bu deyildir. Xalis tövhidə çatmaq üçün ilk olaraq Allahın razılığını almağa çalışmalıyıq.

Hədislərin birində oxuyuruq: "Əgər insan özü ilə Allahın rabitəsini islah edərsə, Allah da onunla insanların rabitəsini islah edər”.

Əgər həqiqətən Allahın razılığını əldə etmək istəyiriksə, Allah insanların qəlbini bizə tərəf cəlb edər. İnsan bilməlidir ki, bu dünya fanidir və əbədi dünya axirətdir. İnsan əgər bu həqiqəti qəbul edib, ancaq əməldə bunu göstərməsə, deməli bu yəqinliyi kifayət qədər deyildir.

Həzrət Peyğəmbər (s) bizə buyurur ki, biz insanlar qonağıq və hər nəyimiz varsa, əmanətdir. Fərz edin ki, sizi təmtəraqlı bir saraya dəvət ediblər ki, xalçaları gözəl, otaqları geniş, işıqlı və bəzədilmişdir. Şübhəsiz ki, siz hiss edəcəksiniz ki, bu sarayda müvəqqəti qalırsınız. Ona görə də ona bağlanmırsınız. İnsan əgər bu hissi dünyaya bəsləsə, şübhəsiz ki, ona bağlanmaz.

Düzdür ki, dünya nağddır, ancaq əldən gedir. Axirət nisyə olmasına baxmayaraq, düz və sadiqdir. Orada hakim olan Allah - həm Adil və həm də Qadirdir.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 895 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]