Şənbə günü, 2024-04-20, 3:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Ömrü uzun etməyin üsul və vasitələri
2013-04-06, 5:53 AM
Ömrü uzun etməyin üsul və vasitələri


"Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır”. ("Nisa” 78).

Bəşərin bu düyadakı ən böyük arzularından biri - uzun ömür sürməkdir. Elə bir ömür istəyir ki, heç bir zaman sona çatmasın. Uzun illər öz arzularına çatmaq üçün çalışmaq istəyir. Uzun ömürlü olmaq - bəşər üçün bir kabusa çevrilmişdir.

Bəs insan bu qədər texnologiyada irəliləmişdir, bəlkə uzun ömürlü olmaq və cavidan olmaq üçün də nəyisə ixtira edə bilər?

Ancaq Allah Quran ayəsində bunun qeyri-mümkün olduğunu vurğulayır. Çünki əgər belə olsaydı peyğəmbərlər (ə) və İmamlar (ə) cavidan həyata daha layiq insanlar olardılar. Onlar cavidan yaşayardılar. "Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər”. ("Zumər” 30).

Cavidan həyat istəyən bütün insanlara xitab edərək buyurur: "Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır”. (Nisa” 78).

Bəşər bu dünyada heç bir zaman cavidan həyata çata bilməyəcəkdir. Ancaq elə işlər görə bilər ki, ömrü artsın. Quran yəhudilər haqqında buyurur: "Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan – hətta (Allaha) şərik qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu (Cəhənnəm) əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir”. ("Bəqərə” 96).

Buna baxmayaraq, insanın uzun yaşaması qadağan edilməyən bir məsələdir. O insan ki, bu fani dünyada çox qalmaq istəyir, Quran və hədislərin ömrü uzatmaq üçün ona tövsiyələri vardır. Onu da qeyd etməliyik ki, ömrün bərəkətli olması uzun olmasından daha dəyərlidir. Tarixdə elə insanlar olmuşdur ki, həyatlarının qısa olmasına baxmayaraq, çox bərəkətli olmuşdur. Buna Məsumları (ə) və bir çox din alimlərini göstərmək olar. Bu qısa zamanda bəşərə çoxlu xidmət edə bilmişdilər. Əllamə Məclisi 73 illik ömründə 100-ə yaxın kitab yazmışdır və onlardan ən dəyərlisi "Biharul-ənvardır”.

Ömrü uzatmağın yollarına nəzər yetirək:

1. Səhər yeməyini unutmayın. Quranda oxuyuruq ki, behişt əhli gündə iki dəfə - bir səhər və bir də axşam yemək yeyərlər. "Orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır”. ("Məryəm” 62). İmam Əli (ə) də səhər yeməyinin ömrün uzun olmasına təsirinə işarə etmiş və buyurmuşdur: "Hər kim cavidanlıq istəyir, gərək səhər yeməyini tez və şamını gec yesin”.

2. Yeməkdə ifrat etməmək. Biz gündəlik beş vacib namazlarda Allahdan istəyirik ki, bizi müstəqim yola hidayət etsin, o kəslərin yoluna ki, onlara ənam vermişdir, ancaq qəzəbləndiklərinin yoluna hidayət etməsin. Allahın qəzəbləndiyi insanlardan biri də yeməkdə ifrat edənlərdir. "Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır”. ("Taha” 81).

3. Başqalarını bağışlayın. Quran dəfərlələ bizi güzəşt etməyə və bağışlamağa dəvət etmişdir. "Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et”. ("Fussilət” 34).

4. Çox düşünün. "De: «Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?»” ("Ənam” 50). Təfəkkür etmək insanın mənəvi və ictimai həyatına müsbət təsir etdiyi kimi ömrünü də uzada bilər. Psixoloqlar da bu fikirdədir. Onların nəzərinə görə təfəkkür etmək insan ömrünü 15 il uzada bilər.

5. Qohumlarınıza davamlı olaraq baş çəkin. İmam Sadiq (ə) buyurur: "Sileyi-rəhm kimi ömrü uzadan başqa bir şey tanımıram. Əgər bir insanın ömrünə üç il qalıbsa və sileyi-rəhm edərsə, Allah ömrünə 30 il əlavə edər. Ömrü 33 il olar. Əgər qohumları ilə əlaqəsini kəsərsə, Allah 30 illik ömrünü 3 il edər”.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 690 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]