Main » Files » Əqidə » Əqidə |
İslam və Xristianlıq
2013-06-16, 2:42 PM | |
Allah İslamı bəşəriyyət üçün son din olaraq bəyənib göndərdi və bu dinin arcıcıllığını müsəlman adlandırdı. Qurana görə, müsəlmanları orta (heç bir işdə iftira varmayan və səhlənkarlıq etməyən) və xeyrli ümmət olaraq təqdim edir.
Qurana görə, Allah dərgahında qəbul olunan yeganə din İslam
dinidir.İslam irq və milliyyətindən asılı olmayaraq hər bir davamçısını
bərabər tutur və onların üstünlüyünü təqvada (Allahdan qorxmaqda) görür.
Eyni zamanda hər bir müsəlmanı azad və günahsız görmək istəyir. İslama
gprə, insan gündəlik vacib ibadətlərini istədiyi yerdə yerinə yetirə
bilər (bir şərtlə ki, həmin yer qəsbi olmasın və pak olsun). İslama görə, İsa peyğəmbər (ə) dünyaya atasız gəlsə də, adı bəşər övladıdır. Halbuki xristianlığa görə, o, Allahın oğludur. İslamda - hər kəs öz günahlarını tövbə etməli və Allahdan bağışlanma diləməlidir.
Xristian dünyasında isə insan kilsə adlandırılan xüsusi yerə getməli
və orada ibadət etməli və bağışlanmasını keşişdən istəməlidir.
İslamı ibadətlər çoxşaxəlidir. Xristianlıqda isə ibadət kilsədə və ya
evlərdəki ibadət güşəsində edilən dualarla məhdudlaşır. İslamda ibadət ruhanı və ibadət üçün xüsusi paltar nəzərdə tutulmur. əsas odur ki, paltar pak olub qəsbi olmasın. Xristianlıqda isə keşiş qara rəngli xüsusi paltarlar geyinməli və ibadətlərini onunla yerinə yetirməlidir. İslamda - istənilən yerdə ibadət etmək olar. Xristianlıqda isə bu iş kilsədə və ya evin xüsusi guşəsində yerinə yetirilir. Adi müsəlman istədiyi vaxt ailə qura bildiyi halda, xristianlıqda keşiş və rahibələr ömürlərinin sonunadək ailə qurmazlar. İslamda ruhaniyyətə adi vətəndaş eyni həyat tərzi sürdüyü halda, xtistianlıqda bu tam fərqlidir. Xristianlıqda isə Allah kəlamı da, İsa peyğəmbərin buyruq və tövsiyələri eyni mənbədə, İncil adlandıran kitabda yer almışdır. Quranda, Peyğəmbərimizin (s_ buyuruqları isə hədis və sünnət adlandırdığımız xüsusi hədis kitablarında yer alır.
Hal-hazırda Quranın tək bir orijinal nüsxəsi vardır. Xristian
dünyasında bir-birindən kəskin şəkildə dörd İncilə rast gəlmək olur. QURANDA İSLAM VƏ MÜSƏLMANÇILIQ
*Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş
şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu)
bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa)
başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah
tezliklə haqq-hesab çəkəcəkdir.("Ali-İmran" 19) *Kim
islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul
olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! ("Ali-İmran" 85)
*Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün
açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb
sıxıntıya salar. ("Ənam" 125) *"Batildən haqqa tapınaraq üzünü islam dininə çevir, müşriklərdən olma,("Yunus" 105) İKİ DİN ARASINDA İKİ FƏRQ Din müsəlmanın həyatının bir hissəsi olduğundan burada meydana gələn məzhəb ayrı-seçkinliyi öz acı təsirlərini göstərir. Xristian dünyasında isə din vərdiş halını aldığından belə bir fərq nəzərə çarpmır.
İslama görə, İsa peyğəmbər (ə) digər peyğəmbərlər kimi bəşəriyyətin
haqqa hidayət olunmaları üçün göndərilmişdir. Xristianlığa görə isə İsa
peyğəmbər (ə) insanların günahlarının bağışlanmağı üçün göndərilmişdir.
İslama görə, isa peyğəmbər (ə) İlahi möcüzə olaraq qeyb aləminə
çəkilmişdir. Xristianlığa görə isə o, kafirlər tərəfindən dara
çəkilmişdir. İslam bəşəriyyəti təkallahlığa dəvət edir. Halbuki xristianlıqda müqəddəs üçlükdən söz açılır. | |
Views: 947 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |