Şənbə günü, 2024-04-27, 1:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

İnsan necə Allahın məmuru ola bilər?
2013-04-16, 9:35 PM
İnsan necə Allahın məmuru ola bilər?

 Bir çoxlarımız izzətli olmağa meyilliyik. Ancaq onu əldə etməyin yolunu bilmirik.


Həyatımızda neçə dəqiqəni başqalarının çətinliyini həll etmək üçün ayırmısınız? Qəlbinizdə başqaları üçün nə qədər yer ayırmısınız? Ola bilsin ki, deyəsiniz, bizim öz problemlərimiz bizə bəsdir. Əgər ağlamalıyıqsa, gərək öz halmıza ağlayaq. Əgər kömək etməliyiksə, gərək özümüzə kömək edək. Bəs fədakarlıq və comərdlik harada qalmışdır?

Əgər müsəlmanların problemləri bizim üçün əhəmiyyətli deyilsə, deməli, müsəlmanlığımız şərtidir. Çünki müsəlman olmaq - adla, namazla bitmir. İslam dininin böyük bir hissəsini fədakarlıq, başqalarına xidmət etmək, ehtiyacı olanlara yardım etmək durur.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, müsəlmanların məsələlərinə fikirləşməmiş və səy etməmiş səhəri açarsa, İslamdan bəhrələnməmiş deməkdir. O kəs ki, müsəlmanları yardıma çağıran insanın şahidi olar, ancaq ona cavab verməzsə, müsəlman deyildir”.

Ona görə də qəlbimizin bir hissəsini başqalarına sevgi göstərməyə, başqalarına yardım etməyə ayırsaq, Allah bəndəsinə çevrilərik. Allah bu yolla bəndələrini imtahana çəkər.

Bu əməlin sonu - izzət və başqalarının dostluğunu qazanmaqdır. Hər kim başqaları üçün iş görərsə, insanlar da onu sevər. Hər kim cəmiyyətə xidmət edərsə, insanların sevgisindən bəhrələnmiş olar. Hər kim insanlara yaxşılıq edərsə, onların qəlbində özünə yer ayırar.

Hədislərdən birində oxuyuruq: "Hər bir dəstənin sərvəri - onlara xidmət edəndir”. Mərhum İmam (r) da deyərdi: "Mənə rəhbər deməyin, mənə xidmət edən deyin”.

Bir insanın tofiqidir ki, başqalarının çətinliklərini aça bilsin. Elə bir nemətdir ki, minlərlə şükr istəyir. Başqalarının işlərini həll etmək elə bir xidmətdir ki, Allah və Peyğəmbər (s) tərəfindən imzası atılmışdır. Bu yolda niyyət qürbət qəsdilə olmalıdır.

O kəslər ki, qarşılıq gözləmədən insanların problemini həll edərlər, Allahın xüsusi bəndələri və İlahi məmurlarıdır. İlahi tofiq onlara şamil olar. Bu xidmətin mükafatı dünya feyzi və axirət əcridir.

İmam Rza (ə) buyurur: "Allahın yer üzündə bəndələri vardır ki, işləri insanların ehtiyacını aradan qaldırmaqdır. Onlar Qiyamət günü amandadırlar”.

Həzrət Peyğəmbər (s) buyurur: "İnsanların ən yaxşısı o kəsdir ki, insanlar ondan fayda və bəhrə aparsınlar”.

Məsumlar (ə) bütün həyatları boyu insanlara yardım etmiş və onların ehtiyacını aradan qaldırmışdılar. Peyğəmbərimizdən (s) öyrəndiyimiz dərs bu idi ki, insan həmişə başqalarına yardım etməlidir. Bacardığı qədər insanların düyününü açmalıdır. İmamlarımız (ə) Kəbəni təvaf edən zaman kiminsə yardım səsini eşitsəydilər, təvafı saxlayar və yardıma tələsərdilər.

Nəql edilir ki, İmam Səccad (ə) yol gedən zaman bir kəsəyə və ya daşa rast gələn zaman miniyindən düşər və onu yolun kənarına qoyardı. Sonra miniyinə minər və yoluna davam edərdi. Buyurardı: "Nurani sünnət, yəni budur”. Yolda olan maneələri qaldırmaq və çalaları doldurmaq başqalarına xidmətin bir növüdür.

Beləliklə, deyə bilərik ki, əgər həqiqi və xalis müsəlman olmaq istəyiriksə, başqalarına xidmət edək və onların ehtiyaclarını aradan qaldıraq.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 748 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]