Cümə günü, 2024-04-19, 5:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

İmam Əlinin (ə) ədalətini dərk etmək
2013-05-30, 6:08 AM
İmam Əlinin (ə) ədalətini dərk etmək

 İmam Əli (ə) adil hökm çıxartmaqda misilsiz idi. Düşməni də, dostu da onun bu qabiliyyətini etiraf edirdilər. O, hər bir məsələdə aqilcəsinə və məntiqli hökmlər çıxardar və sanki qeybdən yardım alardı.


İmam (ə) buyurur: "Əgər hökm vermək istəsəm, Tövratın davamçılarına Tövrata görə, İncilin davamçılarına İncilə görə və Quranın davamçılarına Qurana görə qəzavət edərəm. Hər biri dilə gəlib deyər: Əli bizdə olanın eynisinə hökm verdi”.



İmam Baqir (ə) buyurur: "Peyğəmbər (s) İmam Əlini (ə) Yəmənə göndərir. Orada yaşayanların atlarından biri qaçır və bir nəfərə təpik vurub, onu öldürür. Ölənin sahibləri atın sahibini tutur və İmamın yanına gətirirlər. Atın sahibi şəhadət verir ki, atı qaçmış və həmin kişini öldürmüşdür. İmam Əli (ə) ölənin qanının hədər getdiyinə hökm verir. Ölənin adamları Peyğəmbərin (s) yanına gəlirlər. İmam Əlinin (ə) çıxartdığı hökmdən şikayət edirlər. Deyirlər: Ya Rəsullah! Əli bizə zülm etdi və bizim ölümüzün qanını hədər hesab etdi.

Peyğəmbər (s) buyurur: Əli zalım deyildir, zülm üçün yaradılmamışdır. Vilayət və sərvərlik məndən sonra Əlidədir. Onun hökmü - qəti hökmdür. Sözü - düzgün sözdür. O kəs ki, Əlinin sözünü və hökmünü rədd edər, kafirdir”. Yəmən əhli bu sözləri eşidən zaman deyirlər: Ya Rəsulallah! Biz Əlinin sözünə və hökmünə razı olduq”. Peyğəmbər (s) buyurur: "Bu, dediklərinizin tövbəsidir””.

Abdullah ibni Abbas nəql edir: "Bir gün Ömər ibni Xəttab İmam Əliyə (ə) deyir: "Ya Əbəl Həsən! Sən insanların arasında hökm çıxardan zaman tələsirsən. Düşünüb qəzavət etmirsən?” İmam cavab kimi əllərini Ömərin qarşısında açıb buyurur: "Əlimdə neçə barmağım var?” Ömər deyir: "Beş ədəd”. İmam (ə) buyurur: "Niyə cavab verən zaman tələsdin? Düşünmədən mənim cavabımı verdin?” Ömər deyir: "Bu, elə mövzudur ki, gizli deyildir. Çox aydın və sadədir. Düşünməyə ehtiyacı yoxdur”. İmam (ə) buyurur: "O məsələlərdə ki, mən hökm verirəm, mənim üçün aşkar və sadədir. Düşünməyə ehtiyacı yoxdur. Aləmin sirlərindən heç bir şey mənim üçün gizli deyildir. Necə ki, barmaqların sayı sənin üçün aşkar və sadədir”.



Həzrət Peyğəmbərin (s) vəfatından sonra şərab içən bir kişini Əbu Bəkrin yanına gətirirlər. Xəlifə ondan soruşur: "Şərab içmisən?” O, cavab verir: "Bəli”. Xəlifə deyir: "Niyə içmisən, halbuki şərab haramdır?” Kişi deyir: Əgər mən bilsəydim ki, o, haramdır ona ağzımı vurmazdım. Xəlifə bu məsələnin həllində aciz qalır. Əlini Ömərə tərəf uzadır. Ömər deyir: "Bu məsələnin çarəsi Əbəl Həsəndir”. Xəlifə nökəri çağırıb İmamın (ə) dalınca göndərir. Ömər deyir: "Ancaq Əlinin gəlməyi heç də yaxşı deyildir. İcazə verin biz onun mənzilinə gedək”.

Onlar Səlmanla bir yerdə İmamın (ə) evinə gedirlər. Məsələni danışırlar və Həzrət (ə) buyurur ki, onu bazar və küçələrdə gəzdirin. Mühacir və ənsardan soruşun ki, kimsə şərabın haram olma məsələsini ona deyibmi? Əgər bu hökm onun qulağına çatmayıbsa, onu azad edin.



Xəlifə İmamın (ə) göstərişinə əsasən əməl etdi. Heç kim şəhadət vermədiyi üçün, onu azad edirlər. Səlman deyir: "Mən İmama dedim ki, onlara yaxşı yol göstərdin”. Həzrət (ə) cavab verir: "Yunus” surəsinin 35-ci ayəsini bir daha onlara və özümə xatırlatmaq istədim: "Arxasınca gedilməyə haqqa tərəf hidayət edən kəs daha layiqdir, yoxsa hidayət edilməyincə doğru yolu tapa bilməyən kəs? Sizə nə olmuşdur? Necə mühakimə yürüdürsünüz?!”.

Allah Təala bizləri Əli (ə) ədalətini dərk edənlərdən qərar versin.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 840 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]