Cümə günü, 2024-04-19, 10:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

İlahi rəhməti cəlb etmək üçün çalışmaq
2013-05-14, 10:49 AM
İlahi rəhməti cəlb etmək üçün çalışmaq

İslam dini - Allah Təbarəkə və Təalanın kamil bir proqramıdır. İnsanlara dünya və axirət səadəti bəxş edən bir dindir. İnsan İlahi rəhmət və feyz vasitəsilə həqiqi mömin və möminə olar. Bu rəhməti isə biz insanlar çalışaraq və səy edərək, cəlb etməliyik.


Bu rəhmət və bu feyz heç kəsə zəhmətsiz verilməz. Hətta peyğəmbərlərə (ə) və İmamlara (ə) belə. Bu rəhmətdən məhrum olmaq nəticəsində dünya həyatı yarpaqsız qışa bənzəyər.

İnsan bütün ömrü boyu fəaliyyət göstərər və ölüm vaxtı çatan zaman görər ki, heç biri əməlini hesaba almayıblar. Bütün ömrü puç olar. Əli heç bir yerə çatmaz. Çünki həyatını Allaha görə deyil, dünya sevgisinə görə yaşamış və çalışmışdır.

«Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». ("Cinn” 15).

"O kəs ki, ən böyük oda girəcək və yanacaqdır. Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır”. ("Əla” 12-13).

Bəli, cəhənnəm atəşi bu sümüklərin vasitəsilə alovlanar, ancaq həmin sümüklər yanıb kül olmazlar, elə hey yanarlar. Bu, elə bir atəşdir ki, yer və göy ona qarşı çıxa bilməz, məhv olar. Ancaq bu sümüklər atəşdən külə dönməz halda yanarlar. Çünki bunu Allah belə istəyir. Necə ki, Həzrət İbrahimin (ə) alovda yanmasını istəmədi, cəhənnəm əhlinin sümüklərinin də əbədi yanmasını iradə edir.

Əllamə Təbatəbai buyurur: "12 yaşım var idi və mən Nəcəfə oxumağa gəlmişdim. İlk rastlaşdığım müəllim Ayətullah Seyyidəli Qazi idi. Mən bir neçə ay əvvəl Qumda yaşayan 90 yaşını keçmiş bir alimi görməyə getdim və o, mərhum Kompaninin tələbəsi idi. Ondan soruşdum ki, Ayətullah Qazini görübmü? Dedi: Bəli. Dedim: Bu alimdən nəyisə bilirsinizmi? Dedi: Bəli, dörd-beş nəfərlə bir yerdə Səhələ məscidinə ibadət üçün getmişdik. Birdən bir səs eşitdik və namazın salamını vermiş dostlarımdan biri görür ki, böyük bir kobra ilan bizə tərəf gəlir.

Mərhum Qazi də ibadət edirdi. İnsanların səs-küyündən ibadətdən ayrıldı. Gözü ilana dəydi və dedi: "Ey ilan, öl”. İlan həmin an öldü. İnsanlar bayıra çıxdılar və alimin şagirdləri təəcübləndi ki, bir söz deməklə ilan ölərmi? Gedib ilana baxdılar və gördülər ki, həqiqətən ilan ölmüşdür. Alim dedi: Yəqinə çatdınız ki, ilan ölüb?”.

Mərhum Şəhid Mütəhhəri nəql edir: "Əllamə Təbatəbai buyururdu: "Mənim Nəcəfdə ilk gördüyüm müəllimim mənə dedi ki, oğlum, bir yerə çıxmaq istəyirsənmi?” Dedim: "Bəli, müəllim”. Dedi: "Mənim sənə ancaq bir nəsihətim var. Əgər onu yerinə yetirsən, bir yerə çıxacaqsan”. Dedim: "Hansı əməl?” Buyurdu: "Gecə namazı qıl”. Əllamə buyurur ki, mən həmin bu cümləni yadda saxladım və ona əməl etdim. Ona görə də Əllamə Təbatəbai oldum. Bəli, müstəhəb əməl sadə insanı Əllamə Təbatəbaiyə çevirər”.

Allaha tərəf gedən yol salehlərin yoludur. Onlar bu yolda Allahı qəlbləri ilə hiss ediblər, gözləri ilə deyil. Çünki göz ancaq məhdud varlıqları görər və hiss edər, kiçik bir mikrobu görmədiyi halda, Allahı necə görə bilər ki? Göz nədir? Kiçik bir piy parçasıdır. İmam Əli (ə) onun haqqında buyurur: "Sizin gözünüzün hədəqəsində kiçik bir piy qoyulmuşdur. Mən təəccüb edirəm ki, bu piy necə görə bilər?”. Dünyada bu qədər piy vardır, ancaq gözdə olan piy görmə qabiliyyətinə malikdir.

İnsan özü İlahi rəhməti özünə tərəf cəlb etməlidir. Bunun üçün çalışmalı və səy etməlidir.



(Erfan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 572 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]