Çərşənbə günü, 2024-04-24, 5:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

İbadətin şərti: ruhu Allaha təslim etmək
2013-04-07, 5:02 AM
İbadətin şərti: ruhu Allaha təslim etmək

"Və (yada salın) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kə’bənin) təməlini ucaldırdılar (və deyirdilər): «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!»”. ("Bəqərə” 127).


Çox sayda ayə və hədislərdən belə nəticə çıxartmaq olur ki, Kəbə Evi Həzrət Adəmin (ə) zamanından olmuş və Həzrət İbrahim (ə) onu yenidən təmir etmişdir. Həzrət İbrahim (ə) övladını və həyat yoldaşını Məkkə torpağında qoyanda buyurur: «Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükür etsinlər». ("İbrahim” 37).

"Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir”. ("Ali-İmran " 96).

İmam Əli (ə) buyurur: "Allah bütün insanları Həzrət Adəmdən (ə) əbədə qədər bu Kəbə və onun daşları ilə imtahana çəkər”.

Bu ayə və hədislərdə Həzrət İbrahimə (ə) və Həzrət İsmayilə (ə) işarə edilmişdir. Hər ikisi Kəbənin təmirində iştirak etmişdilər. Həzrət İbrahim (ə) Kəbədə bənnalıq edirdi və İsmayil (ə) da ona daşları verirdi.



"Bəqərə” surəsinin 127-ci ayəsindən bu nəticə çıxartmaq olar:

1. Keçmişin yaxşı işlərini unutmayaq.

2. İlahi hədəf yolunda bənnalıq və fəhləlik də ibadətdir.

3. Əgər gördüyüm iş Allah tərəfindən qəbul olmazsa, hətta Kəbənin təmiri olsa belə yenə də dəyərsizdir.

4. Allahın əzəməti qarşısında gördüyümüz işləri zikrə layiq bilməyək.

5. Hədislərdə deyilir ki, duanın qəbul olma şərti Allaha sitayişdir. İbrahim (ə) öz duasını Allaha sitayişlə bir yerdə edir.



Həzrət İbrahim (ə) və Həzrət İsmayil (ə) buyurur: «Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!» ("Bəqərə” 128).

Bu iki peyğəmbər (ə) öz risalətlərini gözəl şəkildə yerinə yetirməklərinə baxmayaraq, yenə də Allahdan istəyirlər ki, onları əmrinə təslim etsin. Sanki Allahdan daha çox təslim istəyirlər. O kəs ki, ancaq Allaha təslim olar, nə bütə itaət edər və nə də zalıma.

Bu ayədən əldə etdiyimiz nəticələr:

1. Bu günün kamalına qane olmayın. Allahdan təkamül istəyin.

2. Öz övladlarına və nəslinə diqqət etmək - aqilcəsinə bir uzaqgörənlikdir ki, daxili eşq və yanğıdan xəbər verir.

3. Bəndəlik yolunu Allahdan öyrənmək lazımdır. Əks halda insan müxtəlif xürafatlara düçar olar.

4. Ruhunuz təslim olmayınca əhkamın faydası olmaz. Həzrət İbrahim (ə) Allahdan ruhunun təslim olmasını istəyir. Ondan sonra ibadət və bəndəlik yolunu istəyir.

5. Tövbəyə və İlahi lütfə qayıtmağa ehtiyac vardır. Hər bir halda və hər bir məqamda dəyərlidir. Hədislərdə oxuyuruq ki, Peyğəmbər (s) hər gün 70 dəfə istiğfar edərdi. Halbuki o, məsum idi.

6. Duanın şərtlərindən biri Allaha sitayişdir. Bu ayədə ona şahid oluruq.



Beləliklə deyə bilərik ki, bu dünyada nə qədər müvəffəqiyyət qazansaq da, nə qədər İlahi yolda irəliləsək də yenə də dua etməkdən və Allaha sitayiş etməkdən əl çəkməyək. Tövbə ilə İlahi rəhmət qapısını açaq və Allahdan ruhumuzu təslim etməsini istəyək. Əgər ruhumuz Allaha tamamilə təslim olarsa, qalan ibadətlərimizin də dəyəri olar. Əks halda faydasız olacaqdır.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 537 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]