Şənbə günü, 2024-04-20, 5:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Həzrət Peyğəmbərin (s) kəlamlarında adı çəkilən “ən”lər
2013-05-14, 10:47 AM
Həzrət Peyğəmbərin (s) kəlamlarında adı çəkilən "ən”lər

Şeyx Səduq İmam Sadiqdən (ə) və o, da Peyğəmbərdən (s) nəql edir ki, buyurub:

"Ən dindar kəs o kəsdir ki, vacibatı yerinə yetirər.

Ən səxavətli insan o kəsdir ki, malının zəkatını verər.

Ən zahid insan o kəsdir ki, haramdan çəkinər.

Ən təqvalı insan o kəsdir ki, haqqı istər xeyirinə olsun, istərsə də ziyanına, deyər.

Ən adil insan o kəsdir ki, insanlara özü üçün bəyəndiyini bəyənər. Özünə əsirgədiyini onlardan əsirgəyər.

Ən zirək insan o kəsdir ki, hamıdan çox ölümü yada salar.

Ən şad və sevincli insan o kəsdir ki, küfrdən imandadır və savaba ümidi var.

Ən qafil insan o kəsdir ki, dünyanın bir haldan başqasına dəyişməsindən ibrət almaz.

Ən əziz insan o kəsdir ki, dünyaya dəyər verməz.

Ən alim insan o kəsdir ki, insanların elmini öz elmi ilə bir yerə yığar.

Ən şücaətli insan o kəsdir ki, havayi-nəfsinə qalib gələr.

Ən dəyərli insan o kəsdir ki, hamıdan alim olsun.

Ən az dəyərli insan o kəsdir ki, ən az elmə malik olsun.

Ən çox xoş olmayan insan o kəsdir ki, həsəd aparandır.

Ən az rahat insan o kəsdir ki, paxıl olar.

Ən paxıl insan o kəsdir ki, Allahın ona vacib buyurduğu haqqa simiclik edər.

Haqqa riayət edən ən layiqli insan o kəsdir ki, haqqa qarşı daha çox elmi olar.

Ən az hörmət edilən insan o kəsdir ki, fasiq olar.

Ən vəfalı insan quldur.

Az sevimli insan padşahdır.

Ən yoxsul insan tamahkardır.

Ən ehtiyacsız insan o kəsdir ki, həvəsinin əsiri olmaz.

İman cəhətdən ən üstün insan o kəsdir ki, insanların ən xoş əxlaqlısı olar.

Ən əziz insan o kəsdir ki, insanların ən salehi olsun.

Ən dəyərli insan o kəsdir ki, ona aid olmayan işlərə qarışmaz.

Ən dindar insan o kəsdir ki, davanı tərk edər, baxmayaraq ki, haqq onun tərəfində olsa belə.

İgidlikdən az bəhrələnən insan o kəsdir ki, yalançı olar”.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 620 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]