Cümə axşamı, 2024-04-18, 11:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Hədisin yazılma tarixi
2013-05-22, 4:46 AM
Hədisin yazılma tarixi


Peyğəmbərdən (s) sonra ilk üç xəlifənin dövündə hədisin yazılması rəsmi şəkildə qadağan edildi. Tarixi sənədlərə əsasən olduqca dəyərli miras olan hədis üç xəlifənin dövündə yazılmamaqdan əlavə ciddi qadağa və müxalifətlə üzləşdi. Buna görə də Əhli-sünnə tarixçiləri hicrətin birinci əsrini hədisin yazılmasının qadağa əsri adlandırırlar. (Əzvaun ələs-sunnətil-muhəmmədiyyə ,s, 461) Onların fikrincə hədis ikinci əsrdə yazılmışdır. İndi isə xəlifələrin hədisi necə qadağan etməsini qısa şəkildə izah edək:

Əbubəkrin xilafəti

Tarixi məlumatlara əsasən Əbubəkr hədisin yazılması ilə ilk müxalifətçilik edən şəxs olmuşdur. Əbubəkr xilafətinin əvvəlində müsəlmanları yığdı və onlardan Peyğəmbərdən (s) hədis nəql etməməyi və yazmamağı tələb etdi. O, müsəlmanlardan Qurana etimad eməyi və Quranın halal-haramını öyrənməyi istədi.

Məşhur sunni tarixçisi Zəhəbi yazır: Əbubəkr Peyğəmbərdən (s) sonra müsəlmanları topladı və onlara dedi: Siz Peyğəmbərdən (s) sonra ixtilafa düşəcəyiniz hədislər nəql edirsiniz. Sizdən sonra insanlar da onlarda ixtilafa düşəcəklər. Buna görə də Peyğəmbərdən (s) hədis nəql etməyin. Hər kim sizdən bu haqda soruşsa deyin: Allahın kitabı bizim və sizin aramızdadır. Onun halalını halal, haramını haram bilin. (Təzkirətul-huffaz,c1,s3, Əzvaun ələs-sunnətil-muhəmmədiyyə,s,46) Tarixdə qeyd olunur ki, Əbubəkrin yanında Peyğəmbərdən (s) 500- hədis var idi. Onların hamısını yandırdı. (Tədvinus-sunnətiş-şərifə,s246)

Ömərin xilafəti

Ömər də xilafəti dövründə Əbubəkrin yolunu davam etdirdi. Ömərin dövründə hədis qadağası şiddətləndi. Ömər hədisi yazmağın qadağasından əlavə onu nəql etməyi də qadağan etdi. (Subhi Saleh,Ulumul-hədis və mustələhuh,s 31) Aşağıda qeyd olunanlar buna şahiddir:

1-Bəzi ravilərin (Hədis nəql edən) həbsi: Zəhəbi yazır: Ömər üç nəfəri İbn Məsud, Əbul-dərda, Əbu Məsudu həbs etdi və onlara dedi: Peyğəmbərdən çox hədis nəql edirsiniz. (Təzkirətul-huffaz,c1,s27) Başqa bir nəqlə əsasən Osman xilafəti dövründə Ömərin həbs etdiyi üç nəfəri azad etdi. (Əzvaun ələs-sunnətil-muhəmmədiyyə,s,54)

2-Hədisi yandırmaq və məhv etmək fərmanı: Əbdullah ibn Əla deyir: Qasim ibn Muhəmməddən mənə hədis imla etməsini xahiş etdim. O, mənə dedi: Ömərin dövründə hədis çoxalmışdı. O, insanlardan hədisləri gətirməyi tələb etdi. Onlar hədisləri gətirəndə Ömər hədisləri yandırmaq fərmanı verdi və dedi: Hədislər Əhli-kitabın ikincisi kimidir. (Onların muqəddəs kitabdan başqa kitabı olduğu kimi hədislər də ona bənzəyir) Əbdullah dedi: Sonra Qasim mənə hədis yazmağı qadağan etdi. (Təqyidul-elm,s,52, Əzvaun ələs-sunnətil-muhəmmədiyyə,s,47)

Osmanın xilafəti

Hədisin yazılmasının qadağası Osmanın dövründə də Ömər ibn Əbdüləzizin xilafəti dövrünə qədər davam etdi. O, hədisin yazılmasına fərman verdi. Ömər ibn Əbdüləzizdən sonra hədis rəsmi şəkildə yazılmağa başladı. Bu qadağa yüz il çəkdi.

Bu məlumatlardan belə başa düşülür ki, Əbubəkr, Ömər və Osman hədisin yazılmamasına çox israrlı idi. Qadağa bəzi dövrlərdə məsələn, Ömərin xilafətində daha şiddətli oldu. Ömər hədisi nəql etməyi də qadağan etmişdi. O, bu işi görənləri həbs edir və bəyanat verirdi. Qeyd olunanlardan alınan başqa bir nəticə budur ki, Ömər ibn Əbdüləzizin hədisi yazmağa icazə verməsi, üç xəlifənin hədisi qadağan etmədən məqsədi yersiz və siyasi məqsədlər güdürdü. Yoxsa Ömər ibn Əbdüləziz xəlifələrin əksinə əmr verməzdi. Onun bu əmrinə heç bir səhabə etiraz etmədi. Biz bəhsin ardında xəlifələrin işlərinin Quran və hədis baxımından batil olduğunu və onlar bu qadağan əsl məqsədini bəyan edəcəyik. Əvvəl görək Quranın bu haqda nəzəri nədir?

Quran və yazmaq

Xəlifələr deyirlər ki, əgər hədis yazılsa insanlar Qurandan uzaqlaşacaq və Quranla hədis qarışacaq. İnsanlar ixtilafa düşəcək. İndi görək Quranın bu haqda nəzəri nədir? Quran bu işi təsdiqləyirmi?

Quran bəşəriyyətin hidayəti və onu kamilliyə çatdırmaq üçün gəldiyindən "Təlim", "Oxumaq" və "Qələm" sözləri ilə başlayır. Bu yolla elmin və yazmağın əhəmiyyəti Peyğəmbərə (s) gələn ilk ayələrdə bəyan edilir. Allah-təala qələmə əzəmət bağışlamaq üçün ona and içir. (Qələm surəsi, 1) Allah qələmi böyük nemət sayaraq, özünü onunla tanıtdırır və buyurur: "Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!... Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (Ələq, 1-4)

Xətib Bağdadi yazır: Allah-təala möminləri yazmağa əmr etmiş və onları bu işin vasitəsilə ədəbləndirərək, buyurur: "Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır.” (Bəqərə, 282) Bundan əlavə quranda (yazmaq) maddəsindən yazmaq mənasına işlənən 57-sözün işlənməsi və kitab sözünün 262-dəfə işlənməsi bu sözlərin Quranda əhəmiyyətli sözlərdən olduğunu çatdırır. Beləliklə Qurani-kərim yazmaq və hizf etməyə əmr edən ilk bələdçi və bu işə çoxlu təşviqlər edən nur çeşməsidir.

Yazmaq və Peyğəmbər (s) sünnəsi

Əziz Peyğəmbərimiz (s) öz dininin fəlsəfəsini elm və biliyin yayılması kimi tanıtdıraraq, buyurur: Təlimlə göndərilmişəm. (Sunəni ibn Macə, c1,s 83) Həzrət (s) bu yolla təbliğinin başlıca məqsədinin cəhaləti aradan qaldırmaq və elmi inkişaf etdirmək olduğunu bildirir. Belə bir məqsədə malik olan şəxs amalının həyata keçməsində mühüm rol oynayan yazmaq məsələsinə diqqətsiz yanaşa bilərmi? Əbdullah ibn Əmr deyir: Peyğəmbər (s) buyurur: Elmi qoruyun. Dedim: Necə? Buyurdu: Yazmaqla (Təqyidul-elm,s692) Başqa bir hədisdə qeyd olunur ki, Ənsardan olan bir kişi Peyğəmbərin (s) hüzurunda oturur və Həzrətin sözlərin dinləyərdi. Peyğəmbərin (s) sözlərindən xoşu gələrdi.

Amma onları unudardı. O, bir gün Həzətə şikayətlənərək, dedi: Sizin sözləri eşidirəm. Amma yadda saxlaya bilmirəm. Həzrət buyurdu: Eşitdiklərini yaz. (Sunəni Tirmizi,c 5, s 393) Peyğəmbər (s) atanın vəzifələrindən birinin övladına yazmağı öyrətmək olduğunu bildirərək, buyurur: "Övladın atanın boynundakı haqqı ona gözəl ad qoymaq, evləndirmək və ona yazmağı öyrətməkdir. (Kənzul-ummal,c16,s417) Peyğəmbər (s) yazmağa o qədər önəm verirdi ki, əsirlərin azadlıq fidyəsin savadsız məsəlmanlara yazıb-oxunmaq öyrətmək təyin etmişdir. Tarix kitabların bu hadisə belə nəql olunur: İbn Səd yazır: Bədr əsirlərinin fidyəsi dörd min dirhəm idi. Bu qədər pulu olmayanlar Ənsarın övladlarına yazmaq öyrətməli idi. (Ət-təbəqatul-kubra,c2,s221)

Bu hədislərə və təkidlərə görə islam alimləri həmişə yazmağı dinin vacibli və üstün təlimlərindən hesab etmişlər. Böyük şiə alimi Zeynuddin ibn Əli (Şəhid Sani) dəyərli əsəri Munyətul-murid kitabında yazır: "Yazmaq dinin zəruri mətləblərindən və Quran, sunnə, şəri və əqli elmləri qorumaq üçün ən gözəl vasitədir.” Buna görə də müsləman həmişə yazarları yüksək dəyərləndirmiş və ayələrdə buyurulan təkidlərə görə yazmağa daha çox üstünlük verirdilər.

Burda bir sual qarşıya çıxır ki, yazmaq mədəniyyətlərin kökünü təşkil edirsə və böyük şəxslər yazmaqdan elmi yaymaq üçün vasitə bilirsə, Allah-təala Quranda "qələmə" and içirsə, bəs niyə görə Peyğəmbər hədisləri yazmağı qadağan etdi? Ona biganə yanaşdı?Gəlin bu haqda əlimizdə olan tarixi faktlara nəzər salaq.

Hədisin yazılmasına aid tarixi faktlar

Şəkk-şübhə doğurmayan məsələlərdən biri də Peyğəmbərin (s) hədisin yazılmasına göstərdiyi diqqət və bu işə əmr etməsidir. İmam Əli (ə) buyurur: Peyğəmbər (s) buyurdu: "Bu elmi yazın.” (Kənzul-ummal,c10,s262) Məkkənin fəthindən sonra Peyğəmbər (s) xütbə oxudu. Bu vatx Əbuşat dedi: Ey Peyğəmbər (s) bu xütbəni mənin üçün yazın. Həzət (s) buyurdu: Əbumat üçün yazın. (Səhihi Buxari, c1, s 40-41) Bu hədisi əhli-sünnənin böyük alimləri qəbul etmiş və onun doğruluğuna şəhadət vermişlər. Əbdullah ibn Hənbəl deyir: Hədisin yazılması haqda bundan səhih hədis nəql olunmayıb. (Musnədi Hənbəl, c12, s235) Peyğəmbərdən (s) müxtəlif sənədlərlə nəql olunur: "Elmi yazmaqla qoruyun.” (Təqyidul-elm, s69) Əbdullah ibn Ömər deyir: Peyğəmbərə (s) dedim: Sizdən eşitdiklərimizi yadda saxlaya bilmirik. Onları yazaq? Buyurdu: "Bəli onları yazın.” (Yenə orada, s74)

Əbdullah deyir: Mən Peyğəmbərin (s) hədislərinin məhv olmasının qarşısını almaq üçün Ondan eşitdiklərimi yazırdım. Qüreyşlilər məni bu işdən çəkindirərək dedilər: Peyğəmbərdən (s) eşitdiklərini yazırsan. Bir halda ki, o da bizim kimi bəşər idi və şad, qəzəbli halda hədis deyir? Mən bu sözdən sonra yazmadım və onların sözlərini Peyğəmbərə (s) dedim. Həzrət (s) buyurdu: Yaz, Allaha and olsun, bundan (ağızına işarə etdi.) yalnız haqq xaric olur. (Müstədrək ələs-səhiheyn,c1, s106, Musnədi Hənbəl, c2, s162) Peyğəmbər (s) yazmağın dünya və axirət faydalarına toxunaraq, buyurur: "Bu elmi (hədisi) yazın ki, dünya və axirətdə ondan bəhrələnəcəksiniz. Həqiqətən elm sahibini məhv etmir.” (Kənzul-ummal, c1, s157) Səhabələrin əksəriyyəti Peyğəmbərin (s) hüzurunda hədisləri yazırdılar və Həzrət (s) bu işə təşviq edirdi. Yazmağı sükutu ilə təsdiqləyirdi. Yazmağın icazəli olduğuna Peyğəmbərin (s) həm hədisləri və bu işi təsdiqləməsi ən gözəl dəlildir. Bundan əlavə Peyğəmbər (s) bəzi səhabələrə hədis, şəri hökm və bəzi hadisələri imla edirdi. İndi onların bəzisini qeyd edirik:

1-Səhfətun-Nəbi (s)

2-Kitabu-Əli (ə)

3-Kitabu-Fatimə (s.ə)

Hədisin yazılmasının qadağan edilməsinin acı nəticələri

Hədisin yazılmasının xəlifələr tərəfindən qadağası islam ümmətinə böyük zərərlər vurdu. Bunun nəticəsində müsəlmanlar çox dəyərli mirasını əldən verdilər. Onların bəzisini qeyd edirik:

1-Hədislərin əksəriyyətinin məhv olması

Qadağanın vurduğu ilk ziyan Peyğəmbərin (s) hədislərinin çoxunun məhv olması və Onun sünnəsinin aradan getməsidir.

2-Saxta hədislərin yayılması

Xəlifələrin hədis yazılmasının qadağasının vurduğu ikinci ziyan hədis düzəldənlər tərəfindən saxta hədislərin yayılması idi. Bunun nəticəsində əsil din zədələnərək , xürafat və əsassız məsələlər dini mənbələrə nüfuz etdi.

Hədis qadağasının əsil səbəbləri

Xəlifələr qadağanı müxtəlif süst və əsassız dəlillərlə izah edirdilər. Məsələn: Saxta hədislərlə doğru hədislərin qarışması, Quranla hədislərin qarışması və hədis yazmaqla insanların Qurandan uzaqlaşması. Halbuki bu haqda dərindən araşdırma apardıqda qadağanın əsas səbəbinin başqa dəlillər olduğunu anlayırıq. Onların bəzilərin qeyd edirik:

1-Əhli-beyt (ə), xüsusilə İmam Əlinin (ə) fəziləti haqdakı hədislərin qarşısını almaq

2-Xəlifələri məzəmmət edən hədisləri məhv etmək

3-Nəssin (Quran və hədislər) qarşısında ictihad etmək və rəy vermə ideologiyasının bünövrəsin qoymaq

ihq.az


Category: Əqidə | Added by: Ənfal
Views: 750 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]