Şənbə günü, 2019-08-24, 1:25 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Fürsətləri qənimət bilmək
2013-04-12, 1:56 PM
Fürsətləri qənimət bilmək

Allah Rəsulundan belə bir hədis var:

"Həqiqətən, sizin həyatınızda Rəbbinizin nəsimləri var. Diqqətli olun ki, ona üz tutasınız”2

Yəni, bəzən sizin Rəbbiniz tərəfindən rəhmət yelləri əsir, diqqətli olun və çalışın ki, onlardan bəhrələsiniz.

"Nəhcül-bəlağə”də, qısa kəlamların içində belə bir cümlə var:

"İki şey axmaqlıqdan qaynaqlanlr: Şərait hazır olmamış (imkan yaranmamış) tələsmək və fürsət yarandıqda süstlük etmək”.3

Yenə də həmin kitabda o həzrət belə buyurub:

"Fürsət buludların keçib-getməsi kimi keçib-gedər. Buna görə də gözəl fürsətləri qənimət bilin”.4

Bu zəmində din böyüklərimizdən çoxlu sayda hədislər var; hamısı bir mətləbə işarə edir ki, oda insanın qarşısına çıxan fürsətlərlə bağlı diqqətli olması, onları hədərə verməməsidir.

Bu, həyatın ən mühüm göstərişlərindəndir: şəxslərin çoxuna nəsib olan müvəffəqiyyətlər onların istedad və ləyaqətindən daha çox fürsətlərdən bəhrələnmə istiqamətində zirək olmalarına bağlıdır. Həmçinin, digər qrupun bədbəxt və məhrum olmaları onların istedadsız və ləyaqətsiz olmalarından daha çox fürsətləti qaçırmalarına görədir.

Füsrsətləri dəyərləndirmə Allahın nemətlərinə şükür etmək növlərindən biridir. Elə fürsətləri əldən vermək də bir növ nemətə küfür və nankorluq etməkdir. Allah Qurani-kərimdə buyurur ki, əgər nemətin qədrini bilsəniz, o neməti artıracağıq, yox, nankorluq etsəniz, əhəmiyyət verməsəniz, diqqətli olmasanız, o nemətin əldən çıxmasından əlavə, əzaba da düçar olacaqsınız.5

Bu dəqiq prinsipə əsasən, əgər fürsətləri və Allah Rəsulunun buyurduğu kimi desək, Allah tərəfindən əsən mərhəmət nəsimlərindən düzgün istifadə edilsə, gələcəkdə belə fürsətlər çoxalacaq, səhlənkarlıq olsa, daha qarşıya fürsətlər çıxmayacaq.

Bilmək lazımdır ki, fürsətlər müxtəlifdir: Bəzi fürsətlər ildə bir dəfə qarşıya çıxa bilər. Məsələn, əkinçiliklə məşğul olan şəxs ildə bir dəfə əkin-biçinlə məşğul olur. Bəzi fürsətlər həyatda bir dəfə olur, məsələn, məşğuliyyətlərin az və cismin sağlam olduğu elm öyrənmək üçün münasib vaxtlar olan gənclik dövrü. Aydın məsələdir ki, bir nəfər tələbə bu dövrdə təhsil və mütaliənin zəhmətlərinə qatlaşsa, sonrakı dövrlərdə fikri və elmi azuqələrə sahib olacaq. Amma əgər gəncliyindən bəhrələnməsə, günlərini şəhvətpərəstlik və mənasız məşğuliyyətlərlə keçirsə, cisminin zəiflədiyi, həyatın çətinliklərinin çoxaldığı dövrdə təəssüf və həsrətdən başqa ona heç nə qalmayacaq. Allahın Elçisi buyurub: "Beş şeyi beş şeydən qabaq qınimət bilin... gəncliyi qocaqlıdan qabaq.

Bəzi fürsətlər əsrlərdən sonra bir dəfə qarşıya çıxır. O, millətlərin qarşısına çıxan fürsətlərdir. Bu fürsətlərdə millətlər öz taleyini dəyişə, ictimai dərdlərinə çarə edə bilər. Neçə əsrlərin keçməsindən sonra millətlərin qarşısına çıxa biləcək fürsətlərdən biri cəmiyyətin bir fikir ətrafında cəmləşməsidir. Bu məsələ Qurani-kərimdə xüsusən bu məsələ nemət olaraq yad olunur:

"Allahın sizə olan nemətini yada salın ki, siz bir-birinilə düşmən ikən qəlblərinizdə sevgi yaratdı”.

Hədis var ki, Allahın əli camaatladır.6 Alimlər deyirlər ki, buradakı "əl” qüdrətə işarə edir. Yəni, Allahın gücü camaata təmərküzləşib. Bu əsasla ən pis günah fitnə yaratmaq, ayrılıq salmaqdır. Həzrət Əli (ə) Peyğəmərimizdən (s) sonra onun canişini olmağı mütləq şəkildə öz haqqı bilirdi. Amma görəndə ki, öz haqqını tələb etməsi müsəlman cəmiyyətinin parçalanmasına səbəb olacaq susdu və digərləri kimi cəmiyyətin quruculuğu istiqamətində çalışdı və daxili parçalanmağa imkan vermədi.

İkiüzlü və fitnə yaratmaq və istifadə etməkdən başqa qəsdi olamayan Əbu Süfyan həzrət Əlinin yanına gələrək ona dedi ki, xəlifəlik sənin haqqındır. Ona niyə başqaları sahib olmalıdır? Mən adamlarımla birgə sənə kömək etməyə hazıram. Həzrət Əli bilirdi ki, o dini müdafiə adı ilə çaxnaşma salmaq istəyir, buna görə də onu evindən qovdu. O həzrət buyurur:

"Fitnə dalğalarını nicat gəmiləri ilə yarın! Öyünməkləri boşlayın və parçalanma yollarından uzaqlaşın”7

Həzrət Əli Əbu Süfyanın sözlərinə qulaq asmadı, çünki müsəlmanların vəhdətinə xələl gətirmək və onları zəiflətmək istəmirdi. O istəmirdi ki, Peyğəmbərin neçə illik zəhmətləri, özünün və bir qrup müsəlmannın fədakarlıqları nəticəsində yaranmış fürsət belə şeylərlə əldən çıxsın.

Beləliklə də, o dövrün müsəlmanları bu fürsətdən bəhrələndilər, o böyük gücü işə saldılar və qarşılarındakı bütün manüələri aşdırlar.

Xoşbəxtlikdən bu böyük nemət sön dövrlərdə bizim də qarşımıza çıxıb. İndi o nemətdən bəhrələnmək və birliyimizi qorumaq vaxtıdır. Biz bu böyük ictimai güclə ağır ictimai dərlərimizi sağalda bilərik, səadət qapılarını taybatay üzümüzə aça bilərik. Digər yandan da, bu güclə xarici düşmənlərlə mübarizə apara və öz müstəqilliyimizi qoruya, itirdiyimiz haqları qaytara bilər, digər tərəfdən də daxili nasazlıqları sazlaya və fəsadları ortadan qaldıra bilərik.

Allahdan bizə islah uğrunda müvəffəqiyyətlər verməsini diləyirəm.

Doğru yola və düzgünlüyə tabe olanlara salam olsun!

M. Mütəhhəri.

"Hikmətlər və Nəsihətlər” (II kitab)

Tərcümə etdi: Dilman Şahmərdanlı.

1 Bu məqalə 1331 h.ş. tarixində yazılmlşdır.

2 Biharul-ənvar, 68/221

3 363-cü hikmət

4 20-ci hikmət

5 İbrahim, 7-nin məzmunu.

6 Nəhcül-bəlağə, x., 125

7 Əvvəlki mənbə, x., 5
Category: Əqidə | Added by: Ənfal
Views: 454 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]