Şənbə günü, 2024-04-20, 11:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Dua etməkdə israrlı olaq
2013-04-21, 5:17 AM
Dua etməkdə israrlı olaq

 İmam Sadiq (ə) buyurur: "İnsan duadan başqa heç bir şeylə Allaha yaxınlaşmaz. Hər bir kiçik məsələyə görə onu cüzi hesab edib, dua etməyi boş buraxmayın. Çünki kiçik hacətlər də o Kəsin əlindədir ki, böyük hacətlər Onun əlindədir”.


Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən hər biriniz gərək hacətinizi Allahdan istəyəsiniz. Hətta duz və çəkmənizin bağına qədər.”

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təalaya layiq deyildir ki, dua qapısını bəndəsinə açsın, lakin duanın yerinə yetmə qapısını üzünə bağlasın. Allah bu cür iş görməkdən daha Kərimdir”.

Bəznəti deyir: "İmam Rzaya (ə) dedim: Fədan olum, neçə ildir ki, hacətimi Allahdan istəmişəm. Ancaq cavab almamışam. Qəlbimdə yavaş-yavaş şübhə yaranmışdır”. İmam (ə) buyurur: "Əgər sənə söz desəm, mənə etimad edərsən?”. Dedim: "Sizə etimad etməyim, bəs kimə edim?”. İmam (ə) buyurur: "Onda Allaha daha çox etimad et. Çünki Allah sənə yerinə yetirəcəyini vəd etmişdir. Məgər Allah buyurmamışdır ki: "Məni çağıran zaman dua edənin duasını qəbul edirəm”. ("Bəqərə” 186).

Bu ayənin nazil olması haqqında belə nəql edirlər ki, bir nəfər Peyğəmbərə (s) sual verir: "Allah bizə yaxındır ki, Onunla yavaş səslə münacat edim? Yoxsa uzaqdır, Onu yüksək səslə çağırım? Bu zaman həmin ayə nazil olur”.

İmam Əli (ə) buyurur: "Duanın yerinə yetməsinin təxirə düşməsi səni ümidsiz etməsin. Çünki bəxşiş Onun niyyətindən asılıdır. Ola bilsin ki, duamızın yerinə yetməsi təxirə düşsün və bu yolla hacətimizə böyük mükafat versin. Gec və ya tez ondan yaxşısı sənə verilər. Ya da mümkündür ki, səni xeyirin üçün onu səndən əsirgəsin. Əgər istəyin yerinə yetsəydi, dininin məhvinə səbəb olardı”.

İmam Sadiq (ə) buyurur: "O zaman ki, bəndə dua edər, Allah iki mələyə onu yerinə yetirməsini əmr edər. Ancaq buyurar: "Hacətini saxlayın, çünki onun duasının səsini sevirəm”. Bəzən də bəndə dua edər və Allah buyurar: "Hacətini yerinə yetirin ki, səsini eşitməkdən xoşum gəlmir””.

İshaq ibni Əmmar İmam Sadiqdən (ə) soruşur: "Ola bilər ki, dua qəbul olsun, ancaq həyata keçməsi təxirə düşsün?”. Buyurur: "Bəli, ola bilsin ki, 20 il təxirə düşsün. Musa və Harunun Fironun həlak olması haqqındakı duası yerinə yetir. Ancaq 40 ildən sonra yerinə yetir”.

Beləliklə deyə bilərik ki, dua etməyi unutmayaq, hər bir hacətimizi Allahdan istəyək, qeyrisindən deyil. Çünki O, bizim bütün hacətlərimizi yerinə yetirəndir.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 846 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 AGAHUSEYN   (2013-04-30 3:15 PM) [Daxil et]
Allah haminin duasini qebul elesin

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]