Cümə axşamı, 2024-04-25, 10:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Bizi qoruyan mələklər
2013-04-15, 2:15 AM
Bizi qoruyan mələklər

 Yəqin ki, bir çoxlarımız həyatımız boyu təhlükəli anlar keçirmişik. Ancaq bu zaman bizə hansısa gizli bir qüvvənin yardımını hiss etmişik. Bəs bu qüvvə nədir və kimlərdir?


Bir çox İlahi mələklər Allahın əmri ilə insanları bəla və təhlükədən hifz edərlər. Bu mələklərə Həfizə mələklər deyilir.

"Sənin Rəbbin hər bir şeyi hifz edəndir”. ("Səba” 21).

"Şübhəsiz, mənim Rəbbim hər bir şeyi qoruyandır”. ("Hud” 57).

"Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməllərini qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən”. ("Şura” 6).

Quran bu ayə vasitəsilə bildirir ki, Allah insanı hifz olunmalı olduğu şeylərdən hifz edər. Rəsulun (s) vəzifəsi budur ki, insanları hidayət etsin. Allah Özü onlara vəkildir. Peyğəmbərlər (ə) insanları hifz edə bilməz, onların vəzifəsi insana düz yolu göstərməkdir.

İnsanı hizf edən mələklərin hər birinin bir məqamı vardır. Allah qorumalı olduğu insanları bu mələklərin vasitəsilə qoruyar. Əsl hafiz Allahdır, mələklər isə Onun əmrini yerinə yetirənlərdir.

Heç fikirləşmisiniz ki, insanların bəzisi heyvanların arasında yaşayırlar. İlanların, əqrəblərin arasında. Ancaq onlara bu heyvanlardan heç bir zərər dəymir. Əgər Allahı dərk ediriksə, bunu da dərk edərik ki, Allah bizləri xüsusi mələklərin vasitəsilə qoruyur. "Odur bəndələri üzərində qalib və hakim! Sizin (cisim və ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər”. ("Ənam” 61).

Bu ayə bizə açıq şəkildə deyir ki, insanları Allahın əmri ilə mələklər qoruyur və canlarını alırlar.

İmam Əli (ə) buyurur: "Elə bir insan yoxdur ki, onunla onu hifz edən mələk olmasın. Ayağı titrəsə və quyuya düşərsə, ya qarşısında divar görərsə, ya ona ziyan dəyərsə, ölümü çatan zaman onunla, ona çatanı (pislik, xətər) aradan qaldırar”.

İnsanın ölümü çatana qədər bu mələklər öz vəzifəsinə əməl edərlər. Ondan sonra onu öz halına buraxarlar. Vəzifəsi sona çatar.

İmam Cəfər Sadiq (ə) buyurur: "Həqiqət odur ki, Allah lütfü vasitəsilə (mələkləri) öz bəndələrinə vəzifələndirər. (Bu yolla) inadkar şeytanı, zərərli yer həşəratları və çoxlu bəlaları Allahın izni ilə qaytararlar”.

Bu hədisə görə Allah insanı inadkar şeytanın şərindən də qoruyar. Mələklər nurdurlar, şeytanlar və cinlər isə atəşdirlər. Ona görə də əgər insanı nur qoruyarsa, atəşdən üstün olduğu üçün şeytanı insana yaxın buraxmaz. Əgər biz insanlar mömin olsaq, həqiqətimiz nurdan olduğu üçün şeytanın şərindən uzaq olarıq. Əgər dinimizin buyurduqlarına əməl etsək, şeytanın yolu bağlanmış olar. Bu yolda hər nə qədər ciddi olsaq, şeytanın bizə vurduğu ziyan az olar.

Hədislərə görə hər bir insanın nuru vardır və əgər insan günah işlədərsə, bu nur zəifləməyə başlayar. Bu zaman şeytanın atəşi ona sirayət edər və onu həqiqətlərdən qafil edər. Ancaq əgər əvvəlki nuruna qayıda bilərsə, mələklər onu zahirdə olduğu kimi, batində də qoruyarlar.

Beləliklə, aydın olur ki, Məsumlar (ə) niyə mələklər üçün həmişə dua edərdilər. İmam Səccad (ə) mələklər üçün xüsusi salavat göndərərdi. Həqiqət budur ki, mələklərin Allahın əmri ilə insanlara etdiyi xidmət çox ali və dəyərlidir. Ancaq çox təəsüf ki, bundan qafilik.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 765 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]