Cümə günü, 2024-04-26, 9:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Allahın “səssiz çubuğu” – istidrac nədir?
2013-04-06, 5:56 AM
Allahın "səssiz çubuğu” – istidrac nədir?
 İmam Əli (ə) buyurur: "Ey Adəm övladı! Nə zaman görsən ki, Allah nemətlərini davamlı olaraq sənə göndərir, halbuki sən itaətsizlik edirsən, bu zaman qorx!”.

Kiçik olanda nə zaman nadinclik etsəydim, nənəm mənə deyərdi: "Balaca, nadinclik etmə! Allahın çubuğu səssizdir və gec və tez səni cəzalandıracaqdır”.

Kiçik olanda bu sözə gülər və deyərdim ki, Allahın heç çubuğu yoxdur ki? Ancaq böyüyən zaman nənəmin bu hikmətli sözünün mənasını daha çox dərk etməyə başladım.

Allahın müəmmalı və müdrik sünnətlərindən birinə "istidrac” deyərlər. İstidrac odur ki, bir insanı dərəcə-dərəcə, yavaş-yavaş süqut etdirər. Deməli istidrac - süqut piləkanıdır. Quranın nəzərinə görə isə istidrac Allahın labud sünnətlərindən biridir ki, insanın itaətsizliyi və günahı işlətməkdə davamlı olması nəticəsində yavaş-yavaş həlakətə tərəf süqut edər.

O insan ki, günahı davamlı olaraq təkrar edir, üç halda olur:

- Ya agahsız şəkildə günah tələsinə düşmüşdür və bir qədər təfəkkür edərək, qəflətdən ayılar və geri qayıdar.

- Allah agahsız günahkarını ona bəla nazil etməklə oyadar və geri qaytarar.

- Günahkar yuxarıda sayılan bu iki hala layiq deyildir. Allah ona nemət qapılarını açaraq, səadət qapılarını bağlamışdır. Bu, həmin istidracdır.



İstidrac üç dəstə insanın ətəyindən yapışa bilər.

1. İnkar edənlərin.

"Bizim ayələrimizi təkzib edənləri tezliklə tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq”. ("Əraf” 182).



2. Kafirlər.

"Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir”. ("Tövbə” 55).



3. Qafillər.

"Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular”. ("Ənam” 44).



Bunu qeyd etmək lazımdır ki, yuxarıda sayılanlardan olmadığımıza görə sevinmək lazım deyildir. Çünki təkzib edənlərin öz mərhələləri vardır, məadı təkzib edənlərdən tutmuş, əməl etməyən möminlərə qədər davam edir.

İstidrac iki cür olur:

1. Tədricidir.

2. Ayıq olmayandır.

Müxtəlif maddi nemətlər təkzib edənlər və kafirlər üçün İlahi əzaba süqut etməyə zəminə və müqəddimədir. "Və Mən onlara möhlət verirəm (ki, günahları və bədbəxtlikləri ən son həddə yetişsin) və həqiqətən, Mənim məkrim və tədbirim möhkəm və sabitdir”. ("Qələm” 45).

İstidrac o qədər gizli və müəmmalı bir sünnətdir ki, hətta İlahi övliyalar belə ona düçar olmaqdan qorxardılar. Allaha yalvararaq pənah aparır və buyurardılar: "Allahım, bizi məkrinə qərar vermə. Bizi istidrac etmə”.

Beləliklə deyə bilərik ki, həqiqi mömin gərək heç bir zaman özündən əmin və rahat olmasın. Çünki Allahın səssiz bir çubuğu vardır və bizə dəyə bilər. Ona görə də günahdan çəkinək ki, bu səssiz çubuq bizə dəyməsin.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 721 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]