Şənbə günü, 2024-04-20, 3:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Allahın gizli elmi
2013-06-20, 8:41 PM

Allahın gizli elmi

 

 

 İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Allaha bəda kimi heç bir şeylə təzim edilməmişdir”.

İmam Rza (ə) buyurur: "Allah heç bir peyğəmbərlərini məbus etməmişdir, məgər şərabın haram olması və bədanın iqrar edilməsi hökmü ilə”.

Məsumların (ə) nəzərinə görə bədaya etiqad Allaha etiqad bəsləmək qədər mühüm və zəruridir. Hər kim bədanı inkar edər, Allahın qüdrətini inkar etmiş olar. Allah buyurur: "Yəhudilər dedilər: «Allahın əli bağlıdır”. ("Maidə” 64).

İmam Sadiq (ə) bu ayənin təfsiri haqqında buyurur: "Yəhidilər belə demir ki, Allahın da insanlar kimi əli vardır. Həmin əlləri ilə zəncirlə bağlayıblar. Lakin deyirlər ki, Allah aləmin tədbirində farağat (boşalmışdır) etmişdir. Belə ki, nə bir şeydən azaltmış və nə də çoxaltmışdır. (Belə ki, hər bir insanın yaşayacağı ömür müddəti sabit və dəyişiksizdir). Ancaq Allah Təala yəhudilərin bu sözünü inkar etmək üçün buyurur: "Öz əlləri bağlansın və dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır və Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm və şəriətləri nəsx edir, dost və düşmənlərə dünyada və axirətdə) istədiyi kimi əta və bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq və küfrünü artıracaqdır”. ("Maidə” 64). Bu bəda etiqadının müqəddəsliyinə işarə edən ayələrdəndir.

 

Zəruri deyldir ki, bəda kəlməsinin adı bu ayələrdə  çəkilsin, bəlkə ona işarə edilməsi kifayətdir. Hədislərimizin bir çoxunda da bəda mövzusuna çox işarə edilmişdir, lakin bəda kəlməsi işlənməmişdir. Burada məna mühümdür. Bu etiqada təkcə Əhli-beyt (ə) davamçıları deyil, başqa məzhəbin davamçıları da inanırlar.

 

İmam Sadiq (ə) buyurur: "Sileyi-rəhm və qonşuluq evi abad edər, insanın ömrünü uzadar”. Başqa yerdə Həzrət (ə) buyurur: "Həqiqətən, dua etmək İlahi qəzanı dəyişdirər. Həqiqətən, mömin o zaman ki, günaha düçar olar, nəticədə ruzidən məhrum olar”.

 

Əhli-təsənnün alimlərindən olan Əhməd ibni Hənbəl, Nəsai, İbni Macə Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, buyurub: "İnsan günaha düçar olan zaman ruzidən məhrum olar. Dua kimi heç bir şey qədəri dəyişməz. Yaxşı iş kimi heç bir şey ömrün uzanmasına səbəb olmaz”.

 

Buxari də Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "O kəsin ki, ruzi çoxluğundan və ömür uzunluğundan xoşu gəlir, gərək sileyi-rəhmi yerinə yetirsin”.

Ayətullah Xoyi buyurur: "Məsumların (ə) gələcəkdən xəbər verməsi iki cür olur: Bir dəstə xəbərlər qəti və dəyişməz şəkildə verilmişdir. Onların verdiyi xəbər şərti deyildir. Bu növ xəbərlər Allahın dəyişməyən qəzasındandır. Əslən bu yerdə bədadan söhbət belə gedə bilməz. Çünki Allah nə Özünü və nə də nümayəndələrini inkar etməz. Ancaq başqa bir xəbərlər də vardır ki, Məsumların (ə) gələcəkdən verdikləri bu xəbər şərtidir. Yəni, buyurur ki, əgər o, Allahın istəyinin əksinə olmazsa, bu zaman həmin xəbər yaxın gələcəkdə baş verəcəkdir.  Bu cür xəbərlərdə Məsumlar (ə) fərziyyələr üzərində danışar və məsələn buyurarlar ki: "Əgər Allah istəsə, belə olacaqdır”. Əlbəttə, bu fərziyyə həm xəbərlə bir yerdə  ola bilər, həm də o xəbərdən ayrı zikr edilə bilər”.

Ayətullah Xoyinin bu nəzərləri İmam Baqirdən (ə) gələn hədisə söykənir. İmam Baqir (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: "Elm iki cürdür: biri o elmdir ki, Allahın yanında gizlənmişdir. Heç bir xəlqini ondan xəbərdar etməmişdir. Biri isə o elmdir ki, mələklərinə və rəsullarına öyrətmişdir. Mələklərinə və rəsullarına öyrətdiyi elm mütləq həyata keçmişdir”.

Allah nə Özünü inkar edir, nə mələklərini, nə rəsullarını və nə də yanında olan elmini. Onun əsasında nəyi istəsə geriyə atar və ya da təxirə salar. Ya da sabit saxlayar. 

İmam Sadiq (ə) buyurur: "Həqiqən, Allahın iki elmi vardır: O elm ki, heç kim onu bilmir, məgər Allahdan başqa. Bir də o elm ki, mələklərinə və rəsullarına  öyrətmişdir. Biz onları bilirik”.

Beləliklə, deyə bilərik ki, bəda deyilən bir təqdir vardır. Allahın insan üçün təqdir etdiyi bəzi şeyləri insan əməlləri və ibadətləri ilə dəyişdirə bilər. Ancaq Allahın qəti müəyyən etdiyi qəza və qədər vardır ki, Allah onu dəyişdirməz və o, mütləqdir.  

 

(Tebyan/Deyerler)

Category: Əqidə | Added by: Ənfal
Views: 875 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]