Şənbə günü, 2024-04-20, 4:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Allah Təala insanda qorxu və ümidin vəhdətini görmək istəyir
2013-04-12, 2:02 PM
Allah Təala insanda qorxu və ümidin vəhdətini görmək istəyir
 Allah Təalnın mübarək sifətlərindən biri - Səttardır. Yəni bəndələrinin eybini gizlədər. Əhli-beytdən (ə) nəql edirlər:"Ey Allahım! Gözəllikləri aşkar edirsən, çirkinlikləri gizlədirsən”.

İnsanın çirkin əməllərini gizlətmək Allahın mehribanlığından və rəhmətindən irəli gəlir. Həzrət Haqq bizim bir çox batini rəftarlarımızı və kəlamlarımızı aşkar etmir, əksinə bizim bütün gözəlliklərimizi və yaxşı xüsusiyyətlərimizi nümayiş etdirir. Bu cür bəndə başqalarının gözündə yaxşı insan kimi təcəlli olur. Əgər Allah bizim çirkinliklərimizə göz yummasaydı, insan özünü dəfərlərlə rüsvay edərdi. Allah Təala ayələrin bir çoxunda ümidi qorxunun yanında qərar vermişdi ki, insan hərəkət etsin. İfrat və təfrit etməsin.

"Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir”. ("Ali-İmran” 30).

Bu ayə qorxu və ümidə aid məcundur. Bir tərəfdən insana təhlükəni elan edir və xəbərdarlıq edir ki, bu işdə əzab vardır. Məğrur olmasın, o biri tərəfdən isə bəndələrini lütfü ilə ümidvar edir ki, nicata ümidləri olsun. Sanki xəstə uşağına dərman verən anaya bənzəyir. Bilir ki, dərman acıdır, ancaq övladına sevgi və məhəbbətlə verir ki, sağalsın.

Möminin həyatında qorxu və ümid tərəzisi həmişə eyni səviyyədə olar. Ona görə də Haqqa qarşı yaxşı güman bəsləmək lazımdır ki, bizə qarşı mehriban olsun.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala yüz rəhmət xəlq etmişdir. Onlardan biri yaratdıqları arasındadır. Buna görə bir-birinə qarşı rəhmli və ürəkyandırandırlar. 99 rəhməti isə dostları üçün saxlamışdır”. Əmr nəql edir: "Bir neçə əsiri Peyğəmbərin (s) yanına gətirdilər. Birdən əsir qadınlardan biri əsir uşağı görür və qaçıb, onu qucağına götürür. Ona süd verir. Həzrət Peyğəmbər (s) buyurur: "Belə fikirləşirsiniz ki, bu qadın uşağını atəşə atır?” Dedilər: "Xeyr”. Buyurdu: "Allah bəndələrinə qarşı bu anadan daha mehribandır””.

İmam Səccad (ə) etdiyi duada buyurur: "Ey ürəkyanan atadan daha çox mənə yaxşılıq edən! Dostumdan mənə yaxınsan. O zaman ki, xəlvətdə qalmaq məni qorxudur, Sən tənhalığımda mənim həmdəmimsən”.

Allahın rəhməti o qədər genişdir ki, Peyğəmbərinə (s) belə bir əmr verir ki, nə zaman imanlı insanlar hətta günahkar olsalar belə, sənin yanına gəlsələr, onları qəbul et və mənim rəhmətimi onlara çatdır.

"Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. ("Ənam” 54).

Allah tərəfindən olan salam bütün bəndələri üçün rəhmətdir. Hər kim tövbə edərək Allaha tərəf üz çevirərsə, bağışlanma ilə yanaşı, İlahi rəhmət də onu əhatə edər. Axı O, həm də Ğəfurdur.



(Erfan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 751 | Downloads: 0 | Rating: 3.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]