Cümə axşamı, 2024-04-25, 9:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

40 mövzu 40 həqiqətn (9)
2013-04-04, 6:39 AM

40 mövzu 40 həqiqətn (9)

13. İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİ VƏ AŞURA ZİYARƏTİNİ OXUMAQ

1-Allah-taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kəs imam Hüseyn (ə)-ı Aşura ziyarətini – istər yaxından, istərsə də uzaqdan – oxumaqla ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir.
2-Hər kəs onu (İmamın haqqına arif olan halda) oxusa, behiştə daxil olar.
3-İmam Sadiq (ə) Səfvana buyurmuşdur: "Hər kəs bu ziyarəti oxusa, hacətləri rəva olunar.”
4-Hər kəs bu ziyarəti, onun fəzilətli vaxtında – sübh namazından sonra və gün çıxmamışdan qabaq – oxusa, ona həm axirətdə savab verilər, həm də bu dünyadakı hacətləri qəbul olunar.
5-Hər kəs onu oxusa, qiyamət günündə istədiyi şəxsi şəfaət edər.
6-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bir xəstəliyə tutulsa və əcəli yaxınlaşmadığı halda, imam Hüseyn (ə)-ın türbətindən istifadə etsə, şəfa tapar.”
7-İnsan "Aşura” ziyarətini oxumaqla şiə olmasını isbat etmiş olur.
8-Aşura ziyarətinin savabı bütün ziyarətlərdən üstündür.
9-İmam Zaman (ə) onun oxunmasına təkid etmişdir.
10-Bu ziyarət ruzini çoxaldır.
11-Borcun ödənməsinə səbəb olur.
12-Oğurlanmış malın tapılması üçün faydalıdır.
13-Aşura ziyarətini oxumaq evlənməyi asan edir.
14-İmam Sadiq (ə) buyurmuşdur: "İmam Hüseyn (ə)-ın türbətindən düzəldilmiş təsbehlə tövbə etmək (və yaxud başqa bir zikr demək) başqa bir torpaqla düzəldilmiş təsbehlə tövbə və zikr etməkdən fəzilətlidir.”
15-Sonsuz qadının övlada sahib olmasına səbəb olar.
16-Bu ziyarəti oxuyan şəxsin salamı imam Hüseyn (ə)-a çatır və hacəti qəbul olunur.
17-Bu ziyarəti oxumaqla insanın qəm-qüssəsi aradan gedir.
18-İnsanı can vermənin çətinliklərindən nicat verir.
19-Qəbiristan əhlindən əzab götürülür.
20-Aşura ziyarətini oxumaqla imam Hüseyn (ə) qəbiristana gəlib, orada uyuşanlara kömək edər.
21-İmam Hüseyn (ə)-ın hərəmi – dörd fərsəxdən dörd fərsəxə qədər – behişt torpağından sayılır və qiyamət günündə behiştə əlavə olunar.
22-Həzrət Fatimeyi-Zəhra (ə) Aşura ziyarəti oxunan məclislərdə iştirak edirdi.
23-İmam Baqir (ə) və imam Sadiq (ə) hər il Aşura günündə "Aşura ziyarəti”ni oxuyurdular.
24-Kərbəla torpağından başqa hər bir torpağı yemək haramdır, lakin onun az miqdarda yeyilməsinə tövsiyə edilmişdir; çünki hər bir dərdin dərmanıdır.
25-İmam Hüseyn (ə)-ın türbəti selin gəlməsinin və zərərin qarşısını alır.
26-Kərbəla torpağı Kəbənin və həzrət Peyğəmbər (s)-in hərəminin torpağından fəzilətlidir.
27-İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs bu ziyarəti oxusa, Allah-taala onun məqamını yüz min dəfə artırar və (adını) imam Hüseyn (ə)-la birgə şəhid olanlar sırasında yazar.”
28-İmam Hüseyn (ə)-ın türbətini üstündə saxlamağın həm savabı vardır, həm də insanı bəlalardan qoruyub saxlayır.
29-İmam Hüseyn (ə)-ın türbətinə səcdə etmək yeddi hicabı aradan götürür, yəni namazın qəbul olunmasına səbəb olur.
30-O həzrətin türbətinə qılınan namaz qəbul olur və savabı çoxdur.
31-O həzrətin türbəti meyyitlə yanaşı qəbrə qoyulsa, o, qəbrin qorxusundan amanda qalar.
32-İmam Zaman (ə)-ın Seyyid Əhməd Rəştiyə belə buyurduğu nəql olunmuşdur: "Siz nə üçün Aşura ziyarətini oxumursunuz? Aşura! Aşura! Aşura!”
33-Mötəbər hədislərdə bəyan olunduğu kimi, imam Hüseyn (ə)-ın qəbrinin torpağı hər bir dərdin dərmanıdır, ən böyük dərman məhz budur!
34-Bu ziyarət Allah tərəfindən təlim verilmişdir.
35-Bir hədisdə göstəriş verilir ki, körpə doğulan zaman ağzına qoyduğunuz ilk şey imam Hüseyn (ə)-ın türbəti olsun ki, bu, onu bəlalardan amanda saxlayar.
36-İmam Sadiq (ə) hər kəsə hədiyyə olaraq bir miqdar mal-dövlət göndərsəydi, onun içinə imam Hüseyn (ə)-ın türbətindən qoyardı və onun bərəkəti sayəsində həmin mal oğrunun əlindən amanda qalardı.
37-Rəvayətdə deyilir ki, hər kəs imam Hüseyn (ə)-ın türbətindən yemək istəsə, əvvəlcə onu öpüb, gözlərinə sürtsün, sonra on doqquz dəfə "Bismillahir-rəhmanir-rəhim” deyib, "qul” (de) ifadəsilə başlanan dörd surəni oxusun. Ondan bir noxud miqdarından artıq meyl etməsin; çünki hər kəs ondan artıq yesə, sanki bizim ətimizi və qanımızı yemişdir.
38-İmam Kazim (ə)-dan nəql olunmuşdur ki, meyyiti dəfn edəndə onun üzünün altına imam Hüseyn (ə)-ın qəbrinin torpağından qoyun.
39-Alimlərdən biri demişdir: Ayətullah Bürucerdi hər gün iki dəfə Aşura ziyarətini (o həzrətin qatilinə və düşmənlərinə) yüz dəfə lənət və (İmamın özünə) yüz dəfə salam göndərməklə oxuyurdu.
40-Hər kəs o həzrətin türbətini gözlərinə sürtsə, gözləri nurlu olar.
Category: Əqidə | Added by: Ənfal
Views: 705 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]