Cümə axşamı, 2019-08-22, 2:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

40 mövzu 40 həqiqətn (7)
2013-04-04, 6:35 AM

40 mövzu 40 həqiqətn (7)

11. SALAVAT VƏ ONUN FƏZİLƏTİ

1-Allah-taala Qurani-kərimdə buyurur: "Həqiqətən, Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! (Siz də) Peyğəmbərə salavat göndərin, salam deyin və (onun əmrinə) tabe olun!” ("Əhzab” surəsi, 56-cı ayə. )
2-İmam Sadiq (ə) buyurmuşdur: "Qiyamət günündə ən fəzilətli əməl Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdir.”(Vəsailuş-şiə”, 4-cü cild, səh. səh. 28. )
3-İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Mühəmməd (s)-in adı çəkiləndə o həzrətə çoxlu salavat göndərin; çünki hər kəs o həzrətə bir salavat göndərsə, Allah-taala min mələklə birgə ona min salavat göndərər. Belə bir savabı qazanmaq məqsədində olmayan şəxs nadandır, Allah, Peyğəmbər və onun Əhli-beyti ondan qəzəblidir.”
4-"İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişir: "Mənə və Əhli-beytimə salavat göndərmək nifaq və ikiüzlülüyü aradan aparır.”(Yenə orada, 2-ci cild, səh. 1211. )
5-İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) buyurmuşdur: "Mənə uca səslə salavat göndərin; çünki (bu iş) nifaqı aradan aparır.”(Miratul-üqul”, Əllamə Məclisi, 12-ci cild. )
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs mənə salavat göndərsə, amma Əhli-beytimə salavat göndərməsə, behiştin iyindən məhrum olar.”(Yenə orada, 12-ci cild, səh. 96. )
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qiyamət günündə mənə ən yaxın şəxs mənə çoxlu salavat göndərən şəxsdir.”(Kənzül-ümmal”, 1-ci cild, səh. 2145. )
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: Cəbraildən "ən sevimli əməl hansıdır?” – deyə soruşduqda, o cavab verdi: "Sənə salam-salavat göndərmək və Əli ibn Əbi Talibə məhəbbət bəsləmək.”("Pərvərişi-ruh”, 2-ci cild, səh. 340. )
9-Ravi deyir: Peyğəmbər (s) sübh namazından sonra üzünü camaata tutub buyurdu: Ötən gecə əmim Həmzəni və qardaşım Cəfər Təyyarı yuxuda görüb, onlardan soruşdum: "Ən fəzilətli əməl hansıdır?” Cavab verib dedilər: "Sənə salavat göndərməkdən, (susuzlara) su verməkdən və Əli ibn Əbi Talib (ə)-ı sevməkdən fəzilətli bir əməl görmədik.”(Yenə orada, səh. 339. )
10-Salavat – Peyğəmbər (s) və onun Əhli-beyti üçün rəhmət diləməkdir və hər kəs onlara salavat göndərsə, sanki özünə rəhmət diləmişdir.
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs cümə günü sübh namazından sonra "Kafirun” surəsini on dəfə oxuyub, yüz dəfə "Əllahummə səlli ələn-nəbiyyil-ummiyyi Muhəmmədin və alihi və səlləm!” – ibarəsi ilə salavat göndərsə, məqsədinə nail olar.”
12-Hər kəs borcunu ödəmək, şəfa tapmaq, çətinliyini aradan qaldırmaq, Əhli-beytin şəfaətinə nail olmaq və çətin can verməkdən nicat tapmaq istəyirsə, on dörd min dəfə "Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin və əccil fərəcəhum və əhlik ədaəhum!” – desin.
13-İmam Rza (ə) buyurmuşdur: "Mühəmməd və onun Əhli-beytinə salavat göndərmək təsbih (Subhanəllah), təhlil (Əl-həmdu lillah) və təkbir (Əllahu-əkbər) deməyin savabı ilə bərabərdir.”("Əmali”, (Şeyx Səduq), səh. 73, hədis: 4. )
14-Hər kəs əsr namazından sonra Peyğəmbər və onun Əhli-beytinə yüz dəfə salavat göndərsə, imanı möhkəmlənər, heç vaxt borclu olmaz və qiyamət günündə ondan sorğu-sual edilməz.
15-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək Allahın razılığına səbəb olur.
16-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək günahların bağışlanmasına səbəb olur.
17-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək asan can verməyə səbəb olur.
18-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək dünya əzab-əziyyətindən xilas olmağa səbəb olur.
19-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək axirət yolunun işıqlanmasına səbəb olur.
20-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək behiştə daxil olmağa səbəb olur.
21-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək Peyğəmbər (s)-in şəfaətinə səbəb olur.
22-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək onlarla birgə məhşur olmağa səbəb olur.
23-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək mələklərin sevinməsinə səbəb olur.
24-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək, Peyğəmbərin, salavat göndərən şəxsə salam verməsinə səbəb olur.
25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allahın adı və mənə salavatla başlanmayan söhbətin heç bir xeyir-bərəkəti olmaz.”(Pərvərişi-ruh”, 2-ci cild, səh. 343. )
26-Bir gün həzrət Peyğəmbər (s) imam Əli (ə)-a buyurdu: "Sənə müjdə verməyimmi?!” Əli (ə) dedi: "Atam-anam sənə fəda olsun, sən həmişə bütün yaxşılıqlara müjdə verən olmusan.” Həzrət buyurdu: "Elə indicə Cəbrail mənə təəccüblü bir xəbər verdi.” Əli (ə) soruşdu: "Ey Allahın elçisi! O hansı xəbərdir?” Həzrət buyurdu: "Cəbrail mənə xəbər verdi ki, ümmətimdən bir nəfər mənə salavat göndərərək (onun ardınca) Əhli-beytimə də salavat göndərərsə, göylərin qapıları onun üzünə açılar və mələklər ona yeddi yüz dəfə salavat göndərər. O şəxs xatakar və günahkar olarsa, yarpaqlar (payızda) ağacdan (qopub) tökülən kimi, günahları tökülər və Allah-taala buyurar: "Ləbbeyk və sədeyk, ey Mənim bəndəm (yəni hər nə istəsən, əta edər və istəklərini yerinə yetirərəm)!” Həmçinin Allah-taala mələklərinə buyurar: "Ey mələklərim! Siz bu bəndəm üçün yetmiş salavat göndərin, Mən isə ona yeddi yüz salavat göndərirəm.” Amma ümmətimdən bir kəs mənə salavat göndərərkən Əhli-beytimə salavat göndərməsə, onunla asiman arasında yetmiş hicab yaranar və Allah-taala buyurar: "La ləbbeyk və la sədeyk (yəni istədiyinizi yerinə yetirmərəm)! Ey mələklərim! (Bu bəndə) Peyğəmbərlə birlikdə onun Əhli-beytinə salavat göndərməyincə, onun duasını yuxarı aparmayın.” Beləliklə, Əhli-beytimi (salavatda) mənə qovuşdurmayınca, bu hicab və maneə də aradan getməz.”(Əmali”, Şeyx Səduq, səh. 464, hədis: 18.)
27-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs Mühəmməd və Ali-Mühəmməd (s)-ə salavat göndərsə, Allah-taala ona min salavat göndərər.”
28-Həzrət Adəm (ə) oğlu Şeysi çağırıb, onu özündən sonrakı xəlifə təyin edərək belə bir vəsiyyət etdi: "Oğlum! Həmişə Allaha itaət, insanlara isə yaxşılıq et. Mühəmməd (s)-in adını çəkməyi, ona salam göndərməyi yaddan çıxarma; çünki mən onun adının ərşə yazıldığını gördüm, səmalarda onun yad edildiyini və adının çəkildiyini eşitdim.” Şeys dedi: "Bu qədər izzət, şərəf və hörmətlə yad edilən Mühəmməd kimdir?” Həzrət Adəm (ə) buyurdu: "O, peyğəmbərlərin sonuncusu və onların içərisində behiştə daxil olan birinci şəxsdir.”
29-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs yüz dəfə "Ya Rəbbi səlli əla Muhəmmədin və Ali-Muhəmməd” – desə, onun yüz hacəti qəbul olunar.”
30-İmam Sadiq (ə) Misbah ibn Bəsabəyə buyurdu: "Sənə bir şey öyrədimmi ki, onu deməklə Allah-taala səni cəhənnəm odundan qoruyub saxlasın?” Dedi: "Bəli!” O həzrət buyurdu: "Hər gün sübh çağı yüz dəfə "Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd” de!”
31-İmam Sadiq (ə) buyurmuşdur: "Cümə gecəsi gəlib çatanda, mələklər əllərində qızıl qələm və gümüş kağız olduğu halda asimandan nazil olar və cümə gününün qürubuna qədər, yalnız salavat göndərənlərə savab yazarlar.” Deməli, cümə günü və cümə axşamı Peyğəmbər və onun Əhli-beytinə min salavat göndərmək müstəhəbdir.
32-İmam Baqir (ə) buyurmuşdur: "Cümə gecəsi heç bir əməl salavat qədər fəzilətli deyildir.”
33-İmam Rza (ə) buyurmuşdur: "Günahlarının kəffarəsini verə bilməyən şəxs Mühəmməd və onun Əhli-beytinə çoxlu salavat göndərsin; çünki salavat günahları məhv edir.”(Vəsailuş-şiə”, 4-cü cild, səh. 1212. )
34-İmam Hadi (ə) buyurmuşdur: "Allah-taalanın İbrahim (ə)-ı Özünə dost seçməsinin səbəbi, onun Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməsi idi.”(Yenə orada. )
35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim adım çəkilən zaman salavat deməyən şəxs paxıldır.”("Kənzül-ümmal”, 1-ci cild, hədis: 2142.
)
36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənə salavat göndərməyi unudan şəxs behişt yolunu itirmişdir.”(Yenə orada, səh. 2160. )
37-Malik Cəhəni deyir: İmam Sadiq (ə)-a bir gül dəstəsi verdim. Həzrət gülü alıb, öpdü və gözünə qoydu. Sonra buyurdu: "Hər kəs gülü iyləyib gözünə qoysa, Mühəmməd və Ali-Mühəmmədə salavat göndərsin; çünki həmin şəxs nə qədər ki, gülü əlindən yerə qoymayıb, Allah onu bağışlayar.”("Ləaliul-əxbar”, 2-ci cild, səh. 157. )
38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əməllərin zəkatı mənə salavat göndərməkdir.”
39-İmam Sadiq (ə) buyurmuşdur: "(Qiyamət günü) əməllər ölçüləndə, Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdən ağır bir əməl olmaz.”("Biharul-ənvar”, 71-ci cild, səh. 373. )
40-İmam Sadiq (ə) buyurmuşdur: "Allaha edilən heç bir dua Mühəmməd və onun Əhli-beytinə salavat göndərməyincə, qəbul olunmaz.”
Category: Əqidə | Added by: Ənfal
Views: 403 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]