Şənbə günü, 2024-12-21, 6:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqaid

VARLIQ
2013-03-22, 3:20 PM
VARLIQ
Mütləq və mümkün varlıqlar arasında fərq

Mütləq və mümkün


Mütləq varlıq dedikdə Allahın əbədi və əzəli zatı nəzərdə tutulur. Mütləq varlığın ən başlıca xüsusiyyəti öz-özünə var olub başqa bir varlığa etiyac duymamasıdır.

Mütləq varlığın nə əvvəli olur, nə də sonu. O heç bir varlığa ehtiyac duymamaqla yanaşı, hər bir varlığı Öz qüdrət və elmi ilə əhatə edir. Ətraf mühütdə mövcud olan bütün məxluqat Onun varlığının isbatı və nişanəsidir. Onmun varlığı son dərəcə bəsit və asan dərk olunduğu üçün Qurani-Kərimdə varlığının sübutuna dair bir ayəyədə rast gəlmək olmur. Çünki Allahın varlığını sübut etmək üçün deyuil, insanların hidayəti üçün nazil olmuşdur. Demək, Quranın işi Allahı qəlb gözü ilə dərk edən insanlardır. Əgər Allahın varlığı təkzib olunursa, Onun isbatı ilahiyyatla deyil, psixologiya və tibb elmi ilə sübuta yetirilməlidir. Cünki Allahın təkzib və inkarı ruhi xəstəlikdir. Ruhi xəstəliyə düçar olunanlar isə eyni zamanda cismani xəstəliyə də düçar olunarlar ki, bu da tibb elminin sahəsidir. Belə ki, normal insan öz varlığını inkar etmədiyi kimi , Allahın da varlığını inkar etməməlidir. Əslində, Allah varlığını inkar edənlər Onun yerinə "təsadüf" adlandırdıqları saxta tanrılar qoyurlar ki, bu da onların fitri olaraq pərəstişinə meyilli varlıq olmamalarından xəbər verir. Bu məqsədlə bəşəriyyətin hidayəti üçün nazil olan Quran öz ayələrində təkallahlığın sübutuna deyil, şirkə mübarizəyə yer ayırır. Bunun ən bariz nümunəsi "İxlas" surəsidir. Surə "Allah vardır" deyə başlamır. İlk olaraq Allahın yeganəliyindən xəbər verilir. Şünki Allahın varlığı isbat olunmayan açıq-aşkar, gerçək və həqiqətdir. Əgər varlıq aləmində gerçək bir həqiqi varlıq varsa, o da Allah varlığıdır.

MÜMKÜN VARLIQ
Mümkün varlıq başqa varlıqdan asılı və ya ona möhtac olan varlığa deyilir. Əslində, Allahdan başqa bütün məxluqat (yaradılış aləmi) mümkün varlıqdır. Çünki Allahdan qeyri heç bir varlıq nə öz-özünə vicuda gələ bilir, nə də mövcyudluğunu davam etdirə. Yaradılış aləmi hamılıqla Allaha möhtac və Onun iradəsindən asılıdır. Lakin insan bütün məxluqatın zirvəsində qərar tutur. Yəni varlıq aləminin ən yüksək zirvəsində Allah, yaradılış aləminin zirvəsində isə insan durur. Varlıq aləminin zirvəsində qərar tutan Allah yaradılış aləminin zirvəsində duran insana heç bir varlığa bəxş etmədiyi nemət bəxş etmişdir ki, bu da onu yer üzündə xəlifə və canişini təyin edərək məhz onunla danışmasıdır. Allahın insana bəxş etdiyi bu neməti Onun tükənmək ikramı kimi qəbul edirik.
"Biz Adəm övladını şərəfli və hörmətli etdik" ("İsra", 70).
Bəs insana bəxş olunan ikram nədir? Quran bizə bu cavabı verir:
"Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut" ("Rum", 30).

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ
Bismillarır Rəhmanir rəhim!
(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);

اللَّهُ الصَّمَدُ
Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)
لَمْ يَلِدْ وَلَمْ يُولَدْ
O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ
Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”

 
Category: Əqaid | Added by: Ənfal
Views: 847 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]