Şənbə günü, 2024-12-21, 6:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqaid

İmanın əsasları
2013-03-22, 3:24 PM
İmanın əsasları

İmanın neçə sütunu vardır? Həzrət Peyğəmbərin (s) buyuruqlarını qəbul etmək dinin sütun-larındandır. Bu buyuruqların ən mühümü «üsuli-din», yəni dinin əsasını təşkil edən tovhid (Allahın birliyi), nübüvvət (peyğəmbərlik) və məad (ölümdən sonra həyat) inamlarıdır. Bəs, qalan buyuruqlar necə? Məsələn, əgər bir şəxsdə imam Əlinin (ə) həzrət Peyğəmbər (s) tərəfindən xilafətə təyin olunmasına yəqinlik varsa necə? Məsələn, birinin dilindən Əlinin (ə) xilafətə təyin olunmasını eşitdiyi halda, düşmənçilik göstərərək bu həqiqəti inkar edənə səxs imanlı hesab etmək olarmı? İman və əməlin hər ikisi zəruridir, yoxsa biri kifayətdir? Əsas imandır, yoxsa əməl?

Qurani-Kərim nəzərincə imansız əməl faydasızdır. Bir şəxs Allaha, qiyamətə, peyğəmbərlik və imamətə inanmazsa təkcə yaxşı işləri hesabına axirət səadətinə qovuşa bilməz. Axı, behiştə inanmayan hansı məntiqlə behiştə getməlidir. «Kafirlərin əməlləri səhradakı ilğıma bənzər. Susuzluqdan ürəyi yanan onu su bilər, nəhayət gəlib çatdığı zaman heç nə tapmaz. Tapdığı, əməli müqabilində Allahın cəzası olar. Allah da onun cəzasını verər. Allah tez bir zamanda bütün məxluqatının hesabını çəkər».

Xalq adətən yol çəkib, körpü salan varlıları əziz tutur. Amma, bu adamların Allaha etiqadı olmazsa, Allah da onların yaxşı işlərini nəzərə almaz. Sual oluna bilər ki, əgər bütün dünya Lodıkin və Edisonun zəhmətləri hesabına elektrik işığından istifadə edirsə nə üçün onlar cəhənnəmə getməlidir? Cavab belədir ki, bir insan Allah, qiyamət, peyğəmbər və imam sübut olduğu halda inad üzündən qəbul etməzsə, bu insan əbədi ilahi nemətlərdən faydalanmaq ləyaqətinə malik deyil. Bir şəxs bilərəkdən hər



hansı bir həqiqəti inkar edərsə, axirət səadətin-dən məhrum olar. Belə insan gördüyü xeyir işlərin əvəzini elə dünya həyatında da alar, axirət mükafatındansa məhrum olar.

İslam və Quran nəzərincə ilahi biliklərdən xəbərdar olan insan bilərəkdən bu həqiqətləri inkar edirsə nəinki behiştə getməz, heç onun qoxusunu da duymaz. İmanlı olduğu halda heç bir xeyir iş görməyən insan da əbədi səadətə qovuşa bilməz. Bəlkə də, bu ehtimal həqiqətdən uzaqdır. Necə ola bilər ki, imanlı insan heç olmazsa bir dəfə də Allaha səcdə etməsin. Axı, iman insanın həyatında (zərrə qədər də olsa) təsir qoymalıdır. Demək, həqiqi iman sahibinin heç bir xeyir iş görməməsi ehtimalı çox zəifdir. Bu, yalnız o vaxt mümkün olar ki, insan iman gətirən kimi dünyasını dəyişsin.

Ömür boyu günaha batıb cinayətlərə yol vermiş insan imanlı olduğunu iddia edirsə şübhəsiz, yalan deyir. İmanlı insan xeyir işlərdən uzaq ola bilməz.

Əgər saleh əməl imanın şərtidirsə nə üçün möminlər günaha yol verir? Əgər imanlı insan gü-naha ba-tırsa, demək, onun imanı zəifdir. Belə insanda şəhvət və qəzəb oyanan kimi iman yaddan çıxır. Pəvayətə görə günah edən zaman, iman ruhu tərk edir. Həmin an insanı mömin adlandırmaq olmaz. Onu kafir də hesab etmək düzgün deyil. Çünki qəzəb və şəhvət alovu sönən kimi iman ruhu geri qayıdır. Amma, bir günah imanın unudulmasına səbəb olmaqla gündəlik təkrarlanaraq artarsa belə insan üçün kafir olmaq qorxusu vardır.

«Nəhayət, Allahın ayələrini yalan hesab edib məsxərəyə qoyanlar kafir oldular» («Rum» surəsi, ayə 10).

Təbii ki, günah çirkabında qərq olmuş qəlbdə iman ləyaqəti yoxdur. Günah insanın imanını asta-asta zəiflədərək, nəhayət, bir gün onu tamamilə aradan aparır.

Haqq gününün sahibi olan Allahın adı ilə



EY INSANLAR!



Hələki dünyadasız, dirisiz, sağlamsız, dinləyin, düşü-nün, ibrət alın. Unutmayın ki, bir zaman siz də gələcəksiniz bu əbədi məkana, bir vaxt sizi də bu torpaq qara qoynuna alacaqdır. Nə qədər ki, gec deyil, qayıdın səhv yolunuzdan, tövbə edin bəd əməllərinizdən. Çünki öm-rünüzdən günbəgün uzaq düşür, bizim məkana tələsirsiniz. Bir də ki, nə bilirsiniz ömrünüzün qədə-rini? Dünən sənlə birgə yaşayan dirinin getməsinin şahidi olmadınmı, sən? Ardı-arası kəsilməyən müxtəlif hadisələrin ani qurban-larınıdamı görmədin? Qəbir daşlarında qocalar və xəstələrinmi şəklinə baxma-mısan? Yoxsa ömrünün qədərindənmi xəbərsizsən sən. Bəs, nə üçün tövbəni, haqqa qayıdışı bu qədər gecikdirirsən?

Dünya nemətlərində boğulub, həyatda diriyikən ölməyin. Oyanın qəflət yuxusundan. Biz qəflətdən oyanıb haqqı müşahidə edən ölülər kimi siz də ayılın! Bilin ki, Burada xəbər var, dünyada ibrət alacaq şeylər. Burada nəticə var, dünyada iman və əməl. Burada sorğu-sual, hesabat var, həyatda etdikləriniz əməllərdən. Buraya düşəndən sonra peşimançılıq, üzürxahlıq heç bir fayda verməz. Həyata dönmək istəsəz də geriyə heç bir yol yoxdur. Heç nə və heç kəs də sənin karına gələ bilməz.

Unutmayın ki, əməllərinizin şahidi və qeyd edən mələklər hər zaman sizinlədir.



Xəbərdar olun ki, burada hər şey, hətta bədən üzvləriniz, (qulaqlarınız, gözləriniz, dəri-ləriniz və s..) belə etdikləriniz əməllər barəsində sizin əleyhinizə şəhadət verəcəklər. Bir də ki, Allah sizə şah damar-larınızdan belə yaxındır.

Unutmayın ki, Əbəs yerə yaranmayan dünyada görülən hər əməl qiyamət günündə əvəzsiz qalma-yacaqdır. Haqsızlıq olma-dan zərrəcə yaxşı əməl sahiblərinə mükafat veriləcək, pislik edən də öz pisliyinin nəticəsində cəzəlanacaqdır. Bu zaman lənət və axirət yurdunun dəhşətli əzabı gözləyir onları.

O an dünyada diri «ölülər» (qəflətdə olanlar): «Ey rəbbimiz! Bizə bir az möhlət ver. Biz sənin dəvətini qəbul edər, sənə iman gətirər və göndərdiyin peyğəm-bərlərinə və əmr sahiblərinə itaət edərik» deyərlər.

Ey insanlar, olmaya ki, qəflət edəsiniz. Siz də keçmiş cahillərin yoluyla gedəsiniz. Hər şey fanidir. Hər şey də yalan. Baqi ancaq Cənabı haqdır ki, birdir, şəriksizdir, həm də əbədi. Qiyamət gününün sahibi odur, odur günahkar sizlərin tövbə etdiyiniz zaman günahını bağışlayan. Sonsuz rəhmət sahibidir O.

Taleyin qəti hökmü belədir: «Bir zaman bizlərə olan, sənə də olacaq».

Allahın salamı olsun düşünən dirilərə.


Bahar Məmmədova
iman.ge
Category: Əqaid | Added by: Ənfal
Views: 953 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]