Main » Files » Əqidə » Əqaid |
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
2013-03-22, 3:19 PM | |
Heyvanların yaranışı Indi də heyvanların bədəninə nəzər sal. Onların bədəni insanda olduğu kimi ətdən, sümükdən, damar və əsəblərdən təşkil tapmışdır. Həmçinin onlara göz və qulaq da verilmişdir ki, insanın ehtiyaclarını ödəsin. Əgər heyvanlar kar və kor olsaydılar, insan onlardan bəhrələnə bilməzdi. Amma onlara fikir və ağıl verilsəydi, insanın yüklədiyi ağır yükləri aparmaqdan imtina edərdilər. Əgər bir şəxs desə: Amma qulamlar ağıllı olmaqlarına baxmayaraq, bəylərin verdiyi əmrlərə tabe olur və onların buyurduğu ağır işləri əncam verirlər. Bunun cavabı belədir: Bu cür insanlar çox azdır. Insanların çoxu razı deyil ki, heyvanlar kimi yük aparsınlar. Hənçinin əgər insanlar heyvanların işlərini görsələr, başqa işlərindən geri qalarlar. Çünki, bir dəvə və ya qatır gördüyü bir işi insan görə bilməz. Bu iş, çətinlikdən əlavə insanın həddən artıq yorulmasına səbəb olur ki, onu başqa peşələri öyrənməkdən məhrum edir. Heyvanların üç növ yaradılışı. Ey Müfəzzəl! Heyvanların üç növ (insan, dörd ayaqlı və quşlar) hikmətli yaradılış haqda təfəkkür et. Onların hər biri bir formada yaradılmışdır. Insanın ağlı və təfəkkürü olduğuna görə o ticarət, zərgərlik və dəriçilik kimi işləri görə bilir. Onun üçün böyük əllər və barmaqlar yaradılmışdır ki, bu işləri görməyə malik olsun. Ətyeyən heyvanlarda gizlənən hikmətlər və tədbirlər. Belə təqdir oldu ki, ətyeyən heyvanların qidası başqa heyvanları ovlamaqla olsun. Ona görə bu heyvanlar üçün möhkəm əllər, pəncələr və iti caynaqlar yaradılmışdı. Bu caynaqlar və pəncələr insan işləri üçün münasib deyil. Otyeyən heyvanlara isə məsləhətə görə sənət və ovlamaq qabiliyyəti verilməmişdir. Amma onların bəziləri üçün əl və ayaq dırnaqları yaranmışdır ki, otlaqların uyğunsuz yerlərində əziyyət çəkməsinlər. Onların bir hissəsi üçün insanın ayağında olduğu kimi çuxura oxşar dırnaqlar yaradılmışdır ki, yerlə uyğun olsun. Həmçinin təfəkkür et ki, necə ətyeyənlərdə iti dişlər güclü pəncələr və caynaqlar və böyük ağız yaradılmışdır. Allahın hikməti və tədbiri ilə bu Heyvanların qidası ət oldu. Ona görə də onlara ov və şikar vasitələri verildi. Bunların müqabilində vəhşi və otyeyən heyvanlara caynaq verildi. Ov quşları və yırtıcılar da dimdik və caynaqa sahibdirlər. Həqiqətdə bu heyvanlar onlara möhtacdırlar. Görürsən ki, hər heyvan üçün ona lazım və məsləhət olan üzvlər yaradılmışdır. Heyvan balalarının azadlığının sirri Indi heyvanlara diqqət et, gör onlar necə doğulan kimi ayağa qalxır və analarının arxasınca gedirlər. Onlar insan kimi deyillər ki, aparılmağa və tərbiyəyə möhtac olsunlar. Ona görə də onların anası insan kimi biliyə, tərbiyəçiliyə və lütfə malik deyil. Heyvanlar bu işləri görmək üçün münasib əllərə və dırnaqlara sahib deyillər. Nəticədə onların övladlarına elə bir qüdrət verilmişdir ki, onlar öz-özünə, azad hərəkət edirlər. Həmçinin quşların çoxu: toyuq, sığırçın, bildirçin kimi quşlar yumurtadan çıxan kimi dən yeyirlər. Amma zəif cücələr; göyərçin, dağ göyərçini və qırmızı rəngli quş növlərinin heç qalxmağa belə taqəti olmur. Bu quşların analarında elə bir məhəbbət vardır ki, dənləri öz çinədanlarında toplayaraq yavaş-yavaş balalarının ağzına qoyur. Onların bədəni qüvvətli olana qədər bu cür qidalanırlar. Bu səbəbdən göyərçinə, toyuğa çox cücə verilməmişdir ki, onları böyüdə bilsin. Bəs Hər iki iş lətif və xəbir olan allahın hikmət və tədbirindən faydalanmışdır. Heyvanın ayaqları və onların hərəkəti Heyvanların ayağına diqqət et, gör, necə cüt-cüt yaradılmışdır ki, onun yeriməsi üçün münasibdir. Əgər heyvanların ayaqları tək olsaydı onun üçün rahat olmazdı. Çünki yol gedən adam bir ayağın götürəndə, o biri ayağına təkiyə edir. Iki ayaqlı heyvanlar da belədir. Dörd ayaqlı heyvanlar isə iki ayağını götürür və sonrakı iki ayağına arxalanır. Lakin hərəkət əksinə olur. Yəni bir ayağını bir tərəfdən o biri ayağını o biri tərəfdən, birini digərindən sonra hərək etdirir. Əgər belə etməsə o ayaq üstə, dayana bilməz. Bəzi heyvanların insanın müqabılındə tabe olmasının sirri Ulağı və atı görürsən ki, necə çətin işlərdən uzaq olmaq istəyirlər, amma buna baxmayaraq yük aparmaqda və dəyirmanda insana təslim olurlar? Dəvənin neçə kişinin qüvvəsinə malik olmasına baxmayaraq balaca bir uşağın bərabərində təslim olub, diz çökür. Qüdrətli öküz gör necə öz sahibinə tabe olur. Və nəcib at necə özünü qılıncların və nizələrin qabağına verir ki, sahibinin istəyini yerinə yetirsin? Bir sürü qoyunu bir nəfər necə otarır və qoruyur? Bütün heyvanların tabe olunması da bu cürdür? Bu tabe olunma və itaət onların ağılları və şüurlarının olmadığına görədirmi? Əgər onların ağlı və şüuru olsa, insana tabe olmaqdan və onların ehtiyaclarını ödəməkdən boyun qaçırarlar. Dəvə saribana (karvan istiqamətçisi) və bəzən sahibinə itaət etməz. Qoyunlar da çobanın əmri ilə bir yerə yığılmaz, bəlkə hərəsi bir tərəfə gedərdi Başqa heyvanlar da belədir. Yırtıcıların ağlının və şüurunun olmamasının sirri. Həmçinin əgər yırtıcılar ağla və şüura sahib olsalar, birbaşa insanların əleyhinə, qalxıb və az bir zamanda insanları özlərinə tabe edərdilər. Əgər şirlər, bəbrlər, pələnglər və canavarlar bütün insanların əleyhinə qalxsa, kim onların qarşısını alar? Görmürsən ki, onlar bu işdən uzaqlaşdırılmışdır. Insanlar onlardan qorxub çəkinməkdən, onlar insanlardan qorxurlar. Onlar ruzi axtarmaq üçün gecələr öz yerlərindən çıxırlar. Heyvanların çox qüdrətli olmalarına baxmayaraq, onlar insandan bərk qorxurlar. Əgər onlar ağılsız olmasaydı insanların yaşayışını və həyatını çətinləşdirərdilər. It, vəfalı bir heyvan və insanın müdafiəçisidir. Yırtıcılar arasında "it” elə yaradılmışdır ki, sahibin müdafiə etsin və ona məhəbbət bəsləsin. Gecənin qaranlığında damlara və hasarlara çıxır ki, evi və sahibini oğruların şərrindən qorusun. Itin sahibinə olan əlaqəsi və mehribançılığı bəzən o yerə çatır ki, sahibinin canını, malını və heyvanlarını qorumaq üçün özünü ölümə belə atır. It sahibinə o, qədər məhəbbət bəsləyir ki, aclıqda və susuzluqda ona yoldaş və arxa olur. Görəsən niyə itin yaranışında məhəbbət və mehribançılıq qoyulmuşdur? Bu itin insanın qoruyucusu olması üçündür. Buna görədə ona kəsici dişlər yırtıcı caynaqlar və dəhşətli səs verilmişdir. Heyvanın üzünün, quyruğunun və ağzının formasının sirri. Ey Müfəzzəl! Heyvanın üzündə olan üzvlərin necəliyi haqda fikirləş. Onun gözləri qabağa çıxmışdır ki, qarşısını yaxşı görsün və çalaya düşməsin. Heyvanın ağzı aşağı tərəfdədir. Əgər onun da ağzı insan kimi olsaydı, yerdən heç nə yeyə bilməzdi. Görmürsən ki, insan yeməyi əli ilə ağzına qoyur? Bu iş insanın digər mövcudlardan üstün olmasına bir işarədir. Heyvanın ot yemək üçün münasib əli olmadığına görə onun ağzı bu cür yaradılmışdır. Quyryqda olan hikmətə və onun faydalarına diqqət yetir: Onun quyruğu örtük hökmündədir ki, heyvanın eyb yerini örtsün. Heyvanın arxası ilə qarnı arasında nəcasət olur. Milçəklər və ağcaqanadlar həmişə onun üstünə toplaşırlar. Heyvanın quyruğu bu milçəkləri və ağcaqanadları ordan uzaqlaşdırır. Heyvan quyruğunu sağa-sola hərəkət etdirməklə istirahət edir. Bu onun ayaq üstə bədəninin ağırlığını iki əlinin üstünə saldığı zamandır. Nəticədə heyvan quyruğunu hərəkət etdirməklə rahatlıq hiss edir. Heyvanın quyruğunun başqa çoxlu faydaları da vardır ki,insan ağlı onların hamısını dərk etməyə qadir deyil. Ancaq onlar bəzən üzə çıxır. O, cümlədən: Bəzən heyvan bataqlıqda batıb qalır və onu çıxarmaq üçün heç bir vasitə olmur. Onun quyruğu heyvanı ordan çıxartmaq üçün ən yaxşı vasitədir. Heyvanın quyruğunun tükünün də çox faydaları vardır. Insanlar öz ehtiyaclarının çoxunu onun köməyi ilə həll edirlər. | |
Views: 870 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |