Şənbə günü, 2024-12-21, 7:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqaid

Dünya həyatı əslində çox qısadır
2013-03-22, 3:26 PM
Dünya həyatı əslində çox qısadır


İnsanların böyük əksəriyyəti dünyaya heç vaxt ölməyəcəklərmiş kimi bağlıdırlar və buna görə din əxlaqını yaşamaqdan, axirət həyatını və ölümü düşünməkdən qaçarlar. Halbuki, çox möhkəm bağlandıqları dünya həyatı qısa və keçi-cidir. Ən uzun yaşayan insan belə bir gün mütləq ölüb gedəcəkdir. Bundan başqa, dünya həyatı göründüyü qədər də uzun deyil.
Allah bu siri Quranın bir çox ayəsində insanlara bildirir: «Belə buyuracaqdır : «Yer üzündə neçə il qaldınız?» Onlar: « Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!» -deyə cavab verəcəklər. Allah buyuracaq: Əgər bilirsinizsə, siz çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığmızı və hüzurmuza qaytarıl-mayacağnızı güman edirdiniz?-(« Muminun» surəsi, 112-115).
«Qiyamət qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar belə göndərilirdilər» (« Rum» surəsi ,55)
Yüxarıdakı ayələr, öldükdən sonra mühakimə edilmək üçün toplanan insanlar arasındadır. Bu insanların danışıq-larından da anlaşıldığı kimi, insanlar öldükdən sonra dünyada əslində çox qısa bir müddət qaldıqlarını anlamaq-dadırlar. Yəni, dünyada bizə 60-70 il kimi görünən müddət əslində bir gün, ya da bir gündən də azdır. Bu , yuxu görən bir insanın yuxusunda günlər, aylar yaşaması, amma oyananda sadəcə bir neçə saniyəlik bir yuxu gördüyünü anlaması kimidir. İnsan, əslində, bir az düşünərsə, dünya həyatını yaşarkən də bu qısalığı və keçiciliyi anlayacaqdır. Məsələn, hər kəsin özünə m üəyyən planlar və məqsədləri isə bir-birnin ardınca gəlib keçər. Məktəbi qurtarar, univeristetə daxil olar, univeristeti bitirəndə bir iş sahibi olar... Bunlar böyük bir sürətlə gəlib keçər. 35 yaşına çatmaq ona çox uzaq bir gələcək kimi görünərkən, birdən birə özünü 40 yaşında görər.
Dünya çox qısa olduğu, Allahın Quranda bildirdiyi və hər insanın yaşarkən də fərq edə biləcəyi bir həqiqətdir. Bu həqiqəti qavrayan insanların bu qədər qısa və keçici bir həyat üçün axirətdəki sonsuz və gerçək həyatı yaddan çıxarması böyük bir ağılsızlıq olar.
Allahın dünya həyatının keçicliyi haqqında insanları xəbərdar etdiyi ayələrdən bəziləri belədir: «Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, axirət isə əbədi yurddur!» («Muminun» sürəsi, 39 ). «Həqiqətən, bunlar tez keçib gedəni sevər, ağır günə arxa çevirərlər» («İnsan» sürəsi,27).
Category: Əqaid | Added by: Ənfal
Views: 976 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]