| Main » Files » Əqidə » Nübüvvət |
Həzrət Nuhun əzab istəyinə Allahın cavabı
| 2013-06-24, 4:31 AM | |
Həzrət Nuhun əzab istəyinə Allahın cavabıBəli, həzrət Nuh öz qövmünə nifrin etdi. Allah əmr etdi ki, Nuh bir xurma ağacı əksin. Xurma əkən Nuhun yanından ötənlər 900 yaşında bu işlə məşğul olduğuna görə onu məsxərəyə qoyurdular. Ağacın əlli yaşı tamam olanda Allah əmr etdi ki, Nuh o ağacı kəssin. Bunun ardınca Allahın əzabı nazil oldu.(Əli ibn İbrahim Qummi, "Təfsirul-Qummi”) Allah öz bəndələrini sonsuz məhəbbətlə sevir. Bunu dərk etmək Bizim üçün çətindir. İnsanlar arasında ən ali məhəbbət ananın övlada məhəbbətidir. Amma ananın qəlbində qərar verilmiş məhəbbət ilahi məhəbbət okeanının hətta bir damlası deyil. Allah həmin sonsuz məhəbbət əsasında bəndələrinin səadətə, Allaha yaxın məqama çatmasını istəyir. Bu məqsədlə vəzifələr müəyyənləşdirilmişdir. Bəzi işlər əmr olunmuş, bəzi işlərə qadağa qoyulmuşdur. İnsan bu göstərişlərə əməl etməklə Allahın razılığını qazanır, xoşbəxtliyə çatır. Allah hətta günaha batan insana tövbə və günahlarını yumaq üçün möhlət verir. | |
| Views: 677 | Downloads: 0 | Rating: 0.0/0 | |
| Total comments: 0 | |

Həzrət Nuhun əzab istəyinə Allahın cavabı






































