Bazar günü, 2024-12-22, 1:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Nübüvvət

Həzqil nədən ibrət alır?
2013-03-30, 6:12 AM
Həzqil nədən ibrət alır?

Davuddan tərki-övla baş verdikdə onun dağlarda və səhralarda əlacsız və ağlar gəzdiyi nəql olunur. Bir gün bir dağa çatdı. Oradakı mağarada abid Həzqil adlı bir peyğəmbər var idi. Həzqil dağların və heyvanların səsini eşitdikdə onun Həzrət Davud (ə) olduğunu bildi. Çünki Davud (ə) Zəbur oxuduqda hamı onunla birlikdə nalə çəkirdi.

Davud dedi: -Ey Həzqil, yuxarı gəlməyə icazə verirsən?

Dedi: -Sən günahkarsan?

Davud ağladı. Həzqilə vəhy gəldi ki, Davud tərki-övla etdiyi üçün onu danlama və məndən afiyət istə. Öz halına buraxdığım hər kəs, əlbəttə, xətaya mübtəla olar.

Həzqil Davudun əlindən tutaraq öz yanına apardı.

Davud dedi: -Ey Həzqil, heç günah etmək üçün iradə etmisən?

Dedi: -Xeyr.

-Heç səndə riyakarlıq yaranıb?

-Xeyr.

-Heç dünyaya və onun şəhvətlərinə qarşı fikrindən istək keçib?

-Bəli.

-Onu nə ilə əlac edirsən?

-Bu yarığa daxil oluram və ibrət alıram.

Davud onunla birlikdə ora daxil oldu. Orada dəmirdən bir taxtın qoyulduğunu, üstündə köhnəlmiş sümüklər olduğunu və dəmirdən bir lövhənin o taxtın yanında gördü.

Davud lövhəni oxudu. Orada yazılmışdı: "Mən Ərva ibn Şələm min il padşahlıq etmişəm. Min şəhər bina etmişəm. Min qadınla olmuşam. Sonda torpaq xalçam, daş balış və söykənəcəyim, ilanlar isə qonşularımdır. Kim məni görərsə, dünyaya aldanmasın. ("Eynul-həyat”, Məclisi, səh 172.)



Bu sultanın əhvalatı və aqibəti

Bəli, mömin özünə şeytani nəfsin istəklərini eşidib, dünyanın və gözəlliklərin ardınca getdiyini fərz edərək təlqin etməlidir ki, bu nə vaxta qədər davam edəcək? Başı bunlara bərk qarışmış şəxs ölməyəcək? Mən nə qədər çalışsam da bu sultan kimi olmayacağam. Onun da aqibətini görürəm.



Şer:


Gər sonunda bir ovuc torpaq düşürsə pay sənə,

Söylə, bəs neyçün ucaldırsan imarətlər yenə?



Sözümün xülasəsi xatırlatmadır. Əgər insan özünü unudub xatırlamazsa, nəticəsiz qalar. İnsan saray kimi deyil, dağ kimi olmalıdır ki, şeytanın vəsvəsələrinə müqavimət göstərə bilsin. Özünü zahiri bər-bəzəklərdən örtüb işinin sonunu görməlidir.



Qəbirləri ziyarət etmək sənin özün üçündür.
Hər bir halda öz vücudunda moziə edənə sahib olmalısan. Müqəddəs şəriətdə qəbirlərin ziyarəti, xüsusi ilə də valideynlərin qəbirlərinin ziyarət olunması niyə bu qədər çox sifariş olunub? "Fatihə” surəsini haradan oxusan, savabı onlara çatır. Sədəqəni də harada versən, onlar bundan bəhrələnir. Lakin buyurulur ki, atanın qəbri üstə get, ora duanın qəbul olunma yeridir.

Ziyarətin ümdə xeyri sənin özün üçündür ki, atana qalmadı və sənə də qalmayacağını xatırlayasan. Gec, ya tez, ona qovuşacaqsan. İki günlük dünyaya aldanma və vəsvəsələrini özünə yaxın buraxma. Xatırlayan ol!



Ayətullah Seyyid Əbdülhüseyn Dəstğeyb

Tərcümə etdi: Mehman Müctəba

ihq.az


Category: Nübüvvət | Added by: Ənfal
Views: 732 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]