Main » Files » Əqidə » Məad |
Ruhların dünya əhli ilə rabitəsi
2013-12-13, 10:12 PM | |
Ruhların dünya əhli ilə rabitəsi Ruhların dünya əhli ilə əlaqəsi necədir? İnsan bir aləmdən başqa aləmə keçəndə əvvəlki aləmdən xəbərdar olur və məlumatlı halda bu dünyaya qədəm basır. Belə ki, uşaq 9 ay ana bətnində inkişaf edir və dünyaya gələn zaman anasının hisslərindən və bu dünyaya aid olan bəzi məsələlərdən xəbərdar halda doğulur. İnsan bərzəx aləminə addım atan zaman da bu dünyada baş verənlərdən xəbərdar halda o biri dünyaya gedir. Ancaq onu nəzərə almaq lazımdır ki, bu agahlıq ancaq bu dünyada baş verənlərə aiddir. Ona görə də bərzəx aləmində olanlar dünya əhli ilə əlaqə yarada bilərlər. Çünki onların bu aləm haqqında məlumatları vardır. Bu agahlıq insanın iman və təqva ölçüsünə görə fərqlidir. Yəni, o mömin ki, imanın yüksək həddində qərar tutur, adi insanların agahlıq həddindən yüksək agahlığa malikdir deməkdir. (Tebyan) İmam Sadiq (ə) buyurur: "Mömin öz əhlini görər, əhlində onun məhəbbətinə səbəb olan şeyləri görər. Ancaq onun xoşuna gəlməyəcək şeyləri görməz. Kafir də öz əhlini görər, ancaq o şey ki, onu narahat edər və kərahətinə səbəb olar, onları müşahidə edər. Lakin o şeyləri ki, xoşlayır və sevir - onları görməz”. Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Möminlərin bəziləri hər həftə bir dəfə cümə günü öz əhlini ziyarət edər. Bəziləri öz əməllərinin miqdarına görə onları ziyarət edə bilər". İmam Sadiq (ə) başqa hədisdə buyurur: "Elə bir mömin və kafir yoxdur ki, günəş batan zaman əhlini görməyə getməsin. Əgər görsə ki, əhli yaxşı işlərlə məşğuldur və bu nemətlərə görə Allaha həmd edir. Kafir görür ki, əhli yaxşı işlərlə məşğuldur, bu, onun üçün nigarançılıq olar”. İshaq ibni Əmmar Həzrət Əbülhəsən Musa ibni Cəfərdən (ə) nəql edir: "Həzrətdən (ə) soruşdum: "Ruhlar öz əhli ilə görüşürlərmi?”. Həzrət (ə) buyurdu: "Bəli”. Dedim: "Nə zaman görüşürlər?”. Həzrət (ə) buyurdu: "Hər cümə, hər ay və ildə bir dəfə. Möminin məqamından asılı olaraq”. Soruşdum: "Onlar öz əhlini görməyə gedəndə nə cür olurlar?”. Həzrət (ə) buyurur: "Onlar lətif qanadları olan quşlar kimi özlərini divarlara vururlar. Onları xeyirdə və sağlam görəndə sevinirlər. Əgər onları pis halda görərlərsə, qəmgin olarlar". Əbdürrəhim Qədir Həzrətdən (ə) nəql edir: "O Həzrətə (ə) ərz etdim: "Möminlər öz əhli ilə görüşürlərmi?”. Buyurur: "Bəli. Allahdan izn istəyərlər. O da bu möminə izn verər. İki mələk onunla bir yerdə olar. Bu mömin quş kimi sorağına gələr. Evinə gələr, əhlinə nəzər salar və sözlərini eşidər”. Həzrət (ə) buyurur ki, onlar quş kimi gələrlər. Bu, o demək deyildir ki, möminin ruhu bir heyvan cildində bu dünyaya gələr. Burada Həzrət (ə) bənzədir və buyurur ki, quşlar sizin evlərinizin divarlarında necə otururlarsa, bu ruhlar da o cür otururlar. Yəni, onlar bu evə asan gəlib-gedirlər. Sizin ruhunuz da bu cür rahat gəlib, əhlinizi ziyarət edər. Həzrət Peyğəmbər (s) buyurur: "Muhəmmədin (s) canı əlində olan Allaha and olsun ki, əgər ölünün yerdə qalanları (yaxınları) ölünün yerini görsəydilər, onun sözlərini eşitsəydilər, onlar ölüdən qafil olar və özləri üçün ağlayardılar. Ölünü tabutda aparan zaman ruhu bu tabutun üzərində uçar və dövrə vurar. Davamlı olaraq, nida edər: "Ey mənim əhlim! Ey mənim övladlarım! Dünya sizinlə oyun oynamasın, necə ki, mənimlə oynadı. Dünya malını halal və haram yoldan topladım. Sonra hamısını özümdən başqası üçün xərclədim. Ancaq cəzası mənim üçündür. Ona görə qorxun". Beləliklə, deyə bilərik ki, ruhlar bu dünyaya gələ bilərlər. Onlar imanlarının səviyyəsinə görə bu dünyaya gələr və yaxınlarını görərlər. /Deyerler.org/ | |
Views: 1167 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |