Bazar günü, 2024-12-22, 11:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
2013-02-02, 4:46 PM

Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil

 Qiyamət günündən sonra Adəm (ə) və Həvvadan (ə) dünyaya gəlmiş insan nəsli Yer üzündə bir daha yaşamayacaqdır. Yaxşı əməl sahibləri behiştə və pis əməl sahibləri isə cəhənnəmə gedəcəkdir. Bəzi hədislərdən görmək olur ki, Qiyamətdən sonra yer kürəsində insanlardan fərqli insanlar yaşayacaqlar.

Qiyamət haqqında gələn hədislərə nəzər salanda görmək olur ki, o günü həyat tərzi dəyişəcəkdir. İnqilab baş verəcəkdir. Hazırki Yer kürəsi başqa bir şeyə çevriləcəkdir. "Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!”. ("İbrahim” 48).

Qiyamət günü yer üzü dağılacaqdır, dağlar töküləcəkdir, səma açılacaqdır, ulduzlar məhv olacaqdır. O gündən sonra Yer kürəsi əvvəlki vəziyətində olmayacaqdır. Başqa bir ayədə oxuyuruq: "Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır”. ("Rəhman” 26-27).

Əllamə Təbatəbai İmam Baqirdən (ə) gələn hədisi belə nəql edir: "Yəqin ki, belə fikirləşirsiniz ki, Qiyamət çatan zaman behişt bədənləri ruhları ilə behiştə və cəhənnəm bədənləri ruhları ilə cəhənnəmə gedəndən sonra, Yer üzərində Allaha artıq heç kəs pərəstiş etməyəcəkdir. Allaha and olsun ki, Allah elə məxluq xəlq edəcəkdir ki, dişisi və erkəyi olmaycaqdır. Ona pərəstiş edəcək, Onu yeganəliyi və əzəməti ilə tanıyacaqlar. Onlar üçün elə bir yer xəlq edəcəkdir ki, onları üzərində gəzdirəcək və səma da üzərlərinə kölgə salacaqdır”.

Cavidan yaşamaq meyli hər bir canlının fitrətində vardır. Mənnan Allah insanı elə xəlq etmişdir ki, həmişə sağ qalmaq istəyir. Ancaq insanın Yer üzərindəki həyatı məhdud və qısa olduğu üçün Allah insanı cavidan arzusuna qovuşdurmağa görə cavidan və üstün bir dünya xəlq edir. Bu dünyaya Peyğəmbərlər (ə) göndərərək, onları o biri dünyaya hazırlaşmağa dəvət edir.

"Və Cənnəti təqvalılara (aralarında) məsafə olmadan çox yaxınlaşdırarlar. (Onlara deyilər:) Bu, sizə vəd olunandır. (Bu, dünyada) Allaha çox könül verən və (yaradanın və yaranmışların hüquqlarını) qoruyan hər bir kəs üçündür. Rəhman olan Allahdan gizlində (heç kəsin onu, onun isə axirəti görmədiyi halda) qorxan və tövbəkar və sızıltılı qəlblə (Allahın görüşünə) gələn kəs (üçün)! (Onlara deyiləcək:) «(Allah və mələklər tərəfindən) salamla (və əbədi salamatlıqla) ora daxil olun. (Müjdə olsun sizə ki,) bu gün əbədiyyət günüdür.» Orada onlar üçün istədikləri (hər bir) şey vardır. Bizim yanımızda (onların təsəvvür və istəklərindən xaric) daha artıq (nemətlər) mövcuddur. Biz onlardan (Məkkə müşriklərindən) qabaq qüdrət və iqtidar baxımından onlardan daha güclü olan və şəhərləri gəzib-dolaşaraq hər yerə nüfuz etmiş neçə-neçə nəsilləri məhv etdik. (Lakin) məgər (əzab nazil olan zaman onlar üçün) qaçmağa yer və bir sığınacaq var idi?!”. ("Qaf” 31-36).

İnsanları Qiyamət mövzusu həmişə maraqlandırmışdır. "O, (xilqətin əvvəlindən Qiyamət qopacağı vaxta qədər) bu dünyanın işlərini (Öz cəlal) səma(sın)dan (bu yer barəsində olan fərmanla, mələklərinin əli ilə) tədbir və tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr) sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq və hökm olunmaq üçün «hesab» dayanacağında Ona təqdim olunar). " ("Səcdə” 5).

"Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab-kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar”. ("Məaric” 4).

İmam Əli (ə) buyurur: "Övladlarım! Bilin ki, (öləndən sonra) qarşıda çox çətin dar keçid vardır. Yüngül yüklü insanların (günah baxımından) vəziyyəti ağır yüklü insanlardan daha yaxşıdır. Hər kəs götür-qoyla ondan keçərsə, vəziyyəti oranı sürətlə keçəndən daha pis olar. Onun sonu isə ya behiştdir, ya da cəhənnəmdir”.



(Tebyan/ Deyerler.org)
Category: Məad | Added by: Ənfal
Views: 1757 | Downloads: 0 | Comments: 4 | Rating: 5.0/3
Total comments: 4
0  
4 spartak   (2013-09-04 10:07 PM) [Daxil et]
salam

0  
3 TREDSTOUN   (2013-09-02 3:07 PM) [Daxil et]
Salam aleykum. Men bir kitabda oxumuwdumki insandan evvel yer uzunde nesnas adli tayfa yawamiwdi. Olar Allahin emrinden cixdigi ucun Allah meleklerden ibaret qowun gondererek olari mehv etmiwdi. Olardan boyukhissesi mehv olsada bir nece az saylisi qacib daglara cekilmiwdi. Ona gorede qeyd olunan metlebin heqiqet olmasina wubhe etmek tesubkewlik sayila biler. Cunki Allah bu barede oz ovliyalarina melumat veribse demeli bular gerceklikdi. Twk

0  
2 Ənfal   (2013-02-03 0:38 AM) [Daxil et]
Aleykum salam

+1  
1 Giris93   (2013-02-02 6:34 PM) [Daxil et]
salam

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]