Şənbə günü, 2024-12-21, 4:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

ÖLÜM VƏHYDƏN BAŞQA YOL YOXDU
2013-04-01, 5:25 AM
ÖLÜM

VƏHYDƏN BAŞQA YOL YOXDUR



"Məad” «əvd» kökündən olub "qayıtmaq” mənasını verir. Çünki ruh ikinci dəfə bədənə qaytarılır. Məad müqəddəs İslam dininin əsaslarındandır. Buna inanmaq vacibdir ki, hər bir insan ölümdən sonra yenidən dirilir və əqidəsinin, əməllərinin əvəzini alır.

Başlanğıcı ölüm və qəbir, sonrası Bərzəx, daha sonrası böyük Qiyamət, sonu Behişt və ya Cəhənnəm olan məad məsələsi əql yolu ilə sübuta yetsə də, zahiri hisslərlə dərk olunmaz. Ölümdən sonra nə olacağını insanın təkbaşına dərk etməsi qeyri-mümkündür. Bu məsələdə vəhydən (Allah buyruqlarından) başqa yol yoxdur, çünki insanın dərki onun yaşadığı aləmin, tutduğu məqamın hüdudlarını aşa bilmir. Məsələn, ana bətnində olan uşağın bətndən bayırdakı aləmin böyüklüyünü, necəliyini anlaması qeyri-mümkündür. Eləcə də qeyri-mümkündür ki, bu uşaq fəza və onda mövcud olanların sonsuzluğunu qavrasın. Həmçinin, maddi aləmdə olub, maddə və təbiətin əsiri olan bir kəs mələkut aləmini necə dərk edə bilər; necə bilər ki, mələkut aləmi maddi aləmin batinidir və bu dünyadan xilas olmaqla yeri həmin mələkut aləmi olacaq? Bir sözlə, dünya aləmində olan insan üçün ölümdən sonrakı aləmlərin xüsusiyyətləri gizlidir və o xüsusiyyətləri tanımaq üçün Yaradanın buyurduqlarını (vəhyləri) təsdiq etməkdən başqa bir yol yoxdur.


MƏADIN XÜSUSİYYƏTLƏRİNİN ƏQLLƏ ƏLAQƏSİ YOXDUR

Bu səbəbdən də əgər bir şəxs desə ki, ölümdən sonra filan cür olacaq, ağıla sığmır, o şəxsin sözləri ümumiyyətlə qəbul olunmamalıdır. Çünki ölümdən sonrakı hadisələrin xüsusiyyətlərinin ağılla heç bir əlaqəsi yoxdur və dünyanın bütün ağıllıları çiyin-çiyinə versələr belə, digər bir aləmdəki cərəyanların möhtəvasından xəbərsiz qalacaqlar. Bildiklərimiz yalnız Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun məsum övladlarının buyurduqlarıdır ki, biz də onu tamamilə təsdiq edirik. Çünki onlar məsum şəxslər, Yaradanın vəhylərinin nazil olma məhəllidirlər.

\
ÖLÜ DƏ DANIŞARMI?

Bəzi nadanların "ölü də danışarmı?” deməklə şübhə toxumu səpməsi tamamilə əsassızdır. Məsələn, onlar deyirlər: "İnsan öldüyü zaman onun bədəni quru budaq kimi adi cansız materiya hökmündədir, qəbirdə sual-cavab nədir?! Əgər ölünün ağzını bir şeylə doldurub, səhəri gün qəbrini qazıb ağzına baxsaq, görərik ki, ağzından bir zərrə belə çölə çıxmayıb.” (Bu şübhələrə tezliklə cavab veriləcək).


NİTQ, DANIŞIQ DİLƏ MƏXSUS DEYİL

Sadalanan şübhələr axirətdən, yaranış dəsgahından xəbərsizlik, qeybə imanın olmaması nəticəsindədir. Bu təəccüblər məlumatın, düşüncənin azlığına bir sübutdur. Bu cür düşünənlər güman edirlər ki, nitq yalnız dilə məxsusdur, ruhların isə nitqi yoxdur. Guya hərəkət təkcə cismə aiddir, ruhlar isə hərəkətdən məhrumdurlar. Halbuki, bu sözü deyənlərin özlərinin hər gecə yatdıqları, yuxuda olduqları zaman nitqləri, danışıqları var; dodaqları tərpənmədiyi halda danışırlar, yanlarında dayanmış adam isə onların səsini eşitmir. Eləcə də, bədənləri yataqda hərəkətsiz olduğu halda, yuxuda hərəkət edir, gəzirlər.


YUXUNUN HİKMƏTİ PEYĞƏMBƏRLƏRİ TƏSDİQ ETMƏKDİR
«İmam Kazim (əleyhissalam) buyurur: "Yaranışın ilk çağlarında bəşəriyyət üçün röya (yuxu görmə) yox idi. Sonradan bu xüsusiyyət Allah Tərəfindən verildi. Səbəbi də bu oldu ki, Allah bir peyğəmbəri onun öz dövründəki insanların dəvət və hidayəti üçün göndərdi. O peyğəmbər də xalqı Allaha itaət və bəndəçilik etməyə əmr etdi. Ona dedilər: "Əgər biz Allaha pərəstiş etsək, əvəzində nə alacağıq? Bir halda ki, sənin sərvətin bizdən azdır.” O peyğəmbər buyurdu: "Əgər Allaha itaət etsəniz, əvəzi Behişt, günah edib məni dinləməsəniz, yeriniz Cəhənnəm olacaqdır.” Dedilər: "Behişt və Cəhənnəm nədir?” Peyğəmbər hər ikisi barədə şərh verdi. Soruşdular ki, bəs nə vaxt onlara çatacağıq? Buyurdu ki, öldüyünüz zaman. Amma onlar "bizim ölülər çürüyüb torpaq olurlar və onlar üçün sənin vəsf etdiyin şeylərdən heç biri yoxdur”-deməklə, o peyğəmbəri inkar etdilər.

Allah bu adamlar üçün əhlam (yuxu görmə) müəyyən etdi. Yuxuda gördülər ki, yeyirlər, içirlər, hərəkət edirlər, danışırlar, eşidirlər. Elə ki, yuxudan oyandılar, sadalananlardan bir əsər-əlamət görmədilər. Həmin peyğəmbərin yanına gəlib, yuxularını danışdılar. Peyğəmbər buyurdu: "Allah-Taala bu dəlillərlə sizə xəbərdarlığını sona yetirdi. Sizin ruhlarınız belədir. Öldüyünüz vaxt bədənləriniz torpaqda çürüsə də, ruhlarınız Qiyamət gününədək əzabda və ya naz-nemət içindədir.”


QƏBUL ETMƏMƏK AZ TUTUMLUQDANDIR
Ehtimalların çoxluğu əql üçün zəruridir. (İnsanın əqli onun verdiyi ehtimalların çoxluğu ilə tanınar.) Yəni, insan əqli nöqteyi-nəzərdən qeyri-mümkün olmayan bir mətləb eşitdikdə, ehtimal verməlidir ki, ola bilsin ki, doğrudur. Amma xəbər verən şəxs məsum (günahsız, pak) olarsa, gərək desin ki, mütləq doğrudur. Lakin insan cahil və ağlı az olarsa, deyəcək: "Bu nə sözdür?!” Qəbul etməmək tutumun kiçik, az olması dəlilidir ki, belə adam fövqəl-təbii (təbiətin fövqünü), maddiyyatdan xaricdəki şeyləri dərk etməkdə acizdir. øBelə insan iki ayaqlı heyvan kimidir və yalnız yemək, içmək, cinsi yaxınlığı dərk edir. Əlbəttə, əgər ulağa, öküzə də desələr ki, öləndə mələk gəlir, qəbirdə sual-cavab olur, qəbul edə bilməzlər. Çünki onların düşüncə hədləri qarın və fərcdən uzağı əhatə etmir. Beləcə, ali mətləblərin qəbulu böyük sərvət və ruhun ucalığıdır.π

Məad məsələsinin geniş izahına ehtiyac yoxdur. Yalnız ilk mənzildən son mənzilədək olan hadisələrin izahını, Əhli-beyt (məsum İmamlar (əleyhimüssalam)-ın) hədislərində zikr edilənlərlə şərh etməklə kifayətlənirik.
Category: Məad | Added by: Ənfal
Views: 838 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]