Şənbə günü, 2024-04-20, 5:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Dirilərin ölənlər üçün ən yaxşı hədiyyəsi
2013-07-04, 11:10 AM

Dirilərin ölənlər üçün ən yaxşı hədiyyəsi

 

 Ruhun bədənlə sıx rabitəsi vardır. Belə ki, qəbrinin üstünə ziyarətçi gələn kimi, ruhu Vadiyəs-səlamdan qəbrinə tərəf uçar. Qəbrini ziyarət edəndən razılıq edər.

İmam Kazımdan (ə) soruşarlar ki, möminlər qəbrini ziyarət edənləri tanıyırlarmı? Buyurur: "Bəli. O zaman ki, qəbrinin başındadır, onunla söhbət edər. Oradan gedən zaman isə darıxar”.

Əgər ölünün qəbri başında ölünü yada salıb, "Fatihə” oxuyarlarsa, ona görə bağışlanma diləyib dua edərlərsə, həmin ölünün bərzəxdəki halı yaxşılaşar.

Həzrət Peyğəmbər (s) buyurur: "Dirilərin ölülər üçün ən yaxşı hədiyyəsi - dua və bağışlanma diləməkdir”.

İmam Sadiq (ə) buyurur: "Dirilər hədiyyədən sevindikləri kimi, ölülər də onlara görə bağışlanma diləməkdən sevinərlər”.

Dirilərin ölüləri ziyarət etməsi onlar üçün bir ibrət dərsidir və ölümü xatırladar. Həzrət Peyğəmbər (s) buyurur: "Ölülərinizin ziyarətinə gedin ki, sizi axirəti (ölümü) yada salsın”.

 

Abdullah ibni Sənan İmam Sadiqin (ə) tərəfdaşlarından idi və o, nəql edir: "İmamdan (ə) soruşdum ki, Kövsər çayı nədir? Həzrət (ə) onun haqqında danışdı və sonra buyurdu: "Onu görmək istəyirsənmi?”. Dedim: "Fədan olum, bəli”. Buyurdu: "Əlimi tut ki, bu şəhərdən çıxaq”. İmam (ə) ayaqlarını yerə çırpdı. Mələkut pərdəsi aralandı və bərzəx aləmi göründü. Gözümü açan zaman böyük bir çay gördüm ki, nə başlanğıcı var idi və nə də sonu. Bulaqlarından süddən də ağ və yaqutdan gözəl su axırdı. Dedim: "Fədan olum, bu çay haradan gəlir?” Buyurdu: "Bu, o bulaqdır ki, Allah Quranda buyurur ki, sudan, süddən və şərabdan olan çaydır. Bu çayın kənarında ağaclar gördüm ki, onun kölgəsində hurilər var idi və dünyada onlar kimi gözəlini görməmişdim. Həzrət (ə) onlardan birinə işarə edir ki, su versin. Huri qədəhi su ilə doldurur və Həzrət qədəhi ondan alır və mənə verir. Heç bir zaman bu qədər gözəl qab görməmişdim və onun kimi şirinini içməmişdim. Dedim: "Fədan olum, belə bir şeyi nə görmüşəm və nə də təsəvvür etmişəm”. Həzrət (ə) buyurdu: "Bu, ən az şeydir ki, Allah davamçılarımıza vəd etmişdir. O zaman ki, mömin ölər, onu bu yerə gətirərlər. Bağlarında gəzdirərlər. Buranın şərablarından içizdirərlər””.

 

Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir. Deyir: "Ey Allahın peyğəmbəri! Mənim başıma qəribə əhvalat gəlmişdir”. Həzrət (ə) buyurur: "Nə görmüsən?” Deyir: "Həyat yoldaşım çox ağır xəstəliyə düçar olmuşdu. Dedilər ki, əgər Əhqaf vadisinin quyusundan su içsə, şəfa tapar. Qədəhi götürüb həmin yerə yollandım. O yerə çatan zaman oranın dəhşətli bir səhra olduğunu gördüm. Qorxaraq özümü həmin quyuya çatdırdım. Onu qədəhlə müşkümə tökürdüm ki, qəfildən dəhşətli bir səs diqqətimi cəlb etdi. Yuxarı tərəfdən zəncirlə bağlanmış susuz bir insan fəryad çəkirdi. Mənə dedi ki, bir az su ver ki, susuzluq məni həlak edəcək. O qədər qorxmuşdum ki, qaçmağa çalışdım. Ancaq ayaqlarım getmirdi. Qədəhi doldurdum ki, ona su verəm. Birdən boğazında olan zəncirlə bir yerdə onu yuxarı dartdılar. Müşkümün ağzını titrəyərək bağladım və özümü o qorxulu səhradan xilas etdim”. Həzrət Peyğəmbər (s) buyurdu: "Bu çarəsiz - Adəmin (ə) oğlu Qabil idi ki, qardaşını öldürmüşdü”.

 

(Tebyan/Deyerler.org)

Category: Məad | Added by: Ənfal
Views: 1194 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/2
Total comments: 2
0  
2 GADİR   (2013-07-08 0:57 AM) [Daxil et]
ALLAH  RAZI  OLSUN 
CÜMƏ 05.07.13 GÜNÜ RADİODA BİR İLAHİYƏTÇİ ÇİXİŞ EDİRDİ  SƏHV ETMİRƏMSƏ LİDER RADİOSUNDA 107 
RAMAZAN AYİ HAQNDA MÜƏYYƏN GÖZƏL FİKİRLƏR SÖYLƏDİ  VƏ FƏZİLƏTLƏRDƏN DANİŞİLDİ 
SONRA XOŞA GƏLMƏZ FİKİRLƏR SÖYLƏDİ  QUR`ANİ-KƏRİMİN OXUNUŞU ÖLÜLƏRƏ HEÇ EHEMİYYƏTİ YOXDİR LAZİMSİZ KİMİ GEYD ETDİ
1- pEYGƏMBƏRİMİZ (s,ə,s) ÖLÜLƏR BİZİ YAXŞİ EŞİDİR HƏDİSİNİ - İNKAR ETMƏK KİMİ ALİNİR BU BİR SƏBƏB

2 - AYƏT-ƏLKÜRSÜNÜ ZİYARƏT ZAMANİ OXUYUB VƏ SAVABİNİ GƏBİRSANLİQ ƏHLİNƏ SAVABİ HƏDİYƏ ETMƏK HAQQİNDA RƏVAYƏT, AYƏT-ƏL-KÜRSÜNÜN ÖZÜ MƏYƏR QUR`ANİ-KƏRİMDƏN DEYİLMİ. BU İKİNCİ SƏBƏB Kİ ZİYƏRƏTİN VACİBLİYİNİ QEYD EDİLİR VƏ BURADA ƏNFAL  BACİ  SİZİN QEYD EDİYİNİZ SƏBƏLƏR SÜBUT VACİB SÜBÜT KİMİ QYD EDİLİR. 

BİZİM  GÖZƏL  İSLAM   DİNİNƏ  MƏXSUS  BİLİKLİ  ALİMLƏRİMİZ  BELƏ İDDİYALARİN QABAQİN  ALA  BİLMİRLƏRMİ  ? ALİMLƏRİMİZİN  HELƏ  GOPÇU ÇİXİŞ  EDƏNLƏRƏ QARŞİ  DİNİ  SENZURA  VARMİ ?

ƏFFÜSLƏR  OLSUNKİ  DİRNAQ  ARASİ  OLAN  ALİMLƏRİN  FƏTHVALARİ  TEZ QABUL OLUNUR, AMMA NƏDƏNSƏ HALAL ZƏHMƏTİ OLAN GÖZƏL SƏVİYƏLİ ALİMLƏRİN  DƏLİLƏRİN  MƏNALARİNİ  İTİRİRLƏR,  HƏR  ƏHLİ-BEYT  SEVƏR VƏ HAQQ  YOLUNUN  EMİNDƏ  ZƏHMƏTİ  OLAN  ALİMLƏRİMİZİN  VƏ  ƏSAƏBƏLƏRİN QARŞİLARİNDA  BAŞ  ƏYİRƏM !  ALLAH RAZİ OLSUN  SİZLƏRDƏN  BİZLƏRƏ LAZİMİ  ƏSİL  MƏHƏBBƏTİ  ANLADİRSİNİZ  VƏ  DOĞRU  YOL  ÜZƏRİNDƏ DÜŞÜNMƏYƏ  VADAR  EDİRSİNİZ  ALLAH SİZDƏN  RAZİ  OLSUN !!!
ASSALAMUN ALEYKUM VƏ RAHMƏTULLAH
 

0  
1 KubraZ   (2013-07-05 1:41 PM) [Daxil et]
coooooooox saolun

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]