Main » Files » Əqidə » Məad |
Cənnət Restaurantları-1
2012-11-10, 6:31 AM | |
Cənnət Restaurantları-1 Qonaqlıqda yemək, gəzməyə getdiyiniz bir yerdə yemək yemək, restaranlarda yemək yemək və qarsonlar tərəfindən yeməyin hazırlanması və gətirilməsi, bəzən də tək yemək bütün bunlar fərqli şəkillərdə ləzzət alacaq yemək içməkdir.. Rəvayətlərdə bütün bu nümunələrin ən yaxşısı və ən gözəl şəkli cənnət yeməkləri üçün bəyan edilmişdir. وَ يُطافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ فِضَّةٍ وَ أَکْوابٍ کانَتْ قَواريرَا Onların ətrafına (təamlarla dolu) gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. (İnsan surəsi, 15. ayə) وَ اَمْدَدناهم بفاکهةٍ ولحمٍ مما يَشتَهونَ Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.. (Tur surəsi, 22. ayə) Bəzən də cənnət mənzərələri çay kənarında, ya bulaq başında, çox gözəl qədəh ya sürehiler və buna bənzər mükəmməl şeylərlə bəyan edilmişdir ki bunlar möhür ilə damğalanmışdır. يُسْقَوْنَمِنْرَحِيقٍ مَخْتُومٍ خِتامُهُ مِسْکٌ وَ فِي ذلِکَ فَلْيَتَنافَسِ الْمُتَنافِسُون Təqdim edilər, içirilər onlara xalis şərab ki içiminin sonu çox xoşdur. Bəzən də cənnət səmalarında uçan bir quşu gördüklərində canları onun ətini yemək istəyən cənnət əhli belə söyləyər: Subhaneke Allahumme - "Allahım! Səni nöqsan sifətlərdən tənzih ederiz!"- Daha sonra o quş önlərinə qızarmış olaraq gəlir. Bu əti yedikdən sonra belə söyləyərlər: ‘Elhamdulillahi rəb bil aləmin - Aləmlərin Rəbbinə şükrlər olsun - Cənnət əhli doyduqdan sonra da təkrar sümükləri toplanıb quş olar və qanadlanaraq uçar gedər. Bu səbəbdən cənnət əhlinin bu kimi nemətlər qarşısında ilk sözləri Uca Allahı təsbeh və takdis etmək və yenə son sözləri də Uca Allaha şükr etmək olacaq. ( Əsan Təfsiri, c. 7, s. 88, Mecme-ul Bəyan nəqlinə görə) Bir hədisdə İmam Mis (as) Allahın Elçisi (saa)dan belə rəvayət edilir: Cənnətdə bağları və cənnətləri çox olan möminlər vardır. Taxtlı və ya taxtsız və …. Cənnət əhli canlarının çəkdiyi bir şeyi Allahı Təaladan istəmədən hətta o yeməyin adını söyləmədən önlərində hazır taparlar. ( Buna görə yeməyin hazırlanmasını və ya yeməyin bişməsini gözləmədən ya da istəmək zəhmətində olmadan hazır tapacaqlar.) (Nur-ağıl Sekaleyn Təfsiri, c. 4, s. 548) Buna bənzər rəvayətlər cənnət meyvələri haqqında da nəql edilmişdir. Yəni cənnət əhli taxtlarında oturarkən meyvə dolu qablar onlara xidmət edilər. Bəzən də yalnız bir meyvəyə baxdıqlarında yerlərindən tərpənmədən meyvə ağacının budağı yanlarına gəlir və meyvə ikram edər. وَ ذُلِّلَتْ قُطُوفُها تَذْلِيلًا (Cənnət ağaclarının) kölgələri (özləri) onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək. (İnsan surəsi, 14. ayə) Yəni cənnət meyvələri onların çatacaqları bir yerdə və xidmətlərindədir. tebyan | |
Views: 871 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |