Cümə axşamı, 2024-03-28, 1:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » İmamət

Sevinc dolu üç gün
2013-06-12, 5:29 PM
Sevinc dolu üç gün

12 iyun (3 şəban) – İmam Hüseynin (ə) mövlud günü
13 iyun (4şəban) – Həzrət Əbülfəzlin (ə) mövlud günü
14 iyun (5 şəban) – İmam Səccadın (ə) mövlud günü


Seyyidüşşühəda - Şəhidlər ağası İmam Hüseyn (ə) hicri 4-cü il, şəban ayının 3-ü Mədinədə dünyaya göz açdı. Onun adı Tövrada "Şübeyr”, İncildə "Tab” kimi xatırlanır. 
Şəhid, Səid, Sibtis-Sani, Rəşid, Təyyib, Seyid, Vəfi, Zəki, Mübarək, Tabeül-mərzatillah adları ilə yadda qalıb. İmam Hüseynin (ə) təvəllüd xəbəri Peyğəmbərə (s) çatanda o həzrət Əmirəlmöminin (ə) evinə gəlib buyurdu ki, körpəni gətirsinlər. Həzrət onun sağ qulağına azan, sol qulağına iqamə oxudu. Bu körpə bəşər tarixində zülmlə mübarizə simvolu kimi əbədiyyət qazandı.

* * *

Hicrətin 26-cı ili, şəban ayının 4-ü "Qəməri Bəni-Haşim" adı ilə tanınmış Əbülfəzlin (ə) mövlud günüdür. Islam aləmində Həzrət Əbülfəzl (ə) Haşim nəslinin ayı (Qəməri-Bəni-Haşim) adı ilə məşhurdur. Atası, Həzrət Əli (ə), anası Ümmülbənidir. Öz şücaəti ilə tarixə silinməz iz salmış, Kərbəlada qəhrəmanlıq tarixi yaratmışdır.

* * *

İmam Əli ibn Hüseyn - İmam Səccad (ə) hicrətin otuz səkkizinci ili, 5 şəbanda dünyaya göz açıb. Hicrətin əllinci ili imam Həsənin (ə) şəhadətindən sonra Müaviyə ilə mübarizə aparan İmam Hüseynlə (ə) on il birlikdə olmuşdur. Atasının şəhadəti zamanı Kərbəlada idi. Kərbəla faciəsindən sonra əsirlərlə birlikdə Kufəyə, sonra isə Şama aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə lənətlik Yezid istibdadının əsaslarını sarsıtmışdır. 

HaqqYolu
Category: İmamət | Added by: Ənfal
Views: 924 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 1
+1  
1 GADİR   (2013-06-13 0:22 AM) [Daxil et]
ALLAH RAZİ OLSUN !
mübarəkdir əmr sahiblərimizin qədəmləri

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]