Çərşənbə günü, 2024-04-24, 8:25 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » İmamət

İmam Zaman ağa (ə.f) ilə necə rabitə qura bilərik?
2013-02-03, 11:43 PM
İmam Zaman ağa (ə.f) ilə necə rabitə qura bilərik?

 İmam Baqir (ə) buyurur: "Vacibatlarınızı yerinə yetirən zaman səbirli və hövsələli olun. Düşmənin qarşısında sabitqədəm olun. Özünüzlə İmam Zamanın (ə.f) arasında rabitə yaradın”.


Qeyb dövrü zamanı bizim qarşımızda qoyulan vəzifələrdən biri də İmamımızla (ə.f) rabitə qurmaqdır. Əhli-beyt (ə) davamçıları qeyb dövrü zamanı İmam Zamanla (ə.f) rabitə yaratmalıdırlar. Bəs bu rabitəni necə yaratmaq olar ki?

1. İmamın zühuru və salamatlığı üçün dua etmək.

Namazı qılandan sonra İmamı (ə.f) xatırlayan zaman Həzrət (ə.f) üçün və onun salamatlığı üçün dua edək. İmamın (ə.f) ikinci yardımçısı olan Muhəmməd ibni Osman qeybəti-suğra zamanı belə deyirdi: "Zühurun tezləşməsi üçün çoxlu dua edin, çünki sizin də fərəciniz İmam Zamanın (ə.f) fərəci sayəsində yerinə yetər”.

Bəs fərəcə görə dua etməyimizin nə faydası var ki? Bunun üçün iki ehtimal vardır: 1. Dua zühurun tezləşməsinə səbəb olar və insanların işini genişləndirər. 2. Zühur üçün edilən dua səbəb olar ki, İmam (ə.f) da həmin şəxs üçün dua etsin. Bu yolla işindəki düyünü açar.

Maraqlısı budur ki, Məsum İmamlar (ə) da Qaimin (ə.f) zühuru üçün dua edərdilər. Səkkizinci İmam (ə) buyurur ki, İmam Zamana (ə.f) görə bu cür dua edin: " اللَّهُمَ ادْفَعْ عَنْ وَلِیِّک وَخَلیفَتِک وَحُجَّتِک عَلى‏ خَلْقِک وَلِسانِک الْمُعَبِّرِ عَنْک النَّاطِقِ بِحِکمَتِک... امِتْ بِهِ الْجُورَ وَاظْهِرْ بِهِ الْعَدْلَ وَزَیِّنْ بِطُولِ بَقائِهِ الْارضَ، تا آخر دعا.” (Bu duanın ardı "Məfatihül-cinan” kitabında vardır).

İmam (ə.f) üçün edə biləcəyimiz ən qısa dua isə "Fərəc” duasıdır.

2. İmamın (ə.f) tərəfindən sədəqə vermək.

Bəzən İmamın (ə.f) tərəfindən sədəqə verək. Necə ki, öz salamatlığımız üçün sədəqə veririk, bu yolla bir çox xəstəliklərdən və bəlalardan uzaq oluruq. İmam Zaman ağanın (ə.f) müqəddəs varlığından daha əziz kim ola bilər ki? Bu sədəqənin ən az təsiri odur ki, İmama (ə.f) olan sevgimizi bununla aşkar etmiş olarıq.

Nəql edilir ki, Həzrət Yusifi (ə) bazarda satanda bir qoca qarı əlində olan kiçik məbləğ ilə bazara gedir. Ona deyirlər ki, siz bu kiçik məbləğlə onu necə alacaqsınız? Cavab verir: "Bilirəm ki, Yusifi mənə verməyəcəklər. Ancaq bu işimlə sübut edəcəyəm ki, mən də Yusifin müştərisiyəm”.

3. Bəzi ibadətləri yerinə yetirmək.

Biz İmamlardan (ə) birinin ziyarətinə gedən zaman ən azı onun hərəminə girir və bir namaz qılırıq. Məkkəyə ümrəyə və ya həccə gedən zaman Kəbəni təvaf edirik. İmam Zaman ağa (ə.f) ilə görüşmək istəyiriksə, bəzi ibadətləri yerinə yetirməliyik. Namaz qılıb, xüsusi duaları oxumalıyıq.

4. İmam Zaman (ə.f) ağa ilə əlaqəmizin olduğunu bildirmək.

Əhli-beyt (ə) davamçıları qeyb dövrü zamanı İmama (ə.f) olan əlaqələrini aşkar etməlidirlər. Mərcəyi-təqlidlərdən olan Ayətullah Milani İmam Zaman ağa (ə.f) haqqında əxlaq dərsində buyurub: "Siz gərək gecə və ya gündüz ərzində ən azı bir neçə dəqiqə İmamınızla (ə.f) söhbət etməlisiniz. Ona öz istəklərinizi və problemlərinizi söyləyin. Onun üçün dua edin. Bu yolla biz öz nökərliyimizi bəyan etmiş olarıq”.

Yaxşı olar ki, hər gün sübh namazından sonra "Nüdbə” duasından sonra gələn bu duanı oxuyaq: "اللَّهُمَ بَلِّغْ مُولاىَ صاحِبَ الزَّمانِ صَلَواتُ اللَّهِ عَلَیْهِ عَنْ جَمِیعِ الْمُۆمِنِینَ وَالْمُۆمِنات ....»

5. Öz əməllərimizlə İmamı (ə.f) incitməyək.

Əgər bir müsəlman qəlbində İmamı (ə.f) sevir və o Həzrətə (ə.f) əlaqə hiss edirsə, yenə də rahat olmamalıdır. O, çalışmalıdır ki, həyatının hər bir sahəsində İmamın (ə.f) razılığını əldə edə bilsin. Həzrətin (ə.f) müqəddəs qəlbi dəfərlərlə bizim çirkin əməllərimizə görə incimiş və qırılmışdır.

Ruhanilərdən biri deyir: "Bir gecə yuxuda Həzrət Siddiqəni (s.ə) gördüm. Mənə buyurdu: "Mənim zamanımda məndən ürəyi qırıq yox idi. Bu zamanda isə övladımın qəlbi daha çox qırılıb”.

Həzrətin (ə.f) narahatlıqlarının səbəbi müxtəlif olsa da, ancaq Həzrəti (ə.f) ən çox incidən şey - möminlərin vacibatlarını tərk etməsidir. Həzrətə (ə.f) zalımlarım zülmü, zühurun gəlib çatmaması kimi narahatlıqlardan daha çox, möminlərin vəzifələrinə əməl etməməsi əziyyət verir.

Ona görə də İmamla (ə.f) rabitə qurmaq istəyiriksə, ilk növbədə öz əməllərimizi islah etməliyik. Dini vacibatlarımızı ən yaxşı şəkildə yerinə yetirməliyik. Elə işlər görək ki, İmam (ə.f) bizə baxan zaman ancaq sevinsin və narahat olmasın.



(Tebyan/ Deyerler.org)
Category: İmamət | Added by: Ənfal
Views: 773 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]