Cümə günü, 2024-03-29, 5:37 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » İmamət

İmamətin 8-ci nuru İmam Rzanın (ə) mövlud günüdür
2013-05-22, 4:54 AM
İmamətin 8-ci nuru İmam Rzanın (ə) mövlud günüdür


Zilqədə ayının 11-də (bu il üçün sentyabrın 28-i) İmamətin 8-ci nuru İmam Rzanın (ə) mübarək mövludu günüdür.

İmamın mübarək adı Əlidir. Rza - ən məşhur ləqəbidir.

İmam Rza (ə) hicri-qəməri təqvimi ilə 148-ci ildə, zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. 55 il ömür sürən İmam (ə), bunun 21 ilini imamət nurunun daşıyıcısı olur. Müqəddəs ata-babasının mənəvi qayəsinin davamçısı olan İmam Rza (ə), öz mübarək imaməti dövründə vəziyyətə uyğun öz böyük missiyasını bəşəriyyətə çatdırmış, insanları Həzrət Peyğəmbərin (s) gətirdiyi İlahi təlimin həqiqətləri ilə tanış etmişdir. İmam Rzanın (ə) həyatına nəzər yetirsək, başdan-başa İlahi məqam və sonsuz hikmət görərik. Həyatının hər bir səhnəsində Allaha ixlaslı bəndəlik nümunəsi görərik.

İmam Rzanın (ə) atası 7-ci imam Həzrət Museyi-Kazım (ə), anası həzrət Nəcmiyyədir (s.ə.). Azərbaycan insanına xüsusi lütf inayət onunla bağlı olunub ki, İmam Rzanın (ə) 2 bacısının - Həzrət Həkimənin (Bibi-Heybətdə) və Həzrət Rəhimənin (Nardaranda) müqəddəs hərəmləri bizim torpaqdadır.

Bu mübarək tarix münasibətilə bütün müsəlmanları səmimi qəlbdən təbrik edir, Uca Allahdan dünyada İmam Rzanın (ə) ziyarətini, axirətdə şəfaətini nəsib etməsini diləyirik.

Xəbər xidməti
deyerler
Category: İmamət | Added by: Ənfal
Views: 789 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]