Cümə axşamı, 2024-04-25, 1:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » İmamət

İmam Əlinin (ə) cavanlara 7 əməli tövsiyəsi!
2013-03-22, 12:25 PM
İmam Əlinin (ə) cavanlara 7 əməli tövsiyəsi!

İmam Əli (ə) buyurur: "Agah olun! Xətalar və günahlar üsyankar at kimidilər ki, günahkarlar ona miniblər. Onları cəhənnəmin dibinə yıxar. Təqva isə aram minik kimidir ki, sahibləri ona minərlər və yüyənləri əllərindədir. Onları behiştə qədər aparar”.

1.Təqva

Cavanlar üçün təqvanın yeri və məqamı o qədər mühüm və əhəmiyyətlidir ki, bu dövrdə o, xüsusilə vurğulanmışdır. O cavanlar ki, emoss ionaldırlar, nəfsani istəklərinin dalınca gedirlər, təqva onlar üçün möhkəm hasar və qaladır. Onu düşmənin hücumundan qoruyar. Sanki bir qalxandır ki, onu oxların zərbəsindən hifz edər. İmam (ə) buyurur: "Ey Allahın bəndələri, bilin! Təqva nüfuz edilə bilməyən və möhkəm qaladır”. Həzrət Yusif (ə) də təqvası sayəsində güclü iradə ilə İlahi imtahanlarından başı uca çıxmışdı.



2. İradənİ gücləndİrmək

Cavanların əksəriyyəti iradə zəifliyindən şikayət edirlər. Bunun üçün yollar axtararlar. Pis adətdən əl çəkməyi dəfələrlə qərara almışlar, ancaq buna çox az nail olmuşdular. İmam Əli (ə) təqvanı iradəni gücləndirən amil kimi tanıtmışdır. Quran buyurur: "Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. ("Ənkəbut” 69).



3. Cavanlıq fürsətİ

Şübhəsiz ki, müvəffəqiyyətin amillərindən biri də münasib fürsətləri yaxşı dəyərləndirməkdir. Cavanlıq da bu fürsətlərdən biridir. Mənəvi və cismi qüvvə ağır bir gövhərdir. Allah bu gövhəri cavanların ixtiyarına qoymuşdur. İmam (ə) bu haqda buyurur: "Fürsət əlindən getməmiş və qüssə mənbəyinə çevrilməmiş onu qənimət bil”. Başqa yerdə buyurur: "Sağlamlığını, qüdrətini, cavanlığını və sevincini yaddan çıxartma, onlardan axirət yolunda istifadə et”.



Özünü tərbiyə etmək

Özünü tərbiyə üçün ən münasib vaxt cavanlıqdır. Çünki cavanın qəlb səhifəsi çirkinliklərlə formalaşmamışdır. Fitrət çırağı qəlbində sönməmişdir. İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: "Yeniyetmənin qəlbi boş torpaq kimidir. Hər nə toxum əksən onu qəbul edər. Ona görə də qəlbin daşlaşmamış və fikrin başqa işlərlə məşğul olmamış sənə təlim və tərbiyə etməyə başladım və hümmətimi səni tərbiyə etməyə qoydum”.



4. İzzətİ-nəfs.

İmam Əlinin (ə) cavanlara verdiyi tövsiyələrdən biri də izzəti-nəfsdir. İzzəti-nəfs - insanın ən əsas ehtiyaclarından biridir.

Xoşbəxtlikdən Xaliq onun toxumunu insan fitrətinə səpmişdir. Təbiidir ki, bu toxumun inkişafa və qayğıya ehtiyacı vardır. Tarix boyu Firon səltənəti insanları istismar etmək üçün şəxsiyyətlərini alçaldırdılar.



5. Vİcdan əxlaqı

İmam Əli (ə) övladına tövsiyə edərək, buyurur: "Oğlum, özünü özünlə başqaları arasında hökm çıxartmaqda meyar və miqyas qərar ver”. Bu məsələni görməməzliyə vurmaq - dostluq rabitələrini məhv edər.



6. Təcrübə toplamaq

Başqaların təcrübəsindən bəhrələnmək İmam Əlinin (ə) tövsiyələrindən biridir. O Həzrət (ə) buyurur: "Keçmişdəkilərin xəbərini qəlbinə ərz et və keçmişdəkilərə çatan şeyi yada sal. Onun dağıdıcı nəticələrinə nəzər sal. Düzgün bax gör onlar nə ediblər”.



7. Dostluq ədəbİnə rİayət etmək

Şübhəsiz ki, dostluğun davamlı olması dostluq hədlərinə riayət etməkdən çox asılıdır. Dost seçmək asandır, ancaq onu saxlamaq çətindir. İmam (ə) buyurur: "Ən zəif insan o kəsdir ki, dost seçməkdə aciz olsun və ondan da zəif o kəsdir ki, dostunu əldən versin”.

Beləliklə deyə bilərik ki, əgər cavanlar İmam Əlinin (ə) bu tövsiyələrinə əməl edərlərsə, həyatda daha az problemlə rastlaşarlar.


iman.ge


Category: İmamət | Added by: Ənfal
Views: 964 | Downloads: 0 | Comments: 6 | Rating: 5.0/2
Total comments: 6
0  
6 GADİR   (2013-04-02 10:39 AM) [Daxil et]
Salam aleykum. Allahrazi olsun sizden,soylediniz fikirle şerikem, Allah razi olsun.

0  
5 Ənfal   (2013-03-31 6:19 AM) [Daxil et]
GADİR , Aleykum salam. Allah sizdən də razı olsun. Sayta istifadəçilərin xəbər yerləşdirmək  hüququ yoxdur. Hüquq veriləndə bəzən ciddi problemlər meydana çıxır. Əlavə məlumatı bismillah-73@box.az ünvanına göndərə bilərsiz.

0  
4 GADİR   (2013-03-30 9:51 AM) [Daxil et]
Aleykum salam. Allah razi olsun.
Bu dunyanin hər işi belədir ev içində yalniz evin Xanimi istədiyini edir wacko , biz isə daşiyib gətici bir vasitəyik. biggrin

Sayta hele imkan varmiki ismaric kimi yolansin Siz lazimli bilsəniz movzuya əlavə edəsiniz? Suallari ona görədirki hansisa rəyə təstig olaraq.
Allah razi olsun

0  
3 Ənfal   (2013-03-27 5:49 AM) [Daxil et]
GADİR Aleykum salam. Admin paneldən ancaq mən edə bilərəm. Siz yalnız link vasitəsilə edə bilərsiz.
Allah sizdən də razı olsun

0  
2 GADİR   (2013-03-26 11:24 PM) [Daxil et]
[/size][size=11]Salam aleykum 
Ənfal baci, link olmadan kompyuterdən hansisa səsli yükləmə etmək olar mi mövzulara aid rəylərlə birgə?

təşəkkür edirəm, Allah razi olsun

+1  
1 GADİR   (2013-03-26 3:19 PM) [Daxil et]
ALLAH RAZI OLSUN 
BİSMİLLAHİR-RAHMƏNİR-RAHİM.
IBADƏTIN ƏN ÇƏTİN MƏGAMİ İNSANin "[b]Özünü tərbiyə etmək
 "dir, İSLAG OLMAQ VƏ ÖZÜNÜ BU YOLDA TƏRBİYƏLƏNDİRMƏK ÇOX ÇƏTİN VƏ NƏFSİ İSTƏKLƏRDƏN QORUNMAQ ONDANDA ÇƏTİNDİR. PEYQƏMBƏR (s,ə,s) İMAM ƏLİYƏ(s,ə,s,) 6000 KƏLMƏ HƏDİSİNDƏ BELƏ BUYURUB,(bir hissəsi) ; .... YA ƏLİ, CAMAAT DUNYA İŞİİLƏ MƏŞQUL OLANDA SƏN ÖZ ƏMƏLİNLƏ MƏQUL OL!   
ALLAH TƏALA İBADƏTLƏRİNİZİ -XALİS İBADƏTLƏRDƏN QƏRAR VERSİN !!![/b]

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]