Şənbə günü, 2024-04-20, 12:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » İmamət

İMAM ƏLİ VƏ HƏZRƏT FATİMƏNİN (ə) NƏSLİNƏ OLAN VACİB EHTİRAM
2013-07-18, 9:32 AM
İMAM ƏLİ VƏ HƏZRƏT FATİMƏNİN (ə) NƏSLİNƏ OLAN VACİB EHTİRAM
Oğul, sənə Əli və Fatimənin nəslinə (seyyidlər) ehtiram saxlamaq zəruridir və bu, vacib əməllərdən sayılır. Quranın buyurduğuna görə bu iş müqəddəs risalətin müqabilində istənilən əvəzdir. (Təfsirül-Burhan, 1, 118, bir uzun hədisdə Yəhudi alimlərini vəsf etmək və müsəlmanların (öz elmlərinə əməl etməyən və elmləri ilə çörək qazanmaqdan ötrü hədis düzəldən alimlərini onlara (yəhudi alimlərinə) bənzətmək barədə. İmam Sadiq əleyhissalam belə alimlər haqqında buyurmuşdur: Onların zərərləri bizim zəif (elmsiz) şiələrimiz üçün Yezidin qoşununun İmam Hüseyn əleyhissalama yetirdikləri zərərdən daha çoxdur.  )
Bacardıqca sən onlara əlindən gələn hörməti et ki, həm Allah və Peyğəmbəri özündən razı edərsən həm də hər iki dünyanın xeyirini görərsən (Şura surəsi, ayə 23-də Mütəal Allah buyurur: (Qul la əsəlukum ələyhi əcrən illəlməvəddətə filqurba və mən yəqtərif həsənətən nəzid ləhu fiha husna innəllahə ğəfurun şəkur) (Allah buyurur: Ya Peyğəmbər!) De ki:-Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbət bəsləmənizdən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görsə biz onun yaxşılığının savabını, mükafatını artırarıq. Həqiqətən, Allah bağışlayandır və qədr biləndir. (şükr və itaətin, gözəl əməllərin əvəzini verəndir.)  )

Seyyidlərin yalnız yaxşılarına hörmət etməklə kifayətlənmə ki, onların hökmü əməlsiz alimlərin hökmü ilə fərq edir. Çünki onların (seyyidlər) nəsl vasitəsilə olan nisbəti həmişəlikdir ki, günah etsələr də onlardan ayrılmaz və qırılmaz. Lakin hər hansı bir günahlarından uzaqlaşdırmaq üçün yalnız həmin cəhətə görə sərt rəftarın eybi yoxdur, baxmayaraq ki, Əhməd ibn İshaq Əşərinin Hüseyn ibn Həsən fatimi ilə arasında baş verdiyi hadisə bunu da rəva bilmir. (Müstədrəkül-Vəsail, 2, səh, 400, bab 17 (Təhqiq olunmuş çap, 12, səh. 367, hədis 14339) ələvilərə (seyyidlərə) yaxşılıq etməyin müstəhəb olmasının təkidi hədis rəvayət edilmişdir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:-Öz əli, öz dili, öz malı ilə mənim zürriyəmə (nəslimə) kömək edən şəxsə mənim şəfaətim zəruridir. Başqa bir rəvayətə əsasən Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurubdur: -Mənim övladımın (nəslimin) yaxşılarını Allaha xatir, yaxşı olmayanlarını isə mənə xatir sevin və hədis 21, səh, 402 İmran ibn Məqəl demişdir:-Eşitdim ki, İmam Cəfər Sadiq əleyhissalam buyurdu:- Ali-Məhəmmədə öz malınız ilə kömək etməyi tərk etməyin, varlı öz varlılığına görə (kömək etsin), yoxsul isə öz yoxsulluğuna görə. Hər kəs istəsə ki, Allah onun böyük hacətlərini (istəklərini) versin. Ali, Məhəmməd əleyhissalama və onların şiələrinə öz ehtiyacı olduğu mal və mülkdən də kömək etsin. Yenə 20-ci hədis (təhqiq olunmuş çap, cild) 12, səh. 383, hədis 14351, Süleyman Qazi demişdir:- İmam Rza əleyhissalam buyurdu: -Atam Museyi Kazim əleyhissalam öz məsum ata babalarından nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:-Dörd dəstə əgər bütün yer əhlinin günahları miqdarında günah etsələr də mən onlara şəfaət edərəm: Biri mənim zürriyəmə kömək edərək, onların önündə düşmənlərlə vuruşmuş şəxs. İkincisi zürriyyəmin ehtiyaclarını ödəyən şəxs. Üçüncüsü onlar çarəsiz olarkən onların işləri üçün səy edən şəxs və dördüncüsü dil və ürək ilə onları sevən şəxs. )
Əlbəttə, təkcə ana tərəfi seyid olanlara da (yəni anası seyid qızı olan) atası seyid olanlar kimi ehtiram etməyi sənə vacib bilirəm. Çünki insana qızının oğlu (nəvə) həqiqətən oğul sayılır və şəri hökmlərdə də müştərəkdirlər. Elə buna görə də İmam Həsən ilə İmam Hüseyn əleyhissalam Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) öz oğulları sayılırdılar. İmam Həsən ilə İmam Hüseynin Peyğəmbərə oğul sayıldıqları kimi indi də ona ana tərəfindən mənsub olanlar onun oğulları sayılır (lakin seyidlik keçməmək şərtilə) amma "xüms” ona düşmür (halal deyil). Buna dəlil Həmmad ibn İsanın İmam Kazimdan əleyhissalam nəql etdiyi hədisdir. (Müstədrəkül-Vəsail 2, səh 400, bab 17 (Təhqiq olunmuş çap, 12, səh 375, hədis 14335) seyyidlərə yaxşılıq etməyin təkidli müstəhəb olması, hədis 4, Cəfər Sadiq əleyhissalam nəslindən olan Seyyid Hüseyn ibn Həsən Qum şəhərində aşkara şərab içirdi. Bir gün o, bir iş üçün Əhməd ibn İshaq Əşərinin yanına getdi. Əhməd Qumun övqafında vəkil idi. Hüseyn Əhmədlə görüşmək üçün izn ala bilməyərək qəmli halda öz evinə qayıtdı. Əhməd (sonra) həcc səfərinə gedərkən Samirraya çatarkən İmam Həsən Əskəri əleyhissalamın hüzuruna daxil olmaq üçün imamdan izn istədi. İmamdan izn ala bilmədiyi üçün çox ağlayıb, yalvarmağa başladı. Nəhayət imam ona izn verdi. O imamın yanına daxil olduqda, soruşdu ki: Ey Peyğəmbər övladı mən sənin şiələrindən və səni sevənlərdənəm, mənə izn verməməyin nədən ötrü idi? İmam buyurdu: Çünki, sən öz qapından bizim əmi oğlumuzu qovdun. Əhməd ağlayıb, and içərək dedi: Onu qovmağım şərab içməyi tərk etməsi üçün idi. İmam buyurdu:-Doğru deyirsən, lakin hər halda onlara hörmət etmək gərəkdir. Onları təhqir etmə. Çünki təhqir etmiş oldunsa ziyan çəkərsən. Əhməd Quma döndükdən sonra onların böyükləri Əhmədin yanına gələrkən həmin Hüseyn də onlarla gəldi. Əhməd Hüseyni görməklə durub onu, qarşıladı və hörmət edib, onu məclisin yuxarısında oturtdu. Hüseyn o qəribə rəftarı görüb onun səbəbini Əhməddən soruşdu. Əhməd özü ilə İmamın arasında olan cərayanı ona danışdı. Hüseyn isə onu eşidib, öz günahlarına və etdiyi işlərə peşiman oldu və tövbə edib, öz evinə qayıtdı. Evə qayıtdıqda şərabı yerə töküb, bardaqları və küpələri sındırıb, təqvalı, Allahdan qorxan və əməli saleh, ibadət edənlərdən oldu. )
Category: İmamət | Added by: Ənfal
Views: 842 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]