Main » Files » Əqidə » İmamət |
İmam Hüseynin (ə) Quranla ünsiyyəti
2012-11-16, 6:12 AM | |
İmam Hüseyn (ə) Quranın aşiqi və məftunu idi. Əksər vaxtlarda, xüsusilə gecəyarısı xəlvətə çəkilərək Allaha ibadət etdiyi zaman Quran tilavət edərdi. Hicrətin altmış birinci ili Məhərrəm ayının doqquzu düşmənin hücum xəbəri gəlir və İmam (ə) qardaşı Abbasa buyurur: "Gedib düşməndən bizə bu gecə möhlət vermələrini istə ki, namaz, dua, istiğfar və Quran tilavət edim". İmam Hüseyn (ə) o qədər Quranla ünsiyyətdə olurdu ki, hətta onun kəsilmiş başı da bir neçə yerdə Quran ayəsi tilavət etmişdir. Ubeydullahın Kufə şəhərini bəzəmək əmri verməsi ilə camaat küçə-bazarda dayanaraq tamaşaya çıxmışdı. Qəflətən Kərbəla şəhidlərinin kəsilmiş başlarının Quran tilavəti səsi eşidildi. Bu hadisədən heyrətlənən camaatın gözləri yaşla doldu. Zeyd ibn Ərqəm nəql edir ki, "İmam Hüseynin (ə) pak başını Kufə küçələrində gəzdirən zaman mənə çatanda bu ayəni tilavət etdiyini eşitdim: "Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik" ("Kəhf" surəsi, ayə 8). Bu kəlmələrin heybəti və kəsilmiş başın möcüzəsi məni dəhşətləndirdi. Dedim: "Vallah! Sənin Quran oxuyan kəsilmiş başın Əshabi-kəhfin hadisəsindən daha heyrətamizdir". Lənətlənmiş Yezidin məclisində də İmamın (ə) müqəddəs başını təhqir edən zaman, baş, Quran qiraətinə başlayaraq aşağıdakı ayələri tilavət etdi. "(Cəza günü) Zalımları kəsb etdiklərindən qorxan görəcəksən, halbuki özlərinin qazandıqlarının təzahürü eyni ilə onların başlarına gələcəkdir (və ondan qaça bilməyəcəklər). İman gətirərək yaxşı işlər görmüş kəslər isə Cənnətin təravətli bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri şey hazırdır. Bu, həmin böyük lütfdür" ("Şura" surəsi, ayə 22). Bu ayənin tilavəti həmin məclisdəki Yezid tərəfdarlarını rüsvay etdi və bir çoxlarının bu hadisədən təsirlənib müsəlman olmalarına səbəb oldu. ahlibeyt.ge | |
Views: 1987 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |