Cümə günü, 2024-04-19, 6:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » İmamət

İmam Həsən Əsgəri (ə) müsəlmanların izzətini necə xilas etdi
2013-02-19, 2:55 PM
İmam Həsən Əsgəri (ə) müsəlmanların izzətini necə xilas etdi


Lənətlik xəlifə Mütəvəkkil, İmam Həsən Əsgərini (ə) haqqı müdafiə etdiyi üçün zindana atmışdı. Həmin il yay quraqlıq keçmiş və yağış yağmamışdı. Tarlalar və əkin sahələri qurumuşdu. Heyvanlar tələf olurdular. Müsəlmanlar üç gün dalbadal yağış namazı üçün səhraya gedirdilər. Namaz qıldılar, ancaq yağış yağmadı.

Ancaq dördüncü günü xristian patriarx gəlir və dua edir. Bu zaman yağış yağmağa başlayır. Müsəlmanlar beşinci günü yenə səhraya gəlir və yağış üçün dua edirlər. Ancaq yağış yağmır və bu da müsəlmanlar üçün xəcalətverici olur. Onlar İslam dininin haqlı din olmasına şəkk etməyə başlayırlar. Belə qərara alınır ki, altıncı günü xristian patriarx da dua etmək üçün gəlsin. Əgər onun duasından sonra da yağış yağsaydı, bu zaman müsəlmanların abrı gedərdi.

Mütəvəkkil İmam Həsəni (ə) xatırlayır. Əmr edir ki, İmamı (ə) gətirsinlər. O, Həzrətə (ə) deyir: "Əbu Muhəmməd! Cəddinin dinini xilas et”.

İmam Həsən (ə) xəlifənin bir neçə xidmətçisi ilə bir yerdə həmin səhraya gedir. Nökərlərdən birinə buyurur: "Sən də xristianların arasına get və patriarx əlini dua üçün qaldıran zaman sağ əlinin barmaqları arasında olan şeyi götür və mənə gətir”.

Həmin nökər də İmamın (ə) buyurduğu kimi gedir və partiarx əlini dua üçün qaldırmaq istəyəndə barmaqlarının arasındakı qara sümüyü götürüb gəlir. Həmin günü nə qədər dua edir, ancaq yağış yağmır, hava sakit və günəşli olur. Xristianlar xəcalətli halda geri qayıdırlar.

Mütəvəkkil İmamdan (ə) soruşur: "Bu sümük nədir?” İmam buyurur: Bu sümük peyğəmbərin (ə) qəbrindən götürülmüşdür. Nə zaman Həzrətin (ə) bədəninin sümüyü aşkar olar, yağış yağar”.

Həmin günü müsəlmanların az qala getmiş abrı İmamın (ə) tədbiri ilə geri qaytarılır. İslam dininin izzəti xristianların yanında hifz edilmiş olur.



(Erfan/ Deyerler.org)
Category: İmamət | Added by: Ənfal
Views: 882 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]