Cümə günü, 2024-04-19, 1:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » İmamət

Həzrət Əli (ə) “Cəməl” döyüşündən sonrakı səhnələrdə
2013-03-22, 4:53 PM
Həzrət Əli (ə) "Cəməl” döyüşündən sonrakı səhnələrdə

Cəmadiül-əvvəl ayının 10-da, hicri-qəməri təqvimi ilə ilə 36-cı ildə "Nakisin” döyüşü ("Cəməl” döyüşü) baş vermişdir.


Cəməl döyüşü sona çatandan sonra, İmam (ə) Zübeyrin qılıncını görəndə buyurdu: «Bu qılınc dəfələrlə qəm-qüssəni Rəsulullahın çöhrəsindən silmişdir».

Həzrətin (ə) gözü Zübeyrin kəsik başına sataşanda buyurdu: «Sən bir müddət Peyğəmbərlə müsahib və qohum idin. Lakin şeytan sənin əqlinə hakim oldu və sənin əməlinin aqibətini bura gətirib çıxartdı».

Həzrətin (ə) gözü Bəsrənin qazisi Kəb ibni Surun cəsədinə sataşdı, onun boynundan bir Quran asılmışdı. Əmr verdi ki, Quranı təmiz bir yerə aparsınlar, sonra buyurdu: «Ey Kəb, mən Allahımın mənə verdiyi vədənin düz olduğunu gördüm. Sən də Allahının sənə verdiyi vədənin düz olduğunu gördünmü?!». Sonra buyurdu: «Sənin elmin var idi, kaş (o elm) sənə fayda verəydi! Lakin şeytan səni azdırıb vəsvəsəyə saldı və oda tərəf çəkdi».

Təlhənin cəsədini görəndə buyurdu: «Sənin islamda (böyük) xidmətlərin var idi və sənə fayda verə bilərdi. Lakin şeytan səni azdırıb vəsvəsəyə saldı və oda tərəf tələsdin».



(Ayətullah Sübhani ağanın kitabından).



Deyerler.org
Category: İmamət | Added by: Ənfal
Views: 777 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]