Main » Files » Əqidə » Ədl |
ŞEYTANLARI TƏNƏSİ
2013-04-01, 5:34 AM | |
Cəhənnəm əhli şeytanların tənəsinə hədəf olmaq qorxusundan öz nalələrini alçaldarlar. "İbrahim” surəsində (ayə 22) buyurulur: "Şeytan belə deyəcək: "Allah sizə doğru Vədə vermişdi. Mən də sizə Vədə vermişdim, amma Vədəmə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Lakin mən sizi çağırırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Məni dünyada Allaha şərik tutduğunuz üçün bu gün sizə arxa çevirmişəm. Zalımlar üçün ağır əzab vardır.” "Əraf” surəsinin 44-cü ayəsində Behişt əhlinin Cəhənnəm əhlinə məzəmməti zikr olunub: "Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: "Biz Rəbbimizin bizə Vəd etdiyini haqq olaraq gördük. Siz də Rəbbinizin sizə Vəd etdiyini gerçək olaraq gördünüzmü?”-deyə soruşacaq. Onlar: "Bəli!” deyə cavab verəcəklər. Elə bu zaman onların arasında bir carçı: "Allah zalımlara lə”nət eləsin!”-deyə səslənəcək.” "Mutəffifin” surəsində (ayə 34) buyurulur: "Bu gün isə möminlər kafirlərə güləcəklər.” Bu məsxərə dünyada kafirlərin möminləri məsxərəsinin əvəzidir. | |
Views: 667 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |