Bazar günü, 2024-12-22, 8:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Ədl

Ruhun isbatı
2013-02-13, 8:06 AM

Ruhun isbatı

Bəhsin asan dərk olunması üçün əvvəlcə ruhun cismlə fərqi və ruhun cismlə rabitəsinin keyfiyyəti haqqında qısaca məlumat verməyi lazım bilirik. Eyni zamanda bu bəhsimizdə:- Yuxu nədir? Niyə bizim zahiri qüdrətimiz yuxuda bizi tərk edir? Doğru yuxuların sirri nədədir? Və s... kimi suallara cavab verməyə çalışacağıq.


Bütün bunların hamısı bədənimizdə cismimizdən yuxarı qüdrətə malik olan bir qüvvənin olduğunu göstərir. Bizim bütün idrakımız onun sayəsindədir və yuxu vaxtı o bizim cismimizi tərk edir özü ilə həmtəraz müşahidələrdən sonra bədənə qayıdır və biz də əvvəlki halımıza qayıdırıq. Yuxu vaxtı ruh bədəndən ayrıldığı kimi ölüm vaxtı da ruh bədəndən xaric olur və sonra bədənə qayıdır.


Əsl həqiqətdə ölüm uzun müddətli bir yuxudur ki, bərzəx aləmində ruh bədəndən ayrılıb mücərrəd aləmdə (bərzəx aləmində) qalacaq. İnsan yuxudan ayılanda ruh bədənə qayıtdığı kimi Qiyamətin günündə də həmin cür uzun müddətli fasilədən sonra ruh bədənə qayıdacaq və həşr başlanacaq. Yuxudan oyanıb durduğumuz kimi öləndən sonra da həmin qaydada dirildiləcəyik.


Bizim əqidəmiz budur ki, insan cisim və ruhun tərkibləşməsindən əmələ gəlib. Cism bizim bədənimizin maddi hissəsini ruh isə mənəvi hissəsini təşkil edir. Ruhun varlığını iddia edən alimlər müxtəlif yollarla onu isbat etməyə çalışıblar:


1:- İnsandan bəzən elə əməllər baş verir ki, onların maddə ilə heç bir əlaqəsi yoxdur. Məsələn, maddə daim bir haldan başqa hala keçir, amma bizim idrakımız sabit qalır. Əgər bizim idrakımız maddədən olsaydı onda gərək maddənin dəyişməyi ilə o da dəyişiləydi. Amma biz görürük ki, bizim idrakımız maddənin dəyişməsi ilə dəyişmir. Buna səbəb nədir? Deməli bizim cismimizdə dəyişməz bir qüvvə vardır ki, heç bir dəyişkənlik onda təsirini qoymur və biz də ona ruh deyirik.


2:- Biz hamımız özümüzü dərk edib varlığımızı etiraf edirik və bunda heç şübhəmiz yoxdur. «Mən» məsələsi ən vazeh məlumatlarımızdandır. Hətta qərbin böyük filosoflarından olub hər şeyə şəklə yanaşan Dekart bu əsası «biz düşünürük bəs deməli biz varıq» azacıq təfəkkürdən sonra qəbul edir. Bəs bu «mən» kimdir? Şübhəsiz «mən» maddi bədən deyildir.


Çünki 70 yaşlı bədən 30 yaşlı bədən deyildir. Hətta bioloqlar da etiraf edirlər ki, insan bədənindəki hüceyrələr zaman keçdikcə ölüb yenisi ilə əvəz olunurlar. Bəs bu «mən» kimdir. Amma həmin bir yaşlı «mən» hər zamanda və hər bir yaşda həmin «mən»-dir. Nəticə çıxarırıq ki, «mən» cisimdən ayrı olan bir varlıqdır.


3:- Sadiq yuxular ruhun varlığına olan əsaslı dəlillərdəndir. Dəfələrlə eşitmisiniz ki, bəzi insanlar yuxu görürlər bir müddət keçəndən sonra həmin yuxu eyni ilə zahirdə baş verir. Biz burada həmin yuxulardan söhbət açmaq istəmirik çünki adətən hər bir insan həyatı boyu özü az-çox bu yuxulardan görübdür. İndi isə soruşuruq bu yuxuların sirri nədir?


Yuxuda cismimiz yatır və ruhun azadlığı çoxalır, öz qüdrəti çərçivəsində cismdən qıraqda gələcəyi görür. Ruh özünün paklıq dərəcəsinə görə yuxusunun sadiqliyini aşikarda görür. Gərək fikirləşək ki, bu qüdrət nədir və insanın hansı vücudundan baş alır? Məlumdur ki, bu uzaq görənlik və gələcəkdə baş verəcək həqiqətləri kəşf etmək cismin gördüyü işlərindən deyildir. Deməli cismimizdə maddədən qüdrətli bir varlıq olmalıdır ki, bu cür qeyri adi işlər ondan zahir olur.


4:- Ruhları çağırmaq və hipnotizim indiki zamanda buna sübutdur. Təqvalı insanlar vardır ki, ölənlərin ruhları ilə əlaqədə olub onlardan kömək alıblar.


5:- Murtazların (cadugər) gördükləri bəzi qəribə işlərin səbəbi nədir. Bəzən görürsən ki, 40 tonluq maşının altında saxlayırlar və ya onu hərəkət etməkdən dayandırırlar. Bəli bu işlər ruhun cismə qalib gəlməsi ilə əmələ gəlir.


Qurani-kərim də ruhun bədəndən ayrı bir varlıq olduğundan xəbər verir.


«Elə ki, Adəmi mötədil qamətli yaratdım və ruhumdan ona üfürdüm siz ona səcdə (təzm) edin». (Hicr. ayə 29) (Adəmi mötədil qamətli yaratdım) yəni əvvəlcə cismini yaratdım sonra isə onun və insaniyyətin zinəti olan ruhu bədəninə üfürdüm.


«Ey Peyğəmbər səndən ruh haqqında soruşacaqlar və Sən onlara de:-Ruh Allahın əmridir ki, mənə onun haqqında azacıq məlumat verilib» (İsra. ayə 85)


«Biz insanı xəlq edəndə nütfə kimi etibarlı bir yerdə qərar verdik. Sonra nütfəni laxtalanmış qan (ələğə) şəklinə saldıq. Sonra ələqədən əti (muzğə) düzəltdik. Sonra muzğədən sümük (izam) yaratdıq. Sonra sümüyü ətlə örtdük. Sonra onda ikinci bir məxluq inşa etdik. Yaradanların ən gözəlinə afərin olsun» (Möminin. ayə 14)


Ayədə insanın yaradılışındakı mərhələlər göstərilir. Əvvəl nütfə sonra ət sonra sümük və daha sonra Allah buyurur ki, bütün bu mərhələlərdən sonra tamam ayrı bir xilqət inşa etdik. Bu xilqət nədir? Əgər cismlə həm cinsdirsə onda ona tamam ayrı bir xilqət inşa etdik demək düzgün deyildir.


Adı çəkilən tamam ayrı bir xilqət bəşərin ruhani xilqətidir ki, Allah-təala onun əzəmətinə görə buyurur: «Yaradanların ən gözəlinə afərin olsun» (Möminin. ayə 14) Yəni bədənə ruhani bir xilqət üfürməklə insan məxsus ləyaqətə malik oldu.

Əgər insan ruhi varlığını tərbiyə etsə mələkdən yuxarı məqama yetişəcək əks halda ruhunu tərbiyə etməsə tənəzzül edib ən rəzil məqama enəcək. Bu ayələrdən çox gözəl surətdə aydın olur ki, ruh bədəndən ayrı olan bir varlıqdır.

Category: Ədl | Added by: Ənfal
Views: 730 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]