Bazar günü, 2024-12-22, 8:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Ədl

Qul və köləlik
2013-05-25, 4:17 AM
Qul və köləlik
Bəlkə də başlığı oxuyub deyəcəksiniz:" Yaşadığımız müasir dünyada qul və köləlik qalıb ki, hələ bu barədə nəsə yazılsın?". Amma gəlin razılaşın və sualı bir qədər düzəldək.

Yaşadığımız dünyada kölə olmayan qaldımı? Qədim zamanlarda kölə öz köləliyini inkar etməz və onların köləlik əlamətləri olardı. Əl-ayaqları bağlanan qandallar, boyunlarına salınan boyunduruqlar. O vaxtla kölələr başqaları tərəfindən qandallanar, müasir dünyada isə özləri-öz əl-ayaqlarını qandallayarlar. O dövrün kölələri boyunlarındakı boyunduruqlardan və əl-ayaqlarındakı qandallardan azad olacaqları anı gözlər, müasir dünyanın kölələri isə bu qandallardan zövq alır, onları əldə etmək üçün nələrə əl atırlar, onu bir Allah bilir. Müasir dünyanın kölələri boyunlarındakı boyunduruğu boyunbağı, qollarındakı qandalları isə bilərzik hesab edirlər. Görəsən onları bu əsarətdən kim nə zaman azad edəcək? Köləlikdən azad olmaq istəməyini azadlı\a qovuşdurmaq olarmı? Müasir dünyanın icad və dilimizin əzbəri etdiyi "komfort" doğrudanda qorxunc bir köləlikdir. Məişətimizə, mədəniyyətimizə, düşüncə tərzimizə, kimliyimizə hakim etdilər onu. Muasir insan mobil telefondan, internetdən ayrılmaqla heyatı iflic olur. Belə bir aslılıq köləlik deyilsə, bəs nədir? Əgər birinin mobil telefonu, interneti olmadan heyatı alt-üst olursa, demək onun köləsinə çevrilmişdir. əgər insan məhrum olduğu hər hansı bir əşyasız yaşaya bilmirsə, demək özünün xəbəri olmadan onun əsirinə çevrilmişdir. Biz müsəlman olaraq telefonumuzda, internetsiz də yaşaya bilərik, lakin Allahsız yaşaya bilmərik. Allahsız ölərik! Amma biz Allahın nökərləri deyil, qullarıq. Çünki köləliklə qulluq arasında əsaslı bir fərq var. O da Allahın Öz qullarına seçim və iradə verməsi, kimlərsə köləlik edənin belə bir imtiyaza sahib ola bilməməsidir. Qul öz iradəsindən nə qədər çox bəhrələnərsə, Allahına bir o qədər çox şükr edər. Bir halda ki, heç bir ağa köləsinə nə seçim verər, nə də iradə. Çünki əgər seçim və iradə verərsə, o, artıq kölə olmaz...


Category: Ədl | Added by: Ənfal
Views: 897 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]