Cümə axşamı, 2024-11-21, 10:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Ədl

Qəlbin “səkinə” halı sadəcə arxayınlıqdırmı?
2013-03-28, 6:42 AM
Qəlbin "səkinə” halı sadəcə arxayınlıqdırmı?
Quran-i Kərimdə insan qəlbinin "səkinə” halı haqqında söz açılır. Ayələrə nəzər salaq:
Tövbə, 40:
Əgər siz kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına dedi: "Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq (SƏKİNƏ) nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
Fəth, 18:
(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (SƏKİNƏ) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı…

"Qəlbin səkinəsi” dedikdə nəzərdə nə tutulur? Ayalərdən aydın olur ki, səkinə hal sırf aramlıq və sakitlik deyil. Hətta mömin və müsəlman olmayanlarda da qəlbin aramlığı ola bilər. İlkin İslam döyüşlərində belə hallar olub ki, möminlər savaş meydanından qaçıb, münafiqlər Peyğəmbərin (s) kənarında döyüşüb. Hansı ki, Allah-Taala bu halı Peyğəmbər və möminlərin qəlbinə nazil etdiyini bildirir. Demək, səkinə halı adi aramlıqdan üstün bir haldır . Allah bu halı xüsusi bəndələrinə əta edir. Qəlbin paklığı, iman, ixlas səkinə hal üçün şərt sayılır.

HaqqYolu
Category: Ədl | Added by: Ənfal
Views: 757 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]