Bazar günü, 2024-12-22, 8:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Ədl

Əməl dəftəri nədir?
2013-12-16, 5:22 PM
Əməl dəftəri nədir?


Qurani-Kərimdə bir çox ayə vardır ki, orada Allahın insanların əməllərini yadda saxlanılması yazılmışdır. Bu ayələrdə deyilir ki, bəzi insanların əməl dəftərləri sağ əlinə və bəzilərininki isə sol əlinə verilər. İndi baxaq görək ki, bu dəftər nədir. (Tebyan)

Şübhəsiz ki, bu dəftər - bizim təsəvvür etdiyimiz dəftər və ya kitab deyildir. Bəzi təfsirçilərin dediyinə görə, bu dəftər insanın ruhundan başqa bir şey deyildir. Orada bütün əməllər qeyd edilmişdir. Ya da ola bilər ki, bu dəftər bizim bədənimizin dərisi olsun və ya torpaq və ya səma olsun. Çünki onlar həmişə bizimlə olmuş və bizim keçmişimizdən xəbərdardırlar. "O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz gizlin qalmayacaqdır. Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun». «Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım». Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır. Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,) Meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir). Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür). Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: «Kaş (əməl) dəftərim mənə verilməyəydi!». «Və hesabımın nə olduğunu bilməyəydim». «Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)». «Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi». «Qüdrətim və səltənətim (və iddialarımın dəlil-sübutu da) əlimdən çıxdı». ("Haqqə"18-29).
 
Bu ayədə adı çəkilən sağ və sol tərəf - səadət və bədbəxtlik tərəfidir.
 
Ərəb dilinin xüsusiyyətlərinə görə, sağ tərəf - xeyir işlərə və sol tərəf isə zillətə aid edilir. Ona görə də sağ və sol deyiləndə bu, bir rəmz ola bilər. Yəni əməl dəftəri bədbəxtlik tərəfində istifadə edilmişdir və ya əməl dəftəri səadət və rəhmət tərəfində istifadə edilmişdir.
 
Əməl dəftəri insanın dünyada gördüyü bütün əməllərin həqiqətidir. Yəni, bu insan dünyada necə yaşamış, necə əxlaq nümayiş etdirmiş və ətrafdakıları ilə necə rəftar etmişdir - hamısı burada qeyd olunur.
 
Beləliklə, deyə bilərik ki, əməl dəftərin əslində əllə heç bir əlaqəsi yoxdur. Məsələn gözün gördüyünü və ya qulağın eşitdiyi əməlləri necə ələ vermək olar?
Başqa yerdə Allah Təala buyurur: "Kimin əməl dəftəri sağ əlinə verilərsə, onunla tez, asan, haqq-hesab çəkiləcək. Və o, yaxınlarının (Cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar. Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə, o, tezliklə fəryad edib öz ölümünü istəyər. Və şölə çəkən oda daxil olar və yanar". ("İnşiqaq" 7-12).
 
Ancaq bu ayəyə baxan zaman görmək olur ki, sağ tərəf və ya arxa deyildikdə tərəf nəzərdə tutulur. Yəni, arxa tərəfdən ona verilir. Bu da həmin bədbəxtliyə işarə edilən bir işarədir.
 
Hədislərdə oxuyuruq ki, o kəslər ki, dünyada kimin oldu ardınca getmiş və onun dediklərini etmişdilərsə, bu istər adi insan olsun və ya zalım olsun, onun üçün fərq etməmişdirsə, onlar öz rəhbər seçdikləri kəslə məhşur olacaqlar.
 
Qurani-Kərim bu haqda belə buyurur: "(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz rəhbəri və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar). (Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. ("İsra" 71-72).
 
O insan ki, bu dünyada olan zaman öz bəsirət gözünü açmamışdır və vaxtını mənəvi işlərə kor halda keçirtmişdirsə, axirətdə də kor olar.
Beləliklə deyə bilərik ki, əməl dəftəri bizim bu dünyada gördüyümüz bütün əməllərin məcmuəsidir. Əməl dəftərini sağ və ya sol ələ verilməsi isə bir rəmzdir və səadət və bədbəxtliyə işarə edir.
 
/Deyerler.org/


Category: Ədl | Added by: Ənfal
Views: 913 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]