Şənbə günü, 2024-12-21, 7:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Vəhabi fitnəsi

Vəhhabi fitnəsi
2013-05-26, 4:39 AM

Giriş


Tarix boyu Mәhəmməd (s) və onun pak Əhli-beytinə (ə) mənsub mədəniyyətin yayılma prosesi, bir çox qərəzkarlıq və düşüncəsizliyə məruz qalmışdır. Bu ədəbsizlik, Vəhhabilik və Sələfilik təfəkküründə bariz şəkildə özünü göstərir. Bu ideologiya, bütün dünya müsəlmanlarını dindən xaric edərək, yalnız özlərini müsəlman sanır. Bu təfəkkür tərzinin nümayəndələri –bir qrup bədxah şəxslər, yüksək insani dəyərləri özündə əks etdirən bir dini, kobud və iyrənc şəkildə tanıtdırmaqla, dünya müsəlmanlarını və digər dinləri problemlə üzləşdirmişlər. İslam peyğəmbərinin (s) övladları ilə müxalifətə qalxan İbn Teymiyyə, bu tərzi-təfəkkürün banisi sayılır. Onun görüşləri yeddinci yüzillikdən on üçüncü yüzilliyə (h.q.) qədər unudulmuş və İslam məzhəblərinin ziyalı təbəqəsinin etirazına səbəb olsa da, bir əsrə yaxındır ki, bu təmayülçü ideya yenidən İslam cəmiyyətində baş qaldırmış və müəyyən şəxslər tərəfindən müzakirə obyektinə çevrilərək özünə geniş auditoriya tapmışdır. Burada təmayülçü fikir cərəyanlarını tanıtdırmaqla, İslami birliyin nə ilə ölçülməsini açıqlamaqda İslam mütəfəkkirləri məsuliyyət daşıyır. Şübhəsiz, ətrafında toplaşacağımız bu meyar, Mühəmmədə (s) mənsub xalis İslam dinidir. Əziz İslam peyğəmbərinin (s) Əhli-beytinə (ə) sevgi və itaət əsasında qurulmuş bu meyarın kobud rəftar, yersiz fiziki təsir, əxlaq normalarından kənar sözlər, terrorizm, bombardman kimi mənfi xüsusiyyətlərlə heç bir əlaqəsi yoxdur. Elmi yığıncaqlarda sağlam bir ortamda münazirələr – disputlara girərək həqiqi və xalis təfəkkür tərzini göstərmək üçün, bu çirkin və siyasi təmayülçü hərəkata ehtiyac duyulmur. Əgər söylədikləri doğrudursa bilik, düşüncə və məntiq meydanı onların yolunu gözləyir.
İran İslam respublikasında İmam Xomeyninin başçılığı altında böyük İslam inqilabı zəfər çaldıqdan və bu inqilab, ali dini lider Ayətullah Xamenei tərəfindən idarə edildikdən sonra, Sihyonist rejiminin və dünya hegemonlarının, İslamın orijinal ideologiyasına yönəlmiş hücumlarıyeni müstəviyə keçdi.
Sonra müqəddəs Cəmkəran məscidinin vəqf əmlaka qəyyumluq vəzifəsinin məsulu Ayətullah Vafiyə, hörmətli müəllif ustad Əli Əsğər Rizvani cənablarına, eləcə də Əhli-beytinə (ə) maarifinin rəvac tapmasında bəzə kömək edən bütün əzizlərimizə dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, kitab oxucularımız tərəfindən layiqincə qarşılanacaq və Allahın razılığını əldə edəcəkdir.
Müqəddəs Cəmkəran məscidinin nəşriyyat məsulu Hüseyn Əhmədi

Mәhəmməd ibn Əbdül-Vəhhab


Mәhəmməd ibn Əbdül-Vəhhab hicri qəməri tarixi ilə 1111-ci ildə[2] (1691 m. t.) anadan olmuş və 1206-cı ildə (1786 m. t) vəfat etmişdir. Hənbəli məzhəbinin dini elm ocaqlarına daxil olaraq Üyəynə şəhərinin savadlı şəxslərindən bir çox fənnləri əxz etdi. O, təhsilini təkmilləşdirmək məqsədi ilə Mədinə şəhərinə getməli oldu. Daha sonra İbn Əbdül-Vəhhabın İslam ölkələrinə səfəri başladı. Dörd il Bəsrədə, beş il Bağdadda qaldıqdan sonra İrana gələrək Kürdüstan əyalətində bir il, Həmədanda isə iki il müddətində məskən saldı. O, fəlsəfə və təsəvvüf (sufilik, irfan) elmlərini İranın İsfаhan və Qum şəhərlərində öyrəndikdən sonra Hicaza qayıtdı. Səkkiz ay evdə ibadətlə məşğul olduqdan sonra öz təbliğatına başladı.
Atası ilə birlikdə Hüreymilə şəhərinə köçərək atasının vəfatına kimi o şəhərdə qalmalı oldu. Deyilənlərə görə, çoxları kimi atası da onun yanlış fikirlərinə qarşı çıxaraq, oğluna öz etirazını bildirmişdi.
Mәhəmməd bin Əbdül-Vəhhabın əksər müsəlmanların əleyhinə olan və əslində İbn Teymiyyənin baxışlarını özündə cilvələndirən, xurafatla dolu azğın fikirləri xalqda o dərəcədə hiddət doğurur ki, hətta onu öldürmək qərarına gəlirlər. Lakin o, Üyəynə şəhərinə qaçmaqla ölümdən yaxa qurtarır.
O zaman Osman ibn Muəmmər həmin şəhərə rəhbərlik edirdi. Osman, Şeyx Məhəmmədə Ərəbistan yarımadasında öz təlimini yaymaqda kömək edəcəyini söz verir. Üyəynənin əmiri bacısı Cövhərəni Mәhəmməd ibn Əbdül-Vəhhabla evləndirməsi də bu qarşılıqlı müqavilənin möhkəmlənməsi istiqamətində idi. Ancaq bu əhdi-peyman və izdivac davam etmədi. Məhəmməd əmirin onа qаrşı sui-qәsd hаzırlаdığını zənn edərək, qorxudan yalançı Müsəyləmənin yaşadığı Dəriyyə şəhərinə qaçdı.
Üyəynədə qaldığı ilk andan şəhər əmirliyinin himayəsi ilə öz yanlış inanc və fikirlərini yаymаğа başladı. Onun Zeyd bin Xəttabın qəbrini dağıtması xalq arasında kəskin narazılığa və qalmaqala səbəb oldu. Dəriyyədə isə şəhərin əmiri Mәhəmməd ibn Səudla görüşdü. İki tərəfli sazişə əsasən, Mәhəmməd ibn Səud ona kömək etməli, o isə əvəzində iqtidarı müdafiə etməli idi.
Mәhəmməd ibn Səud da ibn Əbdül-Vəhhabla bu qarşılıqlı ittifaqın daha da möhkәmlәnmәsi üçün qızlarından birini ona ərə verdi. O, ilk öncə Üyəynə şəhərinin hakimini kafir və müşrik adlandıraraq, onun е’dаm edilməsinə hökm verdi. Üyəynəyə hücum etməkdə Ali-Səuda təkan verən də mәhz o oldu. Bu yürüş saysız-hesabsız insanın ölümünə, evlərin qarət və viran edilməsinə və hətta namuslarına belə təcavüz olunmasına səbəb oldu. Beləliklə, vəhhabilər tövhid şüarı, bidət və şirklə mübarizə pərdəsi altında öz hərəkatını bаşlаdı.
Mәhəmməd ibn Əbdül-Vəhhab müsəlmanların əziz İslam peyğəmbərinə (s) tapınmasını (təvəssül etməsini), ilahi şəxslərin məzarları üzərində günbəz və məqbərə ucaltmasını, qəbirləri ziyarət etmək məqsədi ilə səfərә çıхmаsını, Allah dostlarından şəfaət diləmələrini və bu kimi digәr mәsәlәlәri əldə əsas tutaraq, onun puç və batil əqidəsi ilә uyğun gәlmәdiklәrinә görə bütün İslam əhlini kafirlikdə ittiham edirdi.
Üyəynə şəhərini işğal etdikdən sonra, digər ərazilərə qoşun çəkərək, tövhid şüarı, bidət və şirk və onun cilvələrinin inkar edilməsi bəhanəsi ilə Nəcd və ətrafyanı müsəlman ölkələrinə, o cümlədən: Yəmən, Hicaz, Suriya ətrafı və İraqa soxuldular. İnsanlara zərrə qədər rəhm qılmayan bu azğınlar onların əqidəsini qəbul etməyənləri yerlə yeksan edir və mallarını qarət edirdilər.
Vəhhabilərin bu ifrat fikirləri və kobud rəftarı müstəmləkəçiləri sevindirən, müsəlmanlar arasında isə fikir ayrılığı, hərcmərclik və iğtişaştörədici başlıca amilə çevrildi. Belə ki, lord Korzon, vəhhabi аyinini təsnifləndirərək deyir: "Bu, xalqa bəxş edilmiş ən ali və dəyərli dindir.”

Hazırda Mәhəmməd ibn Əbdül-Vəhhabın dünyadan getməsinə baxmayaraq, bir çox şərqşünas və müstəmləkəçilər daima onun baxışlarını müdafiə edirlər. Hətta yəhudi şərqşünası Cüllеd Tәshir onu Hicazın peyğəmbəri adlandırarаq, xalqı onun fikirlərini dəstəkləməyə çağırır.

Kərbəlada şiələrin amansızcasına qətlə yetirilməsi



Doğrudan da vəhhabilər müqəddəs ziyarət ocaqlarında törətdikləri cinayət aktları ilə tarixin səhifəsini zülmətə qərq edərək, alınlarına şərəfsizliklərini əks etdirən həmişəlik damğa vurdular.
Bu məzhəbin nümayəndəsi olan Səlahәddin Muxtar yazır: Səud 1216-cı (h.q) ildə Nəcd, Cənubda yaşayan tayfalar, Hicaz və digər bölgələrin əhalisindən ibarət böyük qoşunla İraqa tərəf hərəkət edərək ziqədə ayında Kərbəlaya yetişdi. Onlar Kərbəlanı mühasirəyə aldıqdan sonra şəhərə basqın edərək, qala və divarları darmadağın etdilər. Küçə və bazarda olan dinc əhalinin əksəriyyəti qətlə yetirildi. Şəhəri talan etdikdən sonra günortaya yaxın qarət olunmuş mal-dövlətlə oranı tərk etdilər. Qənimət olunmuş malları Səudun özü mənimsədi. Yerdə qalanını isə hər piyadaya bir hissə və süvariyə iki hissə düşmək şərtilə qoşunun arasında bölüşdürdü
Vəhhabi tarixçilərindən sayılan Şeyx Osman Nəcd yazır: Vəhhabilər gözlənilmədən Kərbəlaya soxuldular. Əhalinin böyük əksəriyyətini küçədə, bazarda və öz evlərində qətlə yetirdilər. (Onlar hətta Peyğəmbərin (s) nəvəsinə belə ehtiram etməyib) Hüseynin (ə) məzarını dağıdaraq, hərəmə (məqbərəyə) aid bütün qiymətli əşyaları mənimsədilər. Şəhərdə olan mal-dövlət, qiymətli daş-qaş, silah, geyim, xalça, qızıl və nəfis Quran kitablarını oğurladılar. İyirmi min günahsız insanın həyatına son qoyduqdan sonra, günortaya yaxın şəhəri tərk etdilər.
Bəzi tarixçilərin yazdıqlarına görə vəhhabilər bir gecədə iyirmi min nəfəri qətlə yetirdilər.
Mirzә Əbi Talib İsfаhani öz səfərnaməsində yazır: Londondan qayıdıb Kərbəla və Nəcəf şəhərlərindən keçərkən iyirmi beş min nəfər vəhhabinin Kərbəlaya hücum çəkdiyinin şahidi oldum. Onlar, "Müşrikləri öldürün və kafirlərin başlarını kəsin” şüarlarını səsləndirərək, beş min nəfərdən çox insanın ölümünə səbəb oldular. Yaralıların isə sayı-hesabı yox idi. İmam Hüseynin (ə) müqəddəs məzarının ətrafı ölü cəsədləri ilə dolu idi. Başsız bədənlərdən qan su yerinə axırdı.
Mən bu hadisədən on bir ay sonra Kərbəlaya getmişdim. Xalq "tövhid carçılarının” törətdikləri vəhşilikləri xatırlayaraq ağlayırdılar. Bu ürəkağrıdıcı hadisəni eşidən hər bir kəsin bədəninin tükləri qalxır və vücudu lərzəyə gəlirdi.
Vəhhabilər Kərbəla əhalisini kütləvi şəkildə rəhimsizcəsinə qırğına verərək, İmam Hüseynin (ə) müqəddəs hərəminə (məqbərəsinə) son dərəcə hörmətsizlikdən sonra həmin ordu ilə Nəcəf şəhəri istiqamətində hərəkət etdilər. Lakin Nəcəf camaatı onların Kərbəlanı qarət etməsi və törətdikləri cinayətkarlıqdan xəbər tutduğu üçün əvvəlcədən müdafiəyə hazır idilər. Hətta qadınlar vəhhabilərin qarət, qətl vә nаmusа tәcаvüz kimi qeyri-insani davranışlarının qurbanı olmamaqları üçün öz kişilərini onlarla mübarizəyə təhrik edirdilər.
1215-ci (h. q) ildə Həzrət Əlinin (ə) müqəddəs məqbərəsini dağıtmaq məqsədi ilə Nəcəf şəhərinə yollanmış bir qrup vəhhabi isə yolda bədəvi ərəblərlә qarşı-qarşıya gələrək nəticədə məğlubiyyətə uğradılar.

Vəhhabilərin on il әrzindә bir neçə dəfə Kәrbәlа vә Nəcəf şəhərlərinə kəskin hücumları olmuşdur.

Əli Əsğər Rizvani


Category: Vəhabi fitnəsi | Added by: Ənfal
Views: 855 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 seyidzadeazer   (2015-08-26 1:12 PM) [Daxil et]
UCA ALLAHIN SALAMI OLSUN PEYGAMBARA VA PAK EHLI BEYTINA.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]