Şənbə günü, 2024-12-21, 7:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Vəhabi fitnəsi

Vəhhabi fitnəsi
2013-05-26, 4:35 AM

Hicazda Taif əhalisinin kütləvi qırğını


Bəlkə də ilk baxışda bəziləri belə düşünsün ki, vəhhabilər yalnız şiələrin yaşadığı ərazilərə hücum etmiş və təkcə bu məzhəbin nümayəndələrinin yaşadığı şəhərləri çapıb talamışlar. Lakin onların Hicazda və Şamdakı kobud davranışına nəzər saldıqda aydın olur ki, hətta sünnilərin yerləşdiyi məntəqələr belə, onların vəhşicəsinə törətdikləri cinаyәtlәrdәn kənarda qalmamışlar.
Cəmil Sidqi Zəhabi vəhhabilərin Taif şəhərinə hücumu barəsində yazır: 1217-ci (h. q) ildə Taif camaatının kütləvi qırğını vəhhabilərin törətdikləri ən çirkin işlərdəndir. Böyük və kiçiyə hörmət etməyən bu qansızlar südəmər körpəni ana döşündəcə öz qanına bulaşdırdılar. Quran oxumaqla məşğul olanları və məsciddə namaz qılmaqda olan şəxsləri belə qətlə yetirdilər. Quran, Səhih-Buxari, Sәhih-Müslim vә digәr hədis və fiqh kitablarını küçə və bazarlarda аyаqlаr altına аtаrаq aradan apardılar.

Vəhhabilər Taif şəhərində çoxsaylı insan ölümü ilə nəticələnən vəhşilikdən sonra Məkkə alimlərinə ünvanladıqları məktubda onları öz ayinlərinə dəvət etdilər. Alimlər məktubu cavablandırmaq məqsədi ilə Kəbəyə toplaşdılar. Elə bu an vəhhabilərin zülmünə məruz qalmış Taif əhalisindən bir qrupu Məscidül-Hərama daxil olaraq, onların başına gətirdiklərini məclis əhlinə açıqladılar. Bunu eşidən iştirakçılar dəhşətə gəldilər. Sanki bir anlığa orada qiyamət səhnəsi quruldu. Sonda isə Məkkədən və digər İslam ölkələrindən Həcc ziyarətinə gələn sünnə-əhlinin dörd əsas müfti və alimləri vəhhabilərin kafir olmasına dair qərar çıxardaraq, onlarla mübarizəyə qalxmağı Məkkə əmirliyinə zəruri hesab etdilər. Onlar həmçinin əlavə etdilər ki, bu cihadda (vəhhabilərlə mübarizədə) iştirak etmək hər bir müsəlmana vacibdir. Bu yolda ölənlər isə şəhid hesab olunur.


Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar

Kontr-admiral General Əyyub Səbri, Osmanlı dövlətinin hərbi dəniz donanmasının ali məktəbinin rəisi yazır: Mәhəmməd ibn Əbdül-Vəhhabın sözlərindən təsirlənmiş Əbdül-Əziz bin Səud qəbilə başçıları qarşısında söylədiyi birinci çıxışında dedi: Biz bütün şəhərlərə və abadlıqlara sahib olmalı, öz əqidə və şəriətimizi onlara aşılamalıyıq... Bu arzunun həyata keçməsi üçün özlərini peyğəmbər sünnəsinin və Mәhəmməd şəriətinin ardıcılları hesab edən əhli-sünnənin elm adamlarını aradan götürməliyik. 
Başqa sözlə desək, özlərini əhli-sünnə alimi kimi qələmə vermiş müşrikləri qılıncdan keçirməliyik; Bu siyasətin ilk qurbanları öncə tanınmış və diqqət mərkəzində olan bilik sahibləri olmalıdır; çünki, nə qədər ki bunlar sağdır, bizim dindaşlarımız xoş gün görməyəcəklər. Bu mәrhәlәdә ilk növbədə özlərini alim kimi tanıtdıran şəxslərin kökünü kəsib, daha sonra Bağdadı işğal etməliyik.[Tarixe Vehhabiyan. seh 33]
Eləcə də yazır: Səud bin Əbdül-Əziz 1216-cı (h.q) ildə Məkkəni ələ keçirdikdən sonra bir çox sünni alimlərini səbəbsiz olaraq şəhadətə çatdırdı. Habelə bir çox nüfuzlu və görkəmli şəxsiyyətləri heç bir ittihamı olmadan dara çəkdirdi. Vəhhabilərə əyilməyərək öz əqidələrində möhkəm duranları isə, müxtəlif işgəncələrlə hədələdi. Daha sonra göndərdikləri carçılar küçə və bazarda fəryad çəkərək deyirdilər: "Ey camaat! Səudun dininə üz gətirin və onun hər yeri bürümüş geniş kölgəsi altına sığının.”[Hemin qaynaq seh 74]


Səudun Mədinədə dinə qarşı hörmətsizliklə söylədiyi küfrlə dolu xütbəsi

Səud ibn Əbdül-Əziz Mədinəni işğal etdikdən sonra şəhərin bütün əhalisini Məscidün-Nəbidə toplayaraq, məscidin qapılarını bağladıqdan sonra xütbəsini bu sözlərlə başladı:

"Bu gün dininizi sizin üçün kamil etdim”[Maide 3] ayəsinə əsasən, sizin dininiz bu gün kаmil oldu və İslam neməti ilə zinətləndiniz. Heç bir şəriki olmayan Uca tanrının razılığını əldə etdiniz. Ata-babalarınızın puç və batil dinlərini boşlayın. Heç vaxt onları müsbət qiymətləndirməyin. Məbada onlara salam və rəhmət göndərəsiniz; çünki o dinlərin hamısı şirkə qoşularaq aradan getmişdir.[Tarixe Vehhabiyan. seh 107]

Əli Əsğər Rizvani  


Category: Vəhabi fitnəsi | Added by: Ənfal
Views: 807 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]