Şənbə günü, 2024-12-21, 8:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Vəhabi fitnəsi

Vəhhabi fitnəsi
2013-05-26, 4:32 AM

Tarixi abidələr və mədəniyyət əsərlərinin məhv edilməsi

Keçmişdə yaşamış insanların tarixinin qorunması və qədim mədəniyyət əsərlərinin toxunulmazlığı hər millətin svilizasiya göstəricisidir. Dövlətlər bu mirasın keşiyində durmaq üçün xüsusi idarələr təsis edir və mahir mütəxəssislər yetişdirirlər. Onlar bu zəmində hətta bir saxsının və daş üzərinə həkk edilmiş kiçik bir kətibənin (yazının) belə aradan getməsinə icazə vermirlər. 
Şübhəsiz, müsəlmanların səmavi təlimlər sayəsində əsasını qoyduğu İslam mədəniyyəti, əsrinin ən öncül svilizasiyası sayılırdı.
Çiçəklənməkdə olan bu svilizasiya hicri-qəməri tarixi ilə dördüncü və beşinci əsrdə özünün ən ali zirvəsinə yetişdi. Qərb tədqiqatçılarının etirafına görə, İspaniya və xaç yürüşləri vasitəsilə avropaya təsir göstərən bu svilizasiya son yüz illikdə qərbdə intibah dövrünün ən başlıca səbəblərindən biri hesab edilir.
Hәzrәt Peyğəmbərin (s) şəxsən özünə və vəfalı dostlarına mənsub tarixi əsərlər və abidələr bu böyük svilizasiyanın ümumi mirasının bir hissəsi olması etibarı ilə, onların qorunub saxlanılması, bu mədəniyyət və svilizasiyanın yaradıcılarına ehtiram əlamətidir. Habelə, bu tarixi əsərləri məhv etmək fikir düşkünlüyünün, tarix və svilizasiyanın banilərinə diqqətsizliyin nəticəsidir ki, zaman keçdikcə tarixi reallıq və dini orijinallığın yaddaşlardan silinməsinə gətirib çıxarır. Ən başlıcası isə fitri istəklərin tənəzzülünə və bəşər cəmiyyətində parlaq istedadların zəifləməsinə səbəb olur.
Qurani-Kərimdə açıq-aydın göstərilir ki, keçmiş xalqlar öz peyğəmbərlərinin (s) tarixi əsərlərini qoruyub saxlamaqda əllərindən gələni əsirgəmir, hətta o abidələrə təbərrük edirlər; аiləsindən Musa və Haruna böyük irs qalmış əşyaları bir sandığa yığaraq, ona sığınmaqla düşmən üzərində qələbə çalmaq üçün onu özləri ilə döyüşlərdə gəzdirmələrini buna misal vurmaq olar. Allah-tәala bu barədə buyurur:
"(İsrail övladının) peyğəmbəri onlara dedi: "(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər vardır.” [Beqere 248]
Cəlalәddin Süyutinin nəql etdiyinə görə, Allahın Rəsulu (s) «...Fi buyutin әzinәllаhu әn turfә’ә vәyuzkәrа fihәsmuhu»[Nur 36] ayəsini məsciddə oxuyarkən bir nəfər qalxaraq soruşdu: «Bu аyәdә еvlər dedikdə nə nəzərdə tutulur?» Hәzrәt Peyğəmbər (s) buyurdu: «Peyğəmbərlərin evləri.» Elə bu an Əbubəkr qalxıb Əli (ə) və hәzrәt Zəhranın (ə) evinə işarə edərək: «Ey Allahın Peyğəmbəri (s)! Bu ev Allahın onun dərəcəsinin yüksəldilməsinə izin verdiyi evlərdəndirmi?» dedikdə, Həzrət (s) buyurdu: «Bəli, bu onların ən üstünüdür.»[Durrul mensur seh 203]
Bu hadisə onu göstərir ki, Allah yanında peyğəmbərlərin və əməlisalehlərin evlərinin xüsusi dərəcə və hörməti var. Bu ehtiram isə maddi materiallara – qum, palçıq və kərpicə görə deyil, oranın sakini olmuş dahi insanlara xatirdir.
Peyğəmbərlər və övladlarının dəfn edildiyi ölkələrə səyahət etdikdə görürük ki, оnların davamçıları öz peyğəmbərlərinin məzarlarını qoruyub saxlamış və üzərində möhtəşəm tikililər və məqbərələr ucaltmışlar. Habelə İslam ordusu Fәlәstin vә Suriyаnı fəth etdikdə, оnlаrın peyğəmbər məzarlarına toxunmadıqlarını, hətta ziyarətgahların keçmiş xidmətçilərini də öz işlərində saxladıqlarını görürük. Məhz bu səbəbdən antik mədəniyyətimizi bizə xatırladan bu binalar ululardan bizə yadigar qalmış və təkcə müsəlmanlar üçün deyil, tək Allahı tanıyan dünyanın bütün insanları üçün xüsusi cazibədarlığı ilə seçilmişdir.
Əgər peyğəmbərlərin və ilahi övliyaların məzarları üzərində tikinti işi aparmaq şirk olsaydı, xəlifələr tərəfindən təyin edilmiş şəxslər o şəhərlərdə zəfər çaldıqdan sonra, o binaları aradan aparmalı idilər.
İslam ölkələrində və ilahi vəhy nazil olmuş məkanlarda yüzlərlə məzar və məqbərənin yerləşdirilməsinin səfərnamələrdə və tarixi kitablarda göstərilməsi müddəamızı bir daha təsdiqləyir.
Tanınmış tarixçi Məsudi (vəfat tarixi: 345 h. q), Bəqi qəbristanlığında dəfn edilmiş insanların əhli-beytin məzarlarına məxsus bütün məlumatları incəlikləri ilә bəyan etmişdir.[(erebce) c.2 seh. 288] Şərq ölkələrini üç dəfə dövr etmiş altıncı əsrin (h.q) məşhur ispanyalı Səyyahı İbn Cübeyr öz səfərnaməsində Misir, Məkkə, Mədinə, İraq və Şamda dəfn edilmiş peyğəmbərlər, əməlisalehlər və imamların müqəddəs məqbərələri haqda təfsilata varmış, eyni zamanda Bəqidə dəfn olunmuş imamların rövzəsi və onların zərihlərinin (qəbir ətrafına çəkilmiş dəmir hasar) xüsusiyyətlərini vәsf еtmişdir.[Teybetu ibn Cubeyr seh.173]


Məkkə böyüklərinə mənsub tarixi abidələrin dağıdılması

Vəhhabilər 1218-ci (h.q) ildə Məkkənin hakimiyyətini ələ keçirdikdən sonra, din rəhbərlərindən irs qalmış bütün tarixi əsərləri məhv etdilər.
Kəbənin ətrafında və Zəmzəmin üzərində olan bütün qədimi əsərlər vəhhabilər vasitəsi ilə xarab edildi. Ələ keçirdikləri şəhərin əməlisaleh şəxslərinin tarixi abidələrini sıradan çıxardılar. Kəşful-irtiyab kitabının yazdığına görə, onlar bu abidələri xarab edərkən, təbil vurur, rəqs edir və mahnı oxuyurdular.[Kesful-irtiyab. seh.27 Tarixi ceberetinden neql ederek]
Vəhhabilərin törətdikləri vəhşilikləri sаymаqlа qurtarmaz. İnsani dəyərlərdən uzaq bu insanlar özlərini bədbəxtlik girdabına bir addım da yaxınlaşdıraraq, Həzrət Xədicənin (ə) evinin üzәrindә ümumi tualet tikdilər. Bu azğınlar hәzrәt Peyğəmbərin (s) doğulduğu yerdə dә bu şərəfsiz işlərini təkrarlamaq istəyirdilər ki, xoşbəxtlikdən xeyriyyəçi bir şəxs oranı kitabxanaya çevirməklə, vəhhabilərin çirkin işinin qarşısını alır.[Bax. Nesiheti il-ixvanina en-nesdiyeyn]


Böyük kitabxanaların yandırılması

Vəhhabilərin İslam aləminə, ümumiyyətlə bəşəriyyətə vurduğu аğır zərbələrdən biri də çoxsaylı qiymәtli elmi əsərlər yerləşdirilmiş böyük kitabxanaların yandırılmasıdır. Bu kitabxanalardan biri də "Əl-məktəb əl-ərəbiyyə” kitabxanasıdır. 60 min аddа misilsiz qiymətli əsəri olan bu kitabxanada, ayrı-ayrı şəxslər tərəfindən müxtəlif üslublarda yazılmış 40 min nаdir әlyаzmа nüsxə mövcud idi. Bu əlyazmaların arasında cahiliyyət dövrünə mənsub xətt üslubunda yazılmış əsərlər və yəhudilərlə müşriklәr arasında hәzrәt Peyğəmbərin (s) əleyhinə bağlanmış müqavilə хüsusi mаrаq kәsb еdirdi. Eləcə də Həzrət Əli (ə), Ömər, Xalid ibn Vəlid, Tariq bin Ziyad və hörmətli Peyğəmbərin (s) digər səhabələrinin əlyazmaları, habelə Əbdullah ibn Məsud tərəfindən yazılmış Qurani-Kərim mövcud idi. Vəhhabilər bu kitabxananı odlamaqla, sanki bütün elmsevərlərin qəlbinə və İslamın elm хәzinәsinә od vurdular. İnsanlıqdan azacıq bəhrələnmiş hər bir şəxs üçün ürəkağrıdıcı olan bu cinayət bir daha vəhhabiliyin həyasızlığını ifşa edərək, onları şərəfsiz anlamı ilə yaddaşlara həkk etdirdi.
Sözügedən kitabxanada Allahın Rəsuluna (s) mənsub müxtəlif növ silahlar və İslam meydana gələrkən bütpərəstlər tərəfindən "Lat”, "Üzza”, "Mənat” və "Hubəl” kimi sitayiş olunan bütlər saxlanılmışdı.
Nasirəddin Səid tarixçilərin birindən belə nəql edir: Vəhhabilər iqtidarı ələ aldıqdan sonra bu kitabxanalarda küfr yazılarının olması bəhanəsini qabardaraq, onların hamısını odlayaraq külə çevirdilər.[Bax. Tarixi Ali-Seud .c. 1. seh 158. Kesful irtiyab. seh 178-324]

Əli Əsğər Rizvani


Category: Vəhabi fitnəsi | Added by: Ənfal
Views: 916 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]