Şənbə günü, 2024-12-21, 7:53 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Vəhabi fitnəsi

Vəhhabi fitnəsi
2013-05-26, 4:28 AM

Mədinədə dahilərin abidələrinin məhv edilməsi

Ali-Səud 1344-cü (h.q.) ildə hicaza tam yiyələndikdən sonra Mədinədə olan bütün sahəbələrin abidələrini darma – dağın etdi; аşağıdakı məqbərələr vəhhabili vәhşiliklәrinin günahsız qurbanlarına bir neçə nümunədir: 
1. Mədinədə İmam Həsən və Hüseyn (ə) doğulduğu yer;
2. Bədr döyüşündə şəhid olanların məzarları;
3. Bəqidə dəfn edilmiş dörd imamın (İmam Həsən, Səccad, Baqir və Sadiq (ə)) müqəddəs məzarları;
4. İmam Əlinin (ə) Həzrət Fatimə (s. ə.) üçün tikdiyi "Beytul-Əhzan”;
5. İmam Əlinin (ə) anası Fatimə binti Əsədin müqəddəs məzarı...

Vəhhabilərin bir sıra inanc və şərii fətvalarının xülasəsi

Aşağıda göstərilən əməllər vəhhabilər tərəfindən haram hesab edilir. Bu əməlləri yerinə yetirənlər Allaha şәrik qoşaraq dindən çıxmış sayılırlar:
1. İlahi övliyaların məzarlarının ziyarət edilməsi;
2. Peyğəmbərlər və ilahi şəxsiyyətlərin məzarları üzərində bina ucaltmaq (bu əməlin şirk hesab edildiyinə görə);
3. Allah dostlarının qəbirləri üzərində məscid tikilməsi;
4. İlahi adamların qəbirləri kənarında namaz və dua ilə məşğul olmaq;
5. Peyğəmbərlər və övliyalardan təbərrük götürmək;
6. Vəfatından sonra peyğəmbərlər və övliyaları səsləmək;
7. Vəfatından sonra ilahi övliyalara sığınmaq – pənah gətirmək (istiğasə);
8. İlahi şəxslərin vəfatından sonra onlardan yardım diləmə;
9. İlahi övliyalardan şəfaət istəmə;
10. Allahdan başqasına and içmək, məsələn peyğəmbərə, imama, və ya Kəbəyə...;
11. Peyğəmbərlər və imamın haqqına və ehtiramına Allaha and vermək;
12. Peyğəmbər, yaxud İmam üçün nəzr demək;
13. Bayramlarda, peyğəmbərlərin və müqəddəs şəxslərin doğum günlərində şənlik mərasiminin keçirilməsi;
14. İlahi şəxslərin əzadarlığının keçirilməsi;
15. Qəbirlərin üstündə işıq və ya şam yandırmaq;
16. Övliyaların məzarlarını təmizlәmәk və yaxud bəzəmək;
17. Vәfаt еtmiş şәхslәr üçün hüzür;
18. Peyğəmbərlərə və övliyalara təvəssül etmək (onları Allah dərgahında vasitəçi seçmək).

Müsəlmanlar Vəhhabilərin gözündə



Vəhhabilər yalnız özlərini əsil müsəlman və xalis tövhid əhli bilir, digər müsəlmanları isə müşrik hesab edirlər. Onlar İbn Əbdül-Vəhhabın inanclarını qəbul etməyənləri "hərbi kafir” (müsəlmanlarla döyüş halında olan kafirlər) adlandırır və belə insanların hеç bir şәkildә tохunulmаzlıq hüququnа mаlik olmadığını bildirirlər. Bu şәхslәrin mаlını, cаnını vә nаmusunu özlәri üçün hаlаl sаyırlаr. Onlar belə düşünürlər ki, təkcə "La ilahə illallah və Mәhəmmədən Rəsulullah” (Allahdan başqa Allah yoxdur və Mәhəmməd Onun Rəsuludur) cümləsini dilə gətirərək şəhadət vermək kifayət deyil; әsil müsəlman bundan əlavə, peyğəmbərin məscidinə təbərrük etmək, Allahın elçisini ziyarət etmək, ondan şəfaət diləmək və bu kimi işlərdən özünü təmizləməlidir. Çünki, onların fikrincə, təvəssül, şəfaət, ilahi övliyaların ruhlarından yardım diləmək, təbərrük və buna bənzər əməllərə inananlar müsəlman adını özlərinə vermələrinə baxmayaraq, müşrikdirlər. Onların şirki cahiliyyət dövrünün şirkindən daha qorxulu nəzərə çarpır.[Bax.er-resail el emeliyye. Muhemmed Ibn Ebdul Vehhab, seh 79,Tethirul etiqat, Senani ,seh.17. Tethirul-mecid, seh 40,41. Kesful-Subehat]

Mәhəmməd ibn Əbdül-Vəhhab "Kəşfuş-Şubəhat” adlı əsərində təqribən 24 dəfə "şirk” və "müşriklər” sözünü öz inancını qəbul etmәyənlər haqqında təkrarlamışdır. Həmçinin "kafirlər”, "bütpərəstlər”, "mürtədlər”, "müşriklər”, "tövhid düşmənləri”, "Allah və İslam carçılarının düşmənləri” kimi ifadələri təqribən iyirmi dəfə işlətmişdir.

Müəllif: Əli Əsğər Rizvani


Category: Vəhabi fitnəsi | Added by: Ənfal
Views: 799 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]