Main » Files » Kitab bölməsi » Vəhabi fitnəsi |
Vəhhabi fitnəsi
2013-05-26, 4:25 AM | |
İslam tarixinə və xəvaric təliminә nəzər saldıqda bu iki təriqətin inanc xəttlərinin bir çox yerlərdə kəsişdiyinin şahidi oluruq. Vəhhabilik və xəvaricin ideya və davranışlarındakı nəzəri və praktiki bənzərliklər aşağıdakılardan ibarətdir: 1. Xaricilər (xəvaric) vəhhabilər kimi, məşhur fikirlərə zidd, nadir rəy sahibidirlər; Məsələn: Xəvaric böyük günah işlətmiş şəxsi kafir sanırlar. 2. Xəvaricin fikrincə "Darul-İslami” (İslam diyarını), sakinlərinin böyük günaha bulaşacaqları təqdirdə, "Darul-hərb” (müsəlmanlarla döyüş halında olan diyar) adlandırmaq olar. Bu barədə vəhhabilər də eyni fikirdədirlər. 3. Bu iki dəstənin digər bir bənzərliyi, dini məsələlərin yersiz çətinləşdirilməsi və onları dərk etməkdə dar düşüncəlik və fikir donuqluğundadır. Xaricilər "La hukmə illa lillah” (hökm yalnız Allaha məxsusdur) cümləsinə sığınaraq, İmam Əlini (ə) hakimiyyətdən uzaqlaşdırdıqları kimi, vəhhabilər də təkcə bəzi ayələri digər ayələrə diqqət yetirmədən, əldə əsas tutaraq, müsəlmanları kafirlikdə ittiham еdirlәr. 4. Şübhəsiz vəhhabilər puç, yanlış və xurafatla dolu əqidələri ilə, xəvaricin dindən xaric olduğu kimi, dindən çıxmış sayılırlar. Elə bu səbəbdən Səhihi-Buxaridə gəlmiş bir hədisin vəhhabilərə aid edilməsi heç də təsadüfi deyil. Buxarinin İslam peyğəmbərindən (s) nəql etdiyi bu hədisdə deyilir: "Şərqdən bir qrup kişi zahir olar. Onlar Quran oxusalar da, oxuduqları boğazlarından yuxarı keçməz. Ox kamandan çıxdığı kimi dindən çıxarlar. Baş qırxmaq onların bir əlamətidir.” Qəstəlani "İrşadus-sari”] əsərində bu hədisi şərh edərkən yazır: «Şərq tərəfdən» dedikdə, Mədinə şəhərinin şərq tərəfi, Nəcd və bu kimi digər ərazilər nəzərdə tutulur. Hamıya çox gözəl bəllidir ki, Nəcd şəhəri vəhhabilərin mərkəzi və əsas vətənləri idi ki, sonralar oradan digər şəhərlərə yayıldılar. Eləcə də bilirik ki, başın tükünü qırxmaq və saqqalı uzatmaq onların əlamət və nişanələrindəndir. 5. Hədislərdə Xəvaric barəsində "Onlar müsәlmаnlаrı öldürür, bütpərəstləri isə azad buraxırdılar”[30] söylənilmiş sözlərin, vəhhabilər tərəfindən praktiki olaraq qəddarlıqla həyata keçirildiyinin şahidi oluruq. 6. Əbdullah ibn Ömər Xəvarici təsnifləndirərək deyir: "Bunlar kafirlər barəsində nazil olmuş ayələri möminlərə tətbiq edirlər.” Hazırda vəhhabilərin də bu metoddan istifadə etmələri keçmişdə xaricilərin getdiyi yolu xatırladır. Əli Əsğər Rizvani | |
Views: 745 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |