Şənbə günü, 2024-12-21, 8:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Vəhabi fitnəsi

Vəhhabi fitnəsi
2013-05-26, 4:18 AM
Şiəliyə qarşı hücumа kеçmәyin bir səbəbi

Vəhhabilərə, Әhli-beyt məzhəbi ilə münasibətdə kəskin mövqe tutmalarına və anti-şiə təbliğat kompaniyasının proqramlarının sürətləndirməkdə hərəkətverici qüvvələrdən biri də onların, müsəlmanların bu cazibədar məzhəbə sürətlə axınından qorxmalarıdır. Doğrudan da, Qurani-Kərimdən ilham almış mədəniyyətin cavanlar və ziyalı şəxslər arasında geniş yayılması və onların Məhəmmədin (s) həqiqi sünnəsi ilə müvafiq olan işıqlı təlimini rəğbətlə qarşılaması vəhhabiləri son dərəcə dəhşətə gәtirir. Burada bir neçə nümunəyə diqqət yetirməyimiz yerinə düşər:
Doktor İsamüddin "Əl-imam Mәhəmməd bin Səud” universitetinin məzunu, Bin Bazın (Səudiyyənin ən böyük müftisi) şagirdi, eləcə də Sənan şəhərinin böyük məscidlərindən birinin İmam-camaatı və Yəməndə vəhhabiliyin təbliğatçısı idi. Şiəlikdə küfr və şirk ünsürünü isbat etmək üçün "Əş-şiə bеynəl-isna əşəriyyə və firəqul-Qulat” (dində küfrlə nəticələnəcək ifrata varanlar) adlı kitabının müəllifi olan bu şəxs cavan bir şiə ilə tanışlıqdan sonra Әhli-beyt məzhəbinin nurani mədəniyyəti qarşısında diz çökərək, vəhhabilikdən şiəliyə üz gətirir.
Doktor İsam elə bu münasibətlə qələmə aldığı kitabında yazır: Vəhhabi qardaşlarımızın kitablarını oxuduqca, bizə aydın olur ki, gələcək, 12 imamçı şiә mәzhəbinin intizarındadır; çünki onlar (vәhhаbilәr) (radikal olduqlarına görə) vəhhabilər və digər müsəlmanların bu məzhəbə sürətlə axınına bais olurlar.
Daha sonra Mədinə İslam universitetinin müəllimi Şeyx Əbdüllah Əl-Quneymandan nəql edərək yazır:
"Artıq vəhhabilərə mә’lum оlmuşdur ki, İmamiyyə şiəliyi gələcəkdə əhli sünnəni və vəhhabiliyi özünə cəlb edə biləcək yeganə məzhəbdir.”
Səudiyyənin adlı-sanlı yazıçılarından sayılan Şeyx Rəbi ibn Mәhəmməd cənabları yazır:
"Mənim üçün son dərəcə təəccübdoğurucu haldır ki, bizim bəzi qardaşlarımız, o cümlədən Misirdə tanınmış və görkəmli alimlərdən birinin övladları, eləcə də elmi dairələrdə uzun müddət bizimlə çalışmış elm аdаmlаrı, habelə bizim saflıqlarına inandığımız qardaşlarımızdan bir qrupu "şiəlik” adlı yolun ardıcılına çevrilmişlər. Asanlıqla düşündüm ki, müsəlman aləminin digər nümayəndələri kimi, bu qardaşları da İslam inqilabının nurlu və gözqamaşdırıcı şüaları heyran etmişdir.
Vəhhabilərin digər məşhur yazıçılarından biri Şeyx Mәhəmməd Məğravi deyir:
"On iki imamçı şiə məzhəbinin şərq dünyasında geniş yayılması məni qərb ölkələrinin cavanları üçün (cavanların bu məzhəbə yönəlməsi üçün) qorxuya saldı...”
Bu barədə Mədinə universitetlərinin müəllimi, elmlər doktoru Nasir bin Əbdüllah bin Əli Qəffari isə yazır:
"...Tam qətiyyətlə deyə bilərik ki, bir çox müsəlman gənclərinin şiəliyə meyl еtməsinin səbəbi on iki imamçı dahilərin qatlaşdığı əziyyətlərə görədir. "Ünvan Əl-Məcd fi tarixil-Bəsrə və Nəcd” kitabında bəzi qəbilələrin əhalisinin tamamilə şiəliyə üz gətirmələri haqda yazılаnlаr hər bir mütaliəçini dəhşətə gətirir.”
Vəhhabi qələm ustalarından sayılan Şeyx Məcdi Mәhəmməd Əli Mәhəmmədin söylədikləri isə daha artıq maraq doğurur:
"Əhli sünnə cavanlarından biri təəccüblə yanıma gəldi. Onun heyrətlənməsinin səbəbini soruşduqda, bir şiə ilə ünsiyyətdə olduğunu anladım. Bu (yazıq) sünni cavanı isə şiələri rəhmət mələkləri və haqq meşəsinin şiri kimi təsəvvür etmişdi.
Category: Vəhabi fitnəsi | Added by: Ənfal
Views: 807 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]