Main » Files » Kitab bölməsi » Vəhabi fitnəsi |
Vəhhabi fitnəsi
2013-05-26, 4:07 AM | |
Çox təəssüf ki, XII əsrdə (h.q) vəhhabi təliminin meydana gəlməsi ilə İslam ümmətinin arasında bir çox ixtilaflar yarandı. Belə ki, İslamın həyatbəxşedici göstərişlərindən ilham alaraq qardaşlıq əlaqəsini yarada bilmiş və tövhid cümləsinin (la ilahə illallah) şüası altında birləşərək, ağır xaç yürüşləri və daşürəkli Monqolların hücumları qarşısında yenilməyən müsəlman xalqı vəhhabilərin gəlişi ilə parçalanmağa başladı. Ekstremizm mövqeli bu təlim müsəlmanları bidət və şirkdə suçlamaqla, onların qırılmaz cәrgәlәrinә əvəzolunmaz zərbələr endirdi. Həmçinin, dini rəhbərlərin tarixi abidələrini məhv etmək və Allah elçilərinin və övliyaların məqamını kiçiltməklə, bədbəxt qərb müstəmləkəçiliyinin və İslamın uzun keçmişə malik olan düşmənlərinin xidmətçisinə çevrildi. Vəhhabi təliminin bir nömrəli təbliğatçısı sayılan Mәhəmməd ibn Əbdül-Vəhhab h.q. tarixi ilə XII yüzillikdə müsəlmanları peyğəmbərlər və ilahi övliyalara sığındıqlarına görə müşrik və bütpərəst kimi qələmə verərək, onların kafir, qanlarının halal, öldürülmələrinin şəriәt baxımından qanuni, mallarının müharibə qənimətləri hökmündə olmasına dair fətva verdi. O, bu fətvaya əsasən minlərlə günahsız müsəlmanların qanına qəltan olunmasının səbəbkarı oldu. Hazırda praktiki olaraq yadellilərin xidmətçisinə çevrilmiş vəhhabi müftiləri şiələrlə evlənmənin haram olmasına, onların kəsdikləri heyvanın nəcis olmasına və şiə fəqihlərinə zəkat verilməsinin qadağan olmasına dair fətva verməklə vəhdətə aparan bütün yolları (dövrümüzdə müsəlmanların birliyinə son dərəcə ehtiyac duyulduğu halda) üzlərinə bağlayırlar. Şeyx Əbdüllah Cəbrin "Darul-ifta”nın üzvü və Ərəbistanın samballı elm xadimlərindən sayılır. O, zəkat və sədəqənin şiə fəqihlərinə verilməsinin düzgünlüyü haqda soruşulan sualı belə cavablandırır: "Zəkat kafir və dində bidət yaradanlara verilməməlidir. Rafizilər... şübhəsiz ki, kafirdirlər... onlara verilmiş sədəqə təkrarlanmalıdır (yenidən başqasına verilməlidir); çünki bu sədəqə onu küfr yolunda istifadə edəcək və əhli sünnə ilə müharibə halında olan bir kimsəyə verilmişdir; Bu kimi insanlara zəkat vermək haram hesab edilir.” Deyilənlərə görə Şeyx Əbdüllah şiə əleyhinə bir çox fətvaların, o cümlədən "şiələrin qətlinin düzgünlüyü” hökmünün sahibidir. Müftilər ittifaqının daimi heyət üzvü, "şiələrlə evlənmək olarmı?” sualını cavablandıraraq yazır: "Əhli sünnənin şiə və kommunistlərlə evlənməsi düzgün deyil. Həyata keçmiş belə bir evlənmə batildir. Çünki, əhli-beytə pənah aparmaq şiələr arasında ənənəvi haldır. Bu isə ən böyük şirk hesab edilir.” Bunu da nəzərə almaq lazımdır ki, bu elmi qrupun yəhudi və xristianlarla evlənməyə dair nəzərləri tam fərqli şəkildədir: "Müsəlmanların kitab əhli ilə - istər yəhudi, istərsə də xristianla evlənmələri, qarşı tərəfin fasid olmadığı bir təqdirdə, şəriətə görə düzgün və maneəsizdir.” Yaxud da, Məkkə və Mədinə başçılarının himayəsi ilə nəşr edilən "Məsələ ət-təqrib” (məzhəblərarası yaxınlıq məsələsi) kitabında şiəlәrin müsəlman olmasının sübuta yetirilməsi onlarla vəhdət və yaxınlığın ilk şərti kimi qeyd edilmişdir. Vəhhabilərin şiəliyin mahiyyətindən xəbərsiz olub, bu məzhəbə kənardan baxdıqları, öz ata-babalarının yolunu davam etdirərək, şiəlәri yəhudilərdən daha pis bilməklə, bəşər vicdanını ayaq altında qoyaraq, düşmənçiliklərinə and içmiş İslam müxalifləri ilə əlbir olduğu bir halda, İslam ümmәtinin ehtiyaclarından sayılan, İslam məzhəblərinin yaxınlığınа və müsəlmanların birliyinə nail olmaq olarmı? Sonda sələfilik və vəhhabilik haqda daha ətraflı məlumat əldə etmək istəyən əzizlər, müqəddəs Cəmkəran məscidinin nəşriyyatı tərəfindən çap edilmiş "Sələfigəri (vəhhabilik) və pasox be şubəhat” (Sələfçiliklə (Vəhhabilik) bağlı şübhələrə cavab) kitabına müraciət edə bilərlər. Əli Əsğər Rizvani | |
Views: 742 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |