Şənbə günü, 2024-04-20, 1:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 1

Həqiqət olduğu kimi... 1
2013-04-04, 7:52 AM

Həqiqət olduğu kimi... 1

PEYĞƏMBƏRİN SÜNNƏSİ HƏQİQƏT VƏ XƏYAL ARASINDA

Əhli sünnə və camaat Ömər ibni Xəttabı ilham olmuş ən bilikli səhabələrdən sayırlar. Öz səhih kitablarında yazırlar ki, Peyğəmbər (s) içdiyi suyun artığını ona vermişdir. Peyğəmbər (s)-in bu hərəkətini elmə təfsir edirlər. Lakin onun öz etirafına görə, o, sünnətin çox məsələlərini bilmir, çox vaxtlarını sünnə öyrənmək əvəzinə bazarda ticarət etməklə keçirirdi.

Buxari öz "Səhih” kitabında "Peyğəmbərin sünnəti aşkar olmuşdur, elə bir adam olmamışdır ki, onu görə bilməyə və ondan öyrənməyə” – deyənlərin qarşısında dəlil gətirib yazır: Əbu Musa Ömərdən evinə girməyə icazə istədi. Ömərin işə məşğul olduğunu görüb çölə çıxdı.

Ömər dedi: "Mən Abdullah ibni Qeysin səsini eşitdim. İcazə verin gəlsin. Onu çağırdılar. Ömər dedi: Niyə belə etdin?”

Dedi: "Bizə belə əmr edirdilər.”

Ömər dedi: "Sözünə dəlil gətirməsən, başına böyük bir bəla gətirəcəyəm.” O, ənsarın yığışdığı yerə gedib onlardan sübut istədi.

Dedilər: Yalnız bizim cavanlar şahid durmağa hazırdırlar. Bu vaxt Əbu Səid Xudri qalxıb dedi: "Bəli, bizə bu cür əmr edirdilər.”

Ömər dedi: "Bunu Peyğəmbər (s)-dən eşidib görməmişəm. Mən bazarlarda al-verdə olmuşam.”("Səhihi Buxari”, 8-ci cild, səh. 157, "adab” kitabı, "izn” babı; "Səhihi Müslüm”, 6-cı cild, səh. 179. )

Bu hekayədə bir neçə maraqlı incəliyə rast gəlmək olar:

1. Başqasının evinə icazə alıb girmək Peyğəmbər (s)-in sünnəsində aydın olan bir məsələdir. Bütün müsəlmanlar bunu bilirlər. Peyğəmbər (s)-in yanına getmək üçün hamı icazə alırdı. Bu, İslamın ədəbi və iftixarıdır.

Bu göstərir ki, Ömər ibni Xəttabın məxsus gözətçiləri olmuş və heç bir kəsi icazəsiz onun yanına buraxmırdılar. Əbu Musa onun yanına getmək üçün üç dəfə icazə istədi və hər dəfə rədd cavabı alaraq geri qayıtdı. Lakin Bəni Üməyyədən olan dostları onu Peyğəmbər (s)-dən də uca tutaraq, haqqında deyirlər: O, heç bir gözətçisi olmadan küçədə yatar və deyərdi: "Ədalətlə rəftar edib yatdım.”

Onların sözlərindən belə çıxır ki, guya Ömər Peyğəmbər (s)-dən də ədalətli olmuşdur, sanki Peyğəmbər (s)-in gözətçisi var imiş, onun isə yox. Əgər belə deyilsə, bəs niyə görə "ədalət Ömərlə oldu” – deyirlər?

2. Bu rəvayət onun sərt əxlaqa malik olub müsəlmanlarla pis rəftar etdiyini göstərir.

Əbu Musa Əşəri böyük səhabələrdən olmuşdur. O, Peyğəmbər (s)-in hədisini dəlil gətirəndə, "əgər sözünə şahid gətirməsən, bu qamçı ilə sənin qarnına və kürəyinə vuracağam”(Səhihi Müslüm”, 6-cı cild, səh. 178. )– deyərək Əbu Musanı yalançı adlandırıb xalqın qarşısında bir hədisə görə hədələmək düzgündürmü? Belə ki, Übeyy ibni Kəb hədisə şahid durduqdan sonra ona xitab edib deyir: "Ey Xəttabın oğlu! Allah rəsulunun səhabələrinə əziyyət vermə!”(Yenə orada)

Bu hədisə əsasən, Ömərin gördüyü işlərə özbaşınalıqdan başqa ad vermək olmaz. Hər dəfə ona Allahın Kitabı və Peyğəmbər (s)-in sünnəti ilə cavab verdikdə, tez qəzəblənib özündən çıxırdı. Onun bu hərəkəti bir çox səhabənin haqqı gizlətməsinə səbəb olmuşdur. Onlar qorxudan haqqı dilə gətirə bilmirdilər. Əmmar Yasir "təyəmmüm” məsələsində onunla ixtilaf etdikdə, Ömər onu hədələmiş, o da cavabında demişdi: "Əgər istəyirsən, bu hədisi deməyim, demərəm.”("Səhihi Müslüm”, 1-ci cild, səh. 193, "təyəmmüm” babı; "Səhihi Buxari”, 1-ci cild, səh. 88-91. )

Ömərin səhabələrin Peyğəmbərdən hədis demələrinin qarşısını almasını sübut edəcək çoxlu dəlil vardır. Bu iş Əbu Bəkrin xilafəti zamanı başlanmış və onun on illik xilafəti zamanı daha da şiddətlənmişdi. O, Peyğəmbər (s)-dən olan hədisləri yandıraraq onların nəql olunmasını qadağan etmiş, onunla müxalifətçilik edənlərin bəzilərini zindana salmışdı.("Elm əhlindən soruşun” kitabında bu haqda geniş danışmışıq, ora müraciət edin. )

Bu işi ondan qabaq Əbu Bəkr etmiş, ondan sonra isə Osman davam etdirmişdi.

Peyğəmbərin sünnəti xəlifələr əlində yandırılır və gizlədilirdi. Belə olan halda, necə deyirlər ki, onlar Peyğəmbər (s)-in sünnəsinə əməl etmişlər!?

3. Bu hədis Ömərin çox zaman bazarda olub, Peyğəmbər (s)-in məclislərində iştirak etməməsini çatdırır. Elə buna görə də səhabələrin, hətta bəzi uşaqların bildiyi hədisləri belə o bilmirdi. Dediyimizə Əbu Musanın rəvayətini dəlil gətirə bilərik. Əbu Musa ənsardan öz sözünə şahid istədikdə, ona belə cavab vermişdilər: "Allaha and olsun, sənin sözünə bizim yeniyetmələr belə şahid dura bilərlər. Bu zaman onların arasından ən cavanı olan Əbu Səid Xudri ayağa qalxıb bu hədisi Peyğəmbərdən eşitdiyini dedi.

Bu söz öz-özlüyündə Ömər üçün böyük bir təhqirdir. O hətta uşaqların bildiyi sadə sünnətdən xəbərsiz idi. Beləliklə o, Peyğəmbər (s)-in bu hədisi: "hər vaxt ümmətimin arasında bir kəs ondan savadlı və elmli olduğu halda rəhbərliyi ələ alarsa, Allaha, Peyğəmbərə və möminlərə xəyanət etmişdir” – qarşısında cavabdehdir.

Belə hədislərə əməl etməmək Ömər üçün adi bir şey idi. O, hətta Peyğəmbər (s) həyatda olduğu zaman onun hədislərini ayaq altına qoyur, öz ictihadına əməl edirdi.

Bunlardan əlavə, bəzi səhabələrin dəlilləri ilə üzbəüz olduqda, bilmədiyini etiraf edirdi. Bəzən deyirdi: "Ey Ömər! Bütün xalq, hətta evdar qadınlar da səndən biliklidir.” Bəzən də "əgər Əli olmasaydı, Ömər bədbəxt olardı”, başqa bir vaxt "bazarda al-ver etmək məni Peyğəmbər (s)-in hədislərini eşitməkdən saxladı” – cümlələrini işlədirdi.

Əgər o, al-verə məşğul olub hədis eşidə bilmirdisə, sözsüz Quran eşitməkdən də məhrum qalmışdı. Bir dəfə onun Übeyy ibni Kəblə (Quranın məşhur hafizlərindən biri) Quranın qiraətində ixtilafı düşdü. Ömər üzünü ona tutub dedi: "Sənin qiraətin düzgün deyildir. Mən belə bir qiraəti heç vaxt eşitməmişəm.” Übeyy ibni Kəb cavabında dedi: "Ey Ömər! Mənim başım həmişə Qurana qarışıb, səninkisə bazarda al-verə.”("Tarixi ibni Əsakir”, 2-ci cild, səh. 597. Eynilə həmin hədisi "Müstədrəkül-vəsail”, "Səhiheyn”, 3-cü cild, səh. 305 və Əbu Davud öz "Sünən”ində, İbni Əsir isə, "Cameul-üsul”da gətirmişdir. )

Ömərin həmişə bazarda olması səhabələr, kitab və sünnə ilə tanış olanlar üçün məxfi qalmamışdır.

Mənim fikrim budur ki, Ömərin daxilində ruhi bir kin var idi. Belə ki, hətta ən sıravi müsəlmanların bildiyini, əzbərlədiyini o bilmirdi. Digər tərəfdən də kənarında hələ otuz yaşına çatmamış Əli (ə)-ı görürdü ki, hər şeyi bilir, hər şeydə düz hökm verirdi. Ömər onun nəzərini düz sayaraq çarəsiz səhabə qarşısında etiraf edib deyirdi: "Əgər Əli olmasaydı, Ömər bədbəxt olardı.”

Həmçinin görürük ki, bir qadın məscidin arxa səflərindən ayağa qalxıb minbərdə oturmuş Ömərə etiraz edir, hamının hüzurunda qadının "mehriyyə” məsələsində onu məhkum edərək Qurandan dəlil gətirir. Bu vaxt Ömər dilə gəlib: "Ey Ömər! Bütün insanlar, hətta evdar qadınlar belə səndən biliklidir.”

Həqiqətdə, bu etiraflar haqqı qəbul etməkdən çox öz nadanlığının üstünə pərdə çəkməkdir. O, fürsətdən istifadə edib özünü xalqa təvazökar kimi göstərmək istəyirdi. Bu gün görürük ki, camaatın çoxu bu sözə inanmışdır.

Ömər daxildə olan küdurəti ilə Peyğəmbər (s)-in sünnətini aradan aparmağa çalışırdı. O öz ictihadına əməl edərək Quran və sünnətlə mübarizə aparırdı. Buna çoxlu şahidlər vardır.(Mən bəzi bu şahidləri "Düz danışanlarla birlikdə” və "Zikr əhlindən soruşun” kitablarında gətirmişəm. )

Ömərin həyatında axtarış aparsaq, görərik ki, o, Peyğəmbər (s)-in besətindən sonra çox az vaxtını Peyğəmbər (s)-lə keçirərdi. O özü öz haqqında belə deyir: "Mən ənsardan olan qonşularımdan biri ilə Mədinə şəhərinin ətraf məhəllələrində olan Bəni Üməyyə ibni Zeyd məhəlləsində yaşayırdıq. Biz onunla bir gündən bir (bir gün o, o birisi gün isə mən) Peyğəmbərin yanına gəlib təzə xəbərlərdən və nazil olmuş ayələrdən xəbər alıb qayıdır, sonra bir-birimizə danışırdıq.("Səhihi Buxari”, 1-ci cild, səh. 31, "elm” kitabı. )

"Bir gündən bir Peyğəmbərin yanına gəlirdik” – sözündən məlum olur ki, onun evi məsciddən uzaq imiş. Elə buna görə də zamanını iki yerə bölmüşdü. Bir günü Peyğəmbər (s)-ə sərf edir, digər gününü isə istirahət edərək yol uzaq olduğu üçün özünə zəhmət vermirdi! Ya da uzaq deyilmiş, sadəcə olaraq bazarda al-verə məşğul olurmuş.

Hər halda, əgər əvvəldə qeyd olunan rəvayətlərə diqqət yetirsək, bizə yəqin hasil olar ki, o, çox vaxt Peyğəmbər (s)-lə olmamışdır.

Hətta müsəlmanların cəm şəkildə keçirdiyi "fitr” və "qurban” bayramlarında da iştirak etmirdi. Elə buna görə də bəzən heç vaxt ticarətə görə namazdan qalmayan səhabələrdən soruşurdu: "Allah rəsulu "fitr” və "qurban” namazlarında nə oxuyurdu?”

Müslüm öz "Səhih” kitabının "iki bayram namazı” bölümündə Übeydullah ibni Ömərdən nəql edir ki, Ömər ibni Xəttab Əbu Vaqid Leysidən soruşdu: "Peyğəmbər "qurban” və "fitr” namazlarında nə oxuyurdu?”

O cavab verib dedi: "Qaf, vəl-Quranil-məcid” və "İqtərəbətis-saətu vənşəqqəl-qəməru” surələrini.”("Sünəni Beyhəqi”, 3-cü cild, səh. 294; "Səhihi Müslüm”, 3-cü cild, səh. 21, "namaz” kitabı. )

Əbu Vaqid Leysi özün nəql etmişdir ki: "Ömər ibni Xəttab məndən soruşdu: Allah Peyğəmbəri bayram namazında hansı surəni oxudu?”

Dedim: "İqtərəbətis-saətu” və "Qaf, vəl-Quranil-məcid”.("Səhihi Müslüm”, 3-cü cild, səh. 21, "namaz” kitabı. )

Əgər Əbu Vaqid Leysi və Übeydullahın rəvayətlərinin yanına onun öz etirafını qoysaq, nə qədər Peyğəmbərdən uzaq olub bazarda ticarətlə məşğul olması və bir çox sünnət və Quran ayəsindən xəbərdar olmaması məlum olur. Beləliklə, çox fətvalarının üstü açılar, alimlər çaşqınlıqdan çıxar və başa düşərlər ki, nəyə görə Ömər fətva vermişdir ki, cünub olan şəxs su tapmadıqda, namaz qılmamalıdır!

Quran və sünnətdə gəlməsinə baxmayaraq, o, "təyəmmüm” məsələsini bilmirdi. Haqqında ayə nazil olmuş "kəlalə” barəsində özündən cürbəcür fətvalar verirdi, hətta ölənə qədər onun hökmünü bilmədi.(Seyyid Əbdül-Hüseyn Şərəfuddin Musəvi Amilinin "Quran müqabilində ictihad” kitabına bax. )

Əgər Ömər ayağını yorğanına görə uzadıb qəzavət üçün lazım olan elmi öyrənsəydi, müsəlmanlar üçün daha yaxşı olardı. Təəssüf olsun ki, belə olmadı, təkəbbürlük göstərərək Allah və Peyğəmbərin halalını haram etdi. Həccin və qadınların mütəsini, "müəllifətu qulubihim”in payını haram etdi. Bir məclisdə üç təlaqın haram olmasına baxmayaraq, Allah və Peyğəmbər (s)-in haramını halal etdi və bir çox daha başqa məsələlər.(":ənzül-ümmal”, 11-ci cild, səh. 57. Beyhəqi öz "Sünən”ində sənədlə gətirmişdir ki: Ömər Peyğəmbərdən soruşdu: Babası və neçə qardaşı qalmış ölünün irsi necə bölünür? Peyğəmbər buyurdu: Nə üçün bunu soruşursan? Mən elə bilirəm ki, sən ölüncə onun məsələsini bilməyəcəksən. Səid ibni Müseyyib deyir: Ölüncə onun hökmünü bilmədi.)

Əbu Bəkr və Ömərin ilk gündən Peyğəmbər (s) hədislərinin deyilməsinin qarşısını almalarının əsas səbəbi elə bu idi. Səhabələrin yazıb topladıqları hədisləri də elə buna görə yandırdılar. Onlar bu əməlləri ilə bir neçə məqsəd güdürdülər:

1. Peyğəmbərin Əli (ə) və ailəsi haqqında buyurduqlarını bir kəs eşitməsin və bilməsinæ

2. Onun siyasət və hökmləri ilə zidd olan bütün sünnəti gizlətməkæ

3. Peyğəmbər (s)-in sünnətindən çox az bildiyi üçün bunu ört-bastır etməkæ

Əhməd ibni Hənbəl İbni Abbasdan nəql edib deyir: Ömər ibni Xəttab namazda şəkkin hökmünü bilmədikdə dedi: "Oğlan! Peyğəmbər, ya səhabələrdən eşitmisənmi namazda şəkk olunan zaman nə etmək lazımdır?”("Müsnədi Əhməd ibni Hənbəl”, 1-ci cild, səh. 190. )

Doğrudan da təəccüblüdür, müsəlmanların xəlifəsi kamil namazın necə qılınmasından xəbərsizdir və onu cavan bir uşaqdan sual edib soruşur. Baxmayaraq ki, bu öz-özlüyündə çox sadə bir əməldir. Hətta savadsız adamlar da onun hökmünü bilirlər. Bundan da təəccüblüsü əhli sünnənin onu ən bilikli səhabə bilməsidir. Həqiqətən, əgər daha savadlısı belə olsa, onda gərək başqaları barədə heç nə danışmayaq.

Bəli, hərdən bəzi səhabələr onunla kiçik müxalifətçilik edirdilər. Lakin işi öz mənfəətlərinə və xilafətə zərbə vuracaq həddə çıxarmırdılar. Necə ki, qabaqda qeyd olan rəvayətlərdə bununla üzləşirik. Ömər də onların qarşısında iftixarla öz sözündən qayıdır. "Bazarda al-ver məni öyrənməkdən saxlamışdır” – deyərək etiraf edirdi. Guya, bu çox böyük bir fəzilət imiş.

İlahi, Əli (ə)-ın sözüylə onun sözündə nə qədər fərq vardır ki, buyurur: "Mənim hər gün Peyğəmbərlə iki dəfə xüsusi görüşüm olardı, biri səhər, biri də axşam.”

Bu, Əli (ə)-ın Peyğəmbərlə olan xüsusi görüşünə işarədir. Bundan əlavə, hamı ilə birgə o, Peyğəmbərin hüzuruna yetişirdi.

Əli (ə) Peyğəmbərə hamıdan yaxın idi. Doğulduğu gündən Peyğəmbər (s)-in yanında xüsusi diqqət və ehtirama nail idi. O, Peyğəmbərin qucağında böyümüşdü və böyüdükcə "necə ki, dəvə balası anasından ayrılmaz və onun arxasınca gedər” ondan ayrılmırdı, hər yerdə onunla idi. İlk dəfə Həra dağında ayə nazil olduğu zaman, o, Peyğəmbərin yanına get-gəl edirdi. Sanki nübüvvətdən qidalanıb, Peyğəmbərin sünnə və elmi ilə böyümüşdü.

Sünnəyə ondan da yaxın kim idi? Əgər düşmənçilik edənlər haqqa qayıdıb insaflı olsalar, görərlər ki, heç kəs Əli (ə)-la qarşı-qarşıya dura bilməz.

Bu özü şəhadət verir ki, O, – Allahın salamı ona olsun! – eləcə də onun şiə və ardıcılları sünnənin sirləri və nişanələridirlər. Lakin başqaları Peyğəmbər (s)-in sünnəsindən bu qədər bəhrə aparmamış, hətta uzaq qalmışlar. Cəhalət üzündən də özlərini "əhli-sünnə” adlandırmışlar.

Biz bu kitabın gələcək bəhslərində Allahın köməyi ilə mətləbi daha geniş surətdə açıqlayacağıq. Necə ki, Quran buyurur:

"Ya əyyuhəlləzinə amənu ittəqullah, qulu qəvlən sədidən yuslih ləkum əmaləkum və yəğfir ləkum zunubəkum...”

"Ey iman gətirənlər! Təqvalı olun, möhkəm söz deyin ki, O sizin işinizi sahmana salar, günahınızı bağışlar. Hər kəs Allah və Peyğəmbərə itaət etsə, böyük fəzilətə nail olmuşdur.”

ƏHLİ-SÜNNƏ PEYĞƏMBƏRİN SÜNNƏSİNİ BİLMİR

Əziz oxucu, bu sözdən çox da təəccüblənməyin. Allaha şükür edin ki, siz haqq yoldasınız və onun rizasına tərəf qədəm atırsınız. Şeytanın qürur və aldatmasından, yersiz təəssübdən uzaq olun. İcazə verməyin ki, bunlar sizi haqqa tərəf getməkdən və əbədi behiştdən saxlasınlar.

Qeyd etdiyimiz kimi, özlərini "əhli-sünnət və camaat” adlandıranlar dörd xəlifəni "xüləfai raşidin” kimi qəbul edirlər. Bu, hamıya aydın olan bir məsələdir.

Amma dərd burasındadır ki, Əli ibni Əbi Talib həmin bu əhli-sünnət arasında uzun müddət raşidin xəlifələrindən sayılmayıb. Belə ki, onun xilafətini qeyri-qanuni bilirdilər!! Çox uzun müddətdən sonra hicrətin 230-cu ilində Əhməd ibni Hənbəlin vaxtında onu raşidin xəlifələrinə artırdılar.

Şiədən başqa səhabələr, xəlifələr, padşahlar, hakimlər – Əbu Bəkrdən Mötəsim Abbasiyə qədər iş başında olanların heç biri Əli ibni Əbi Talibin xilafətini qəbul etmir, hətta bəziləri onu minbərdə lənətləyir və müsəlman saymırdılar. Əgər belə deyildisə, bir müsəlmana lənət demək necə rəva ola bilər?!

Əbu Bəkr və Ömərin onu siyasi səhnədən çıxarma yolunu gördük. Onlardan sonra Osman iş başına gəldi. O, Əli (ə)-ı onlardan artıq sındırdı və ona hörmət etmədi. İş elə bir yerə çatdı ki, Əbuzəri sürgün etdirdiyi kimi Əli (ə)-ı sürgün etdirəcəyini bildirdi. Müaviyə iş başına gəldikdə isə, lənətləndirmək üçün çox çalışdı. Onun əmirləri hər bir şəhər və kənddə bu təbliğə məşğul idilər və bu iş səksən il davam etdi.(Ömər ibni Əbdül-Əzizdən başqa Bəni Üməyyənin bütün xəlifələri bu işi görürdülər. )

Bəlkə də bu düşmənçilik, lənət və nifrin ona və şiələrinə daha da çox davam etmişdir. İş elə bir yerə çatmışdı ki, Abbasi xəlifəsi Mütəvəkkil 240-cı ildə İmam Əli (ə) və İmam Hüseyn (ə)-ın qəbirlərinin sökülməsinə əmr verdi.

Öz zamanında əmirəl-möminin adlanan Vəlid ibni Əbdül-məlik cümə namazının xütbəsinə xalqa deyirdi: Peyğəmbərdən rəvayət olan "ey Əli, sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir” hədisi düzdür. Amma hədis təhrif olmuşdur. Əsl hədis belədir: "Sənin mənə olan nisbətin Qarunun Musaya olan nisbəti kimidir” və eşidən şəxs hədisi düzgün eşitməmişdir.

Mötəsimin vaxtında mürtədlər çoxaldıqlarına görə mütəkəllimlər onlarla mübarizəyə qalxdılar. Raşidin xəlifələrinin dövrü artıq keçmişdi. Xalqın başı əhəmiyyətsiz məsələlərə qarışmışdı. Əhməd ibni Hənbəl Quranın qədim olmasına etiqad bəslədiyinə görə çətinliklə üzləşmişdi. Xalq öz padşahlarının əqidəsinin ardınca gedib Quranın məxluq olduğunu deyirdi.

Əhməd ibni Hənbəl Mötəsimin qorxusundan öz fikrini dəyişdirdikdən sonra azadlığa çıxdı və məşhurlaşdı. Mütəvəkkilin zəmanəsində mühəddislər arasında hamıdan üstün oldu. Belə bir zamanda Əli (ə)-ı başqa üç xəlifəyə artırdılar və hər dördünü raşidin xəlifələrindən hesab etdilər.

Ola bilər ki, Əhməd ibni Hənbəl Həzrət Əli (ə)-ın barəsində gəlib yetişən səhih və düz hədislərin təsiri altına düşmüşdü.

Əhməd deyir: Həzrət Əli (ə)-ın əzəməti barəsində çoxlu düz hədislər bizə çatmışdır. Belə ki, ondan başqa Peyğəmbər (s)-in heç bir səhabəsi haqqında bu qədər "həsən”(Həsən” o hədisə deyirlər ki, elmi, dini nəzərdən uca və etibarlı olmuş olsun. Ondan daha uca hədisə "səhih” deyirlər.) hədis bizə çatmamışdır.

Category: Həqiqət olduğu kimi... 1 | Added by: Ənfal
Views: 827 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]