Bazar günü, 2019-08-25, 7:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 1

Həqiqət olduğu kimi... 1
2013-04-04, 7:49 AM

Həqiqət olduğu kimi... 1

ŞİƏ, ƏHLİ SÜNNƏNİN NƏZƏRİNDƏ

Əhli-sünnənin bəzi müasir alimləri şiə haqqında insafla rəftar edib İslam əxlaqına əməl etmişlər. Amma bu alimlər çox azdır. Onların çoxu şiə ilə rəftarlarında düşmənçilik edir, Bəni-Üməyyənin fitnəkar əqidəsi üzrə istədiklərini yazırlar. Bəzən heç özlərinin də mənasını bilmədiyi sözlər deyirlər. Onları yersiz düşmən tutur, kafir bilir, pis ləqəblərlə adlandırırlar. Bu işdə İslam xilafətini zorla ələ alan Müaviyə və onun kimilərə itaət edirlər.

Bəzən deyirlər ki, işə Abdullah ibni Səba adlı bir yəhudinin düzəltdiyi qrupdur. Bəzən də şiənin əslinin zərdüştlərə qayıtmasını deyir, onu yəhud və xristianlardan da xətərli bilirlər. Bəzi vaxt onları təqiyyəyə əməl etdikləri üçün münafiq adlandırır və deyirlər ki, şiə məhrəmlə evlənməyi caiz, müvəqqəti evlənməni, yəni zinanı halal bilirlər. Bəzi vaxt da, "onların müsəlmanların Quranından başqa Quranları var”, – deyirlər. Həzrət Əli (ə) və onun övladları olan imamlara ibadət edir, Mühəmməd (s) və Cəbraili düşmən tuturlar və...

Hər il neçə-neçə özünü əhli-sünnə və camaatın alimi adlandıran adamlardan şiə haqqında çoxlu kitab çap olub əlimizə çatır.

Bu işlərdə onların öz hakimlərini sevindirməkdən başqa məqsədləri yoxdur. Onların rəhbərləri ümmət arasında olan ayrılıq və təfriqədən xoşhal olur, onları necə məhv etmək barədə fikirləşirdilər. Öz yazılarında heç bir dəlilə istinad etmir, yalnız təəssübə əməl edirlər. Tutuquşu kimi nasibilərin və Bəni-Üməyyənin sözlərini yenidən yazır, həm də Yezid və Müaviyəni təriflə xatırlayırlar!!!(Ərəbistanın maarif nazirliyi "Əmirəl-möminin Yezid ibni Müaviyənin haqqında həqiqətlər” adlı bir kitab çap etmiş və mədrəsələrdə dirslik kimi qoymuşdur. )

Onların ata-babaları Yezid və Müaviyədir. Yezid və Müaviyə öz ardıcılları üçün qızıl və gümüşü su kimi axıtmış, onların vicdanlarını satın almışlar.

Əgər bunlar doğrudan da Peyğəmbər (s) sünnətinin ardıcılları olsaydılar, onun sünnəti olan İslam əxlaqından istifadə edib başqaları ilə ədəblə dolanırdılar. Çünki Peyğəmbər (s) hətta onunla bir əqidədə olmayan adamlarla hörmətlə rəftar etmişdir.

Peyğəmbərin sünnəti demirmi: Müsəlman müsəlman üçün möhkəm binaya bənzəyir. Onun bəzi hissələri o biri hissələrini saxlayır. Ya başqa bir hədisdə: Müsəlman müsəlman üçün bir bədənin yarısıdır. Əgər bədənin bir hissəsinə dərd gələrsə, o biri hissələri ona kömək etməlidir, – deməmişdirmi??

Peyğəmbər (s) aşkar şəkildə buyurmuşdur: Müsəlmanı söymək, onunla döyüşmək küfrdür. Əgər özlərini əhli-sünnə adlandırıran bu yazıçılar Peyğəmbərin sünnətini bilsəydilər, Allahın birliyi ilə Həzrət Mühəmməd (s)-in risalətinə şəhadət verib zəkat, oruc, həcc, namaz, əmr be məruf və nəhy əz münkər edənləri təkfir etməzdilər.

Əməvi və Qüreyş ardıcılları olduqlarına görə cahiliyyət fikirləri ilə danışır, qəbilə əqidəsi, milliyyətçilik əsasında yazırlar. Məşhur atalar sözüdür ki, buyurur:

Əqrəbin sancması deyil kinədən,

bəlkə bir istəkdir təbiətindən

Əhli-sünnə və camaat əgər həqiqətən özlərini Peyğəmbər (s)-in ardıcılı sayırlarsa, onda ona itaət etməlidirlər. Çünki Peyğəmbər (s)-in sözü eynilə Quranın sözüdür ki, buyurur:

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ

"Ey əhli-kitab! "əlin, sizinlə bizim aramızda bir olan sözə itaət edək.” ("Ali-İmran” surəsi, 64-cü ayə. )

Əgər həqiqi əhli-sünnətdirlərsə, gərək öz şiə qardaşlarını bir olan əqidəyə itaətə dəvət etsinlər. Quran və İslam öz yəhudi və xaçpərəst düşmənlərini eyni fikir və əqidəyə itaətə çağırır. Bu yolla onların arasında qardaşlıq yaratmaq istəyir. Belə olan halda, bir dinə, bir Allaha, bir Peyğəmbərə, bir Kitaba, bir axirətə etiqadı olanlar nə üçün dost və qardaş olmamalıdırlar?!!

Nə üçün əhli-sünnə alimləri öz şiə qardaşlarını birliyə dəvət edib, onlarla gözəl bəhslər aparıb (öz fikirlərinə görə) onların düz olmayan fikir və əqidələrini düzəltmirlər?

Nə üçün İslam konfransı təşkil edib hər iki qrupun alimləri oturaraq ixtilafları bütün müsəlmanlar qarşısında bəhs edib, düzü əyridən ayırmırlar?

Bu gün müsəlmanların dörddə üçünü təşkil edən əhli-sünnət çox böyük imkanlara malikdir. Onlar böyük antenlər vasitəsilə bu işləri görə bilərlər.

Amma təəssüflər olsun ki, onlar bu işi görmür və görmək istəmirlər. Elmi bəhslərə hazır deyillər. Qurani-kərim bu işə dəvət edib buyurur:

قُلْ هَاتُواْ بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

"De: Gətirin dəlillərinizi, əgər düz deyisinizsə.” ("Bəqərə” surəsi, 111-ci ayə. )

Başqa bir ayədə buyurur:

قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا إِن تَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ أَنتُمْ إَلاَّ تَخْرُصُونَ

"De: Elminiz vardırmı ki, bizə göstərəsiniz? Siz yalnız öz batil gümanlarınızan itaət edirsiniz.” ("Ənam” surəsi, 148-ci ayə)

Elə buna görə də onlar həmişə söyüş, pis söz və təkfirə əl atıb, töhmət vururlar. Onlar bilirlər ki, dəlil və sübut şiənin əlindədir.

Mən belə fikirləşirəm ki, onlar qorxurlar. Əgər həqiqətlərin üstü açılsa, müsəlmanların bir çoxu şiə olacaqdır. Biz bunu əməldə də görmüşük. Əl-əzhərin bəzi alimləri həqiqəti axtarıb təhqiq etdikdən sonra onu tapmış, "Sələfi-saleh” əqidəsini tərk etmişlər.

Əhli-sünnət alimləri onlar üçün olan xətəri dərk etmişlər. Şiə qarşısında məhv ola biləcəklərini düşünüb onların bəzisi hətta şiələrlə oturmağı da haram etmişdir.

Beləliklə, onların hamıdan çox Peyğəmbərin sünnətindən uzaq olması məlum olur. Onlar daha çox Bəni-Üməyyəyə yaxındırlar. Onlar bütün gücləri ilə ümməti azdırmağa çalışırlar. Çünki özləri meylsiz və çarəsiz olaraq İslamı qəbul etmişlər.

Bu, qüdrətə çatmaq üçün onların imamı sayılan və Peyğəmbərin gözəl səhabələrini öldürən Əbu Süfyan oğlu Müaviyənin sözüdür ki, belə demişdir:

"Mən sizinlə namaz qılıb, oruc tutub, həccə getməyiniz üçün müharibə etməmişəm. Mən sizə hakim olmaq üçün müharibə etmişəm. Allah sizin istəyinizin əksinə olaraq məni arzuma çatdırmışdır.”

Pərvərdigar nə gözəl buyurmuşdur:

إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً وَكَذَلِكَ يَفْعَلُونَ

"Padşahlar şəhərə gəldikləri zaman onun böyüklərini xar edirlər. Bu, onların adətidir.” (Nəml” surəsi, 34-cü ayə. )

ƏHLİ-SÜNNƏ VƏ CAMAAT ŞİƏNİN NƏZƏRİNDƏ

Şiələrin bəzi təəssübkeş və avam camaatını nəzərə almasaq, demək olar ki, onun bütün alimləri əhli-sünnəni öz qardaşları bilirlər. Onlar bu fikirdədirlər ki, din qardaşları olan əhli-sünnət əməvilərin hiylələrinin qurbanı olmuşdur. Heç bir təhqiq etmədən "Sələfi-saleh” haqqında xoş fikirdə olmuşlar. Bu da onların haqq yoldan uzaqlaşmasına səbəb olmuşdur. Nəticədə "səqəleyn”, yəni itrət (Əhli-beyt (ə)) və Qurandan ayrılmışlar. Onlar qafil olmuşlar ki, bu ikisi – Quran və itrət – ümməti əyri yoldan saxlayıb, haqq yolu onlara zəmanət verir.

Şiələr özlərini müdafiə etmək və əqidələrini tanımaq üçün kitablar yazır, əhli-sünnət qardaşlarını birliyə çağırırlar.

Bəzi ölkələrdə şiə alimləri İslamı qurumlar yaradaraq məzhəbləri bir-birinə yaxınlaşdırmaq üçün təhqiq aparırlar. Onlar müsəlmanlar arasında olan ayrılığı birliyə çevirmək istəyirlər.

Bəzi şiə alimləri isə Əl-əzhərə üz tutub əhli-sünnət və camaat alimləri ilə görüşür, ən gözəl yollarla fikir mübadiləsi aparırlar. Onlar kinləri aradan aparmaq üçün çox zəhmət çəkirlər. Bu alimlərdən biri də imam Şərəfuddin Musəvidir. O, Şeyx Səlimul-Bəşri ilə belə görüşlər keçirmişdir. Bu görüş və məktub yazışmalarının nəticəsi, çox qiymətli olan "Əl-müraciat” kitabıdır. Bu kitab müsəlmanların bir-birinə yaxınlaşmasında çox böyük təsir qoymuşdur. Şiə alimlərinin Misirdə çəkdikləri zəhmət çox faydalı olmuşdur. Bunlardan biri də Misir dövlətinin müftisi imam Məhmud Şəltutun tarixi fətvasıdır. O, şücaətli fətvasında Cəfəri məzhəbinə itaət etməni caiz bilmiş və şiə fiqhini Əl-əzhər dərslərindən saymışdır.

Şiələr həmişə Əhli-beyt imamlarını tanıtdırmağa çalışmışlar. Onların hədəfi İslamın tam mənalı məzhəbi olan şəiəni dünyaya tanıtdırmaqdır. Bu barədə çoxlu kitablar yazmış, dəyirmi masalar arxasında görüşlər keçirmişlər. Məxsusən İranda İslam inqilabı baş verdikdən sonra neçə-neçə belə konfranslar keçirilmişdir. "İslam birliyi”, "Məzhəbləri yaxınlaşdırmaq” adı ilə keçirilən bu konfranslarda düşmənçiliyi bir kənara qoymağa və qardaşlıq birliyini daha da möhkəmlətməyə çalışmışlar.

Hər il "İslam birliyi” konfransı şiə və sünnü alimlərini bir həftə həqiqi qardaşlıq sayəsi altında bir yerə yığır. Bu bir həftədə bir yerdə oturub durur, yeyib içir, namaz və dua oxuyaraq elmi söhbətlər aparırlar.

Bu yığıncaqların ən kiçik xidməti, müsəlmanların bir yerə yığışması və kinlərin aradan getməsidir. (Əgər başqa xidmətləri sadalamasaq.)

Şiələrin alimlərinin və avamlarının evlərində şiə kitablarının yanında əhli-sünnə kitablarına da rast gələ bilərsiniz. Amma təəssüflər olsun ki, bunun əksi sünnülərin evində gözə çarpmır.

Elə buna görə də şiə haqqında həqiqəti bilmirlər. Bildikləri yalnız onlara çatan yalanlardır.

Şiələr tarix oxuyur, onu bütün mərhələləri ilə araşdırır, müxtəlif münasibətləri bayram keçirirlər. Fərqli olaraq sünnü alimləri tarixə qiymət vermir, onu araşdırılması lazım olmayan bir müsibət bilirlər. Onların fikrincə, tarixə göz yummaq, onu oxumaqdan çəkinmək lazımdır, əks təqdirdə "Saleh sələflər” haqqında pis fikrə düşmək olar!!!

Şiələr Peyğəmbərin sünnətinə əməl edənlərdir. Onların Peyğəmbər (s)-dən sonra ilk imamı Əli ibni Əbi Talibdir. Əli ibni Əbi Talibin həyatı başdan-başa Peyğəmbərin sünnəti ilə əhatə olmuşdur. Hətta onunla beyət edərkən Şeyxeynin sünnətinə əməl etməsini istədikdə, o Həzrət buyurmuşdu: Mən Quran və Peyğəmbərin buyurduğundan başqa heç nəyə əməl etməyəcəyəm.

Əgər xilafət Peyğəmbər sünnətinin əleyhinə olarsa, o xilafət Əliyə lazım deyil. O özü bu barədə buyurur: Mənim üçün sizə xəlifə olmaq, keçinin asqırdığı zaman burnundan axan suya bənzəyir. (Yəni, xəlifə olmaq o Həzrət üçün çox qiymətsiz bir şeydir.) Bunu yalnız Allah qanunlarını icra etmək üçün qəbul edirəm.

O Həzrətin övladı olan imam Hüseyn (ə) buyurur:

"İn kanə dinu Muhəmmədin ləm yəstəqim illa biqətli, fəya süyufi xuzini.”

"Düzələrsə qətlimlə dini-Mühəmməd, onda ey qılınclar, öldürün məni.”

Bu söz əbədi bir nəğmə kimi bütün dünyada səslənir.

Şiələr öz əhli-sünnət qardaşlarına dostluq və mehribanlıq gözü ilə baxırlar. Onların hidayət tapmalarına ümid edirlər. Şiələrin fikrincə, bir nəfəri hidayət etmək bütün dünyaya dəyər. Səhih olan rəvayətlər bunu təsdiq edir. Xeybərin fəth olunması vaxtı Peyğəmbər (s) Əli (ə)-ı yəhudilərlə döyüşə göndərəndə buyurdu: Onlarla Allahın birliyinə və mənim risalətimə şəhadət verənə qədər döyüş. Bunu dedikləri zaman onların malı və canı qorunmalıdır və bundan sonra hesabları Allahladır. Allah əgər bir nəfəri sənin əlinlə hidayət edərsə, bu sənin üçün günəşin dəydiyi hər bir şeydən və cürbəcür nemətlərdən yaxşıdır.("Səhihi Müslüm”, 7-ci cild, səh. 121, "Əli ibni Əbi Talibin fəzilətləri” babı. )

Əli ibni Əbi Talib (ə)-ın hədəfi xalqı hidayət etmək, onları Peyğəmbərin sünnəti və Qurana qaytarmaqdır. Onun şiələri də barələrində deyilən yalan və töhmətləri özlərindən uzaq etməyə çalışmaqla yanaşı, öz əhli-sünnət qardaşlarını da Əhli-beytin həqiqətləri ilə tanış etmək istəyirlər.

لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِّأُوْلِي الأَلْبَابِ مَا كَانَ حَدِيثًا يُفْتَرَى وَلَـكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلَّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

"Onların dastanlarında ağıl sahibləri üçün nəsihət və ibrət var. Bu, yalandan deyilmiş bir söz deyildir. Əksinə qarşısında olanı tətəsdiqləmək və hər şeyi açıqlamaq, iman gətirən bir xalqın hidayət və rəhməti üçündür. ("Yusif” surəsi, 111-ci ayə.)

Category: Həqiqət olduğu kimi... 1 | Added by: Ənfal
Views: 482 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]